Portala giriş
 
  • 09:09 – Oğuz şəhərində keçiriləcək şahmat üzrə zona yarışlarında Qəbələ komandası iştirak edəcək 
  • 08:34 – “Elm ağlın çırağıdır” adlı layihəsinə yekun vuruldu-Fotolar 
  • 05:54 – Qəbələ şəhərində avtomobil yollarının əsaslı təmiri üçün 3 milyon manat ayrılıb 
  • 06:55 – Prezident İlham Əliyev Nohurqışlaq-Tüntül-Yengicə avtomobil yolunun əsaslı təmirdən sonra açılışında iştirak edib 
  • 06:52 – Azərbaycan prezidenti “Qafqaz Tufandağ Mountain Resort” otelinin açılışında iştirak edib 

Turizm marşurutları

  • 21 окт, 07:38


Qəbələ Rayonuna Necə Gəlmək Olar?


Taksi ilə
Azərbaycanın istənilən yerindən Qəbələyə Taksi ilə gəlmək mümkündür.
Bakı-Qəbələ 225 mk-dir. Bakı şəhərində Qəbələyə Taksi dayanacağı- Şamaxinka adlı yer.


Avtobus ilə
Bakı-Qəbələ, Gəncə-Qəbələ, Mingəçevir-Qəbələ, Sumqayıt-Qəbələ, Zaqatala-Qəbələ avtobus Marşurutları ilə gəlmək olar.

Qəbələ Beynəlxalq Avtovağzalı
Ünvan: İsmayıl bəy Qutqaşınlı k.,
Əlaqə:(+99424) 205

Təyyarə ilə
Qəbələ Rayonuna təyyarə ilə Bakı-Qəbələ-Bakı, Maskıva-Qəbələ-Maskıva reysləri gerçəkləşdirilir.

Qəbələ Beynəlxalq Hava Limanı
Ünvan: Qəbələ rayonu, Hacallı kəndi
Əlaqə: (+99424) 205





Qəbələyə Turizm Marşurutları


"Aleksandır Düma Qafqazda" Marşurutu Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Azərbaycan mədəniyyətinin Avropaya inteqrasiyasını sürətləndirmək məqsədi daşıyır. Marşurutun tarixi məşhur fransız yazıçısı Aleksandr Dümanın Qafqazı ziyarət etməsidir. Marşurut yazıçının keçdiyi əraziləri əhatə edir.
Marşurut Quba şəhərindən başlayır. Bakı, Şamaxı, İsmayıllı (Lahıc) rayonlarının tarixi- mədəni yerləriniz ziyarət etdikdən sonra, Qəbələyə çatır.
Qəbələdə “Karvan” oteldə yerləşdirilir, “A.Düma” restoranında nahar etdikdən sonra istirahət edilir.
Sonrakı gün, Qəbələ Tarix Muzeyi, Qədim Çuxur Qəbələ şəhəri və Nic qəsəbəsi ziyarət edilir. Nic qəsəbəsində Udin icmasının mədəniyyəti, kulinariyası ilə tanış olunur. Yerli tədbirlərdə iştirak edilir.
Sonrakı gün, Şəki şəhəri ziyarət edilir və ziyarət başa çatır. Bakıya, oradan da mənsub olduğu ölkəyə qayıdılır.

"Tarixi İpək Yolu" Marşurutu- Böyük İpək yolunun Qəbələdən keçməsinin əsas səbəblərindən biri kimi, bu regionun yüksək inkişafda olması olmuşdur. Belə ki, rayonun əlverişli mövqedə yerləşməsindən savayı, tacirlərin qonaqlaması üçün şəraitin olması və ticari malların satılabilmə ehtimalının da olmasıdır.

"Bakı-Balakən" Turizm Marşurutu Bakı-Balakən marşurutu, Bakı şəhərindən başlayır. Abşeron, Qobustan rayonlarından keçir. Şamaxı rayonunda müəyyən abidə və təbiəti ziyarət etdikdən sonra, İsmayıllı rayonunda qaldıqdan sonra Qəbələ rayonunda qonaqlayır. Qədim Qəbələnin qalıqlarını, tarix muzeyini ziyarət etdikdən sonra, Şonqar bulağı, Duruca yaylası, 7 gözəl şəlaləsi ziyarət edilir.
Sonrakı günlərində Oğuz, Şəki, Qax, Zaqatala, Balakən rayonları ziyarət olunur.



Qəbələ rayonu üzrə Turizm marşurutları üçün məsləhət bilinən yerlər



Tarixi- maddi-mədəniyyət:

Qədim Qəbələ Şəhərinin qalıqlar |e.ə. IV əsrdən tikilmiş qala və yaşayış yeri | Çuxur Qəbələ kəndi.
Həzrə Türbələri | XV əsrə aid türbələr (4 ədəd) və qədim qəbirsanlıq | Həzrə kəndi
Nic-Alban kilsəsi | XVII əsrdə tilikmiş alban kilsəsi | Nic Qəsəbəsi
8 künc məscid | XIX əsrə aid qədim məscid | Qəbələ şəhəri
Kilsədağ məbədi | IV əsrə aid alban məbədi | Əmili kəndi
Hacı Qərib məscidi | XIX əsrə aid məscid | Nic qəsəbəsi
Bum kənd məscidi | XIX əsrə aid məscid | Bum qəsəbəsi
Cümə məscidi | XIX əsrə aid məscid | Qəbələ şəhəri
Vəndam Mirzəli evi | XVIII əsrə aid | Vəndam qəsəbəsi
Üç mərtəbəli ev | XIX əsrə aid | Dızaxlı kəndi
Yalavlutəpə qəbirsanlığı | e.ə. ki dövrə aid | Nic qəsəbəsi
Qəbələ Tarix Muzeyi | Qəbələ şəhərinin müxtəlif dövrlərini əhatə edən maddi tapıntılar sərgilənir | Qəbələ şəhəri
İ.B.Qutqaşınlının xatirə muzeyi | Yazıçı-hərbiçi Qutqaşınlının xatirə muzeyi | Qəbələ şəhəri
Qədim yaşayış sahəsi | Qədim yaşayış sahəsi | Qəbələ-Zarağan yolunun üzərində
Alan-kurqan qəbirləri | Qədim alan tayfalarına məxsus kurqan qəbirlər | Vəndam qəsəbəsi
Bulun-Alban kilsəsi
Güyün- Alban kilsəsi



Təbiət:
Duruca yayalası | Qəbələ rayonunun çimalında, Duruca kəndində yerləşir. Ərazidə bir neçə şəlalə və çay vardır.
Çömçə bulaq | Qəmərvan kəndində yerləşir. Ərazidə təbii bulaq vardır
Atyeylağı yaylası | Qəbələnin şimalında, dağın zirvəsində yerləşən düzənlik.
Şonqar bulağı | Qəbələ şəhərinin giriş hissəsində, təbii-müalicəvi bulaq.
Küsnət yaylası | düzənlik-dağlıq ərazi, Qəbələ şəhərini şimalında, Küsnət kəndində yerləşir.
Tufan göl yaylası |Tufan dağ, 4000 m.dən hündür dağlıq yayla. Ərazidə Tufan göl, Qurqaşınlı gölü var. Yayda əraziyə köç edən quşların əsas barınma sahəsi.
7 gözəl Şəlalə | Vəndam kəndində yerləşən şəlalə
Muçux Şəlaləsi | Qəbələnin Laza kəndində, Dəmiraparan çayının başlanğıcında yerləşən Azərbaycanın ən hündür şəlaləsi.
Topçu meşəsi | Qəbələ rayonunun girişində, Bunud kəndi ərazisində yerləşən düzən-təbii meşə.
Rus meşəsi | Qəbələ şəhərinin şimalında salınmış düzən meşə. Dəmirparan çay və Qaraçayın kəsişməsində yerləşir.
Nohur göl | Qəbələnin Nohurqışlaq kəndində yerləşən göl. ərazi meşəlikdir və göldə balıq var.
Alban dərəsi | Əlvan dərəsi Qəbələnin Qaş kəndində yerləşir.
Qəbələ Fındıq bağları| Qəbələnin Soltannuxa, Dizaxli kəndləri
Şahdağ Milli Parkı | Qəbələ Meşələri / flora və faunası
Türyançay qoruğu | Savalan dağları yaxınlığında, çöl flora və faunası
Daş bulaq | Nic qəsəbəsində Tarixi Çeşmə
Nic kəndi
Laza kəndi

Dini ziyarərgahlar:
Şeşbərbaba Piri |SoltanNuxa kəndi
Şıxbaba Piri |Həmzəlli kəndi
İmam Baba Piri |Qəbələ şəhəri
Şıxtacı baba Piri |Qəbələ şəhəri
Komrod Piri |Dizaxlı kəndi
Sultanbaba qəbirsanlığı |Qəbələ şəhəri
Şıxəmir baba Piri |Zarağan kəndi
Həzrə türbələri |Həzrə kəndi
Xəzrə taxta Piri |Bayramkoxa kəndi
Bucaq Piri |Siyeli kəndi
Koh Murad ziyarətgahı



Можно зайти сюда newprogs.net чтобы скачать все для пк, а так же на allfilm.net посмотреть фильмы или скачать с newtemplates.ru лучшие шаблоны
Sosial Şəbəkə
  • Facebook
  • Message
  • Twitter
  • Bu gün
  • Çox oxunan
  • Şərh edilən