Portala giriş
 
  • 06:33 – 2 fevral-Ümumrespublika gənclər günüdür 
  • 05:54 – Qəbələ şəhərində avtomobil yollarının əsaslı təmiri üçün 3 milyon manat ayrılıb 
  • 06:55 – Prezident İlham Əliyev Nohurqışlaq-Tüntül-Yengicə avtomobil yolunun əsaslı təmirdən sonra açılışında iştirak edib 
  • 06:52 – Azərbaycan prezidenti “Qafqaz Tufandağ Mountain Resort” otelinin açılışında iştirak edib 
  • 06:43 – Qəbələdə Park-Bulvar Kompleksi istifadəyə verilib 

Təbiət

  • 20 окт, 19:43

Rayonun iqlimi. Əsas iqlim tipləri


Rayonun coğrafi mövqeyi, relyefinin əsasən dağlıq olması və şauqli qurşaqlıq ərazidə mürəkkəb iqlim şəraitinin formalaşmasına, çay şəbəkəsinin sıxlığına, torpaq-bitgi örtüyünün zənginliyi böyük təsir göstərmişdir. Rayon ərazisində təqribən 25 milyon il bundan əvvəl rütubətli subtropik dəniz iqlimi hakim olmuşdur.
Qəbələnin müassir iqliminin formalaşmasında onun ekvatora görə coğrafi mövqeyi, günəş radiasiyasının (ümumi və düz) miqdarı, relyef və səthi örtüyünün müxtəlifliyi, həmçinin əraziyə daxil olan lakin hava kütlələrinin xarakteri mühüm rol oynayır. Qeyd olunan bütün bu iqlim əmələgətirici amillər rayon ərazisində tempraturun və yağıntının miqdarına, onun müxtəlif dərəcədə paylanmasına təsir göstərir. Qəbələnin hava və iqlim şəraiti 1936 – cı ildən şəhərin və bir müddət Nic qəsəbəsində faliyyət göstərən meto stansiyada öyrənilir.

Qəbələ ərazisində çoxillik orta yanvar tempuraturu 0 0 – dən - 14 0 – yə, iyul tempuraturu isə uyuğun olaraq + 24 0 – dən 2 0 –yə qədər dəyişir. Illik orta temperatura cənubda + 10 0 - + 12 0 - dən şimalda 0 0 - - 2 0 - ə qədər dəyişir.

Iqlimşunas alimlər tərəfindən (İ.V.Fiqrovski və Ə.M.Şıxlınski) Qəbələ ərazisi aşağıdakı iqlim tiplərinə ayrılmışlar.
1. Qışı quraq keçən mülayim-isti iqlim – rayonun cənub hissəsini əhtə edən bu iqlim tipi az yağıntılı, isti – quraq olması ilə xarakterizə olunur. Ağdaş – Göyçay rayonları ilə sərhəddən alçaq dağlıq və Hacallı Məlikli düzünü əhatə edən bu iqlim tipi öz xarakterinə görə Aralıq dənizi tipli subtropik iqlimə çox oxşardır.

2. Yağıntıları təxminən bərabər paylanan mülayim isti iqlim tipi – birinci iqlim tipindən yağıntıların çoxluğu və isti ayın qısa müddətli olması ilə xarakterizə olunaraq əsasən Alazan – Həftəran vadisini və Rayonun 1100 – 1500 m - ə qədər yüksəklikdə olan şimal ərazisini əhatə edir. Burada yağıntıların fəsillər üzrə paylanması bərbərdir. Lakin onun illik miqdarı rayon üzrə maksimum həddə (1200 -1300 mm) çatır. Həmçinin bu iqlim tipi əvvəlki iqlim tiöindən tempuratur rejminə görədə fərqlənir.

3. Yağıntılıları bütün fəsillər üzrə bol düşən soyuq iqlim tipi – rayon ərazisində orta dağlığın yuxarı sərhəddindən başlayaraq okean səviyyəsindən 1500 – 2700 m yüksəkdə olan ərazilər üçün xarakterikdir.

4. Dağlıq tundura iqlim tipi – 2700 m okean səviyyəsindən yüksəkdə olan ərazini əhatə edir. Burada kifayət qədər yağıntı düşməklə yanaşı bütün fəsillərdə hava soyuq keçir. Rayonun yüksək dağ zirvələri daimi qar və buzlaqla örtülü olub tipik dağlıq arktik iqlim şəraiti ilə seçilir. Beləliklə rayon ərazisində cənubdan şimala doğru şaquli qurşaqlar üzrə qeyd edilən iqlim tipləri tempuraturuna və yağıntıların miqdarına görə fərqlənməklə yanaşı fəsillərin növbələməsində də ciddi şəkildə fərqlənir. Savalan və Quşlar kəndlərində yazın gəlişi rayonun ən hündürdə yerləşən Laza (1350 m) və Qəmərvan (1125 m) kəndlərindən ən azı 25 – 30 gün tez müşahidə olur. Payız və qış fəsli isə əksinə. Qəbələnin özünəməxsus iqlimi burada kənd təsərrüfatının çoxsahəli inkişafı üçün tarixən əlverişli şərait yaratmışdır.




Relyef, Geoloji Quruluş


Rayonun relyefi dağlıq olub şimal hissədə Baş Qafqazın Cənub yamacının yüksək dağlığından başlanmış mərkəzi hissədə Alazan-Həftəran (Qanıx-Əyriçay) vadisində, cənub hissəsi isə Acınohur ön dağlığının Qəbələ yaylasına, bu yaylanın cənud sərhəddi Surxayxan (Axar-baxar) silsiləsinin suayrıcına qədər olan oraqrafik vahidlər bir-birini əvəz edir.
Baş suayrıçaya daxil olan Saral, Çoban baba, Muçuq, Tufan və Ağbulaq şaxələri zəncirvari şəkildə rayonun ərazisini qərbdən-şərqə əhatə edir.

1. Saral şaxəsi – Raqdan yüksəkliyindən Filfilçay və Tikanlıçaya qədər uzanır. Bu şaxə dəniz səviyyəsindən 2000 M- dən (koşukar dağı) cənubdan 1000-ə qədər hündürlükdə dəyişir.
2. Rüstəmbaz şaxəsi – Salavat çayından iki qola ayrılaraq qərbə doğru Səfəryataq, şərqə isə Rüstəmbaz Salavat dağları (şaxələri) adlanır.
3. Muçuq şaxəsi -Salavat aşırımının (2896 m) cənubi-qərbindən başlayaraq Vəndamçayla Dəmiraparançay arasında yerləşir.
4. Ağbulaq şaxəsi - İsmayıllı rayonun Qaraburğu dağlarından Vəndamçayının şərq (sol) sahillərinə qədər olan ərazisini əhatə edir. Qəbələ rayonun Ərazisi geemorfoloji cəhətdən üç vilayətə bölünür:
Dağlıq –denitatsiyaya uğramış vilayət-şimal hissəni (1000-4466 metrədək) olan ərazili:
Düzənlik –akkumliyasiya nəticəsində formalaşmış vilayət-Alazan-Həftaran vadisi (450-800 m) burada yerləşir.
Yayla –çöl (step) vilayəti-Şəki-Qəbələ yaylasının Hacallı və Məlikli düzləri qeyd olunan vilayətə daxildir.




Qəbələ rayon əhtəsində yerləşən Dövlət təbiət qoruq və yasaqlıqları


Rayonun cənub sərhəddində 1958-ci ildə 22.400 ha sahədə arid (quraq) dağ meşə və kol (arcan, saqqız, yabanı nar, meşə üzümü və s) lantşaftını mühafizə etmək məqsədi ilə Türyançay Dövlət təbiət qoruğu yaradılmışdır.

1961-ci ildə qoruğun Qəbələ rayonuna daxil olan 6.994 ha sahəsi qoruq ərazisindən ayrılaraq Qəbələ meşə təsərrüfatı idarəsinin nəzarətinə verilmişdir. Hazırda Türyançay Dövlət qoruğu rayonun cənubi – qərb sərhəddini təşgil edir.

Rayonun şərq sərhəddində, Bakı-Qəbələ şosse yolunun üstündə 1981-ci ildə 5.878 ha sahədə, düzən meşə lantşaftının və xallı maralın mühafizə olunması üçün yaradılmış İsmayıllı Dövlət təbitə qoruğu yerləşir.

1993-cü ildə rayonun Vəndam, Dəmiraparan, Həmzəlli, Bum və Qaraçay çaylarının hövzələrində, həmçinin Əlvan (Alban) dərəsi ərazisində ümumi sahəsi 39.680 hektar olan Qəbələ dövlət təbiət yasaqlığı yaradılmışdır. Qeyd olunan yasaqlıqda düzən və dağ meşə lantşaftının müxtəlif ağac və kol bitgiləri, elecə də nəsli kəslimək təhlükəsi olan dağ kəli, qarapaça, cüyür, ayı, qaban, vaşaq və s. nadir heyvanılar mühafizə olunur.



Bitgi örtüyü və heyvanat aləmi


Qəbələ rayonunun təbii sərvətləri sistemində onun torpaq-bitgi örtüyü və heyvanlar aləmi özünə-məxsus yer tutur. Rayonun ümumi torpaq fondu 150 min hektar olub istifadə olunmasına görə olduqca rəngarəngdir. Rayonda adambaşına düşən torpaq fondu təqribən respublkia üzrə olan göstəriciyə bərabər olub 1,5 hektar təşgil edir. (Respublkia üzrə bu rəqəm 1,2 ha ya bərabərdir. Məlumdur ki, torpaq sərvəti insanlar tərəfindən istifadə olunmasına görə müxtəlif sahələrə ayrılır: Əkinə yararlı (o cümlədən şumlanan, çoxillik əkinlər və meyvə bağları) otlaq və biçənəklər üçün istifadə olunan, meşə örtüyü altında olan torpaq sahələri, kənd və şəhərlərin salınmasına sərf olunan torpaqlar, yol çəkilişi, çay, göl və su anbarları, bataqlıq sahələr altında qalan torpaqlar və nəhayət bütün bu məqsədlər üçün yararsız olan yarğan, uçqun, qayalı, daşlı və ya buzlaq sahələrinə məxsus olan torpaqlar.




Daxili Sular


Çaylar: Qəbələ rayonunun relyefi və rütubətli iqlim şəraiti ərazidə sıx çay şəbəkəsinin formalaşmasına səbəb olmuşdur. Azərbaycan ərazisindən axan 8359 çayın 486-nın uzunluğu 10 km-dən çoxdur ki, bunun 12-si, 100 km-dən çox uzunluğu olan 23 çaydan isə 2-si Qəbələ rayonunun payına düşür. Rayonun çayları Kür hövzəsinin sol qollarına aid olub, öz suyunu ya bir başa Kürə və ya şirvan zonasının çaylarına axıdır.
Əsas Çaylar: Dəmiraparançay, Türyançay, Tikanlıçay, Vəndamçay

Göllər: Qəbələ rayonun ərazisindəki göllərin böyük əksəriyyəti Dəmiraparan çayının hövzəsində, dəniz səviyyəsindən 2300-3380 m hündürlükdə yerləşir.
Əsas Göllər: Tufan göl, Nohur göl, İsmayıl Bəy Qutqaşınlı gölü, Külək göl , Qotur göl,

Mineral Bulaqlar: Qəmərvan (,,Çömçə bulaq”) mineral bulağı, Şonqar mineral bulağı, Yengicə mineral bulağı
Можно зайти сюда newprogs.net чтобы скачать все для пк, а так же на allfilm.net посмотреть фильмы или скачать с newtemplates.ru лучшие шаблоны
Sosial Şəbəkə
  • Facebook
  • Message
  • Twitter
  • Bu gün
  • Çox oxunan
  • Şərh edilən