Portala giriş все шаблоны для dle на сайте newtemplates.ru скачать
 
  • 06:40 – Qəbələdə xatirə turniri keçirilmişdir 
  • 09:09 – Oğuz şəhərində keçiriləcək şahmat üzrə zona yarışlarında Qəbələ komandası iştirak edəcək 
  • 06:33 – 2 fevral-Ümumrespublika gənclər günüdür 
  • 08:34 – “Elm ağlın çırağıdır” adlı layihəsinə yekun vuruldu-Fotolar 
  • 05:54 – Qəbələ şəhərində avtomobil yollarının əsaslı təmiri üçün 3 milyon manat ayrılıb 

“Əhalinin həssas qruplarının cəmiyyətə adaptasiyasına həsr olunan maarifləndirmə tədbirlərinin keçirilməsi” adlı layihəsinə yekun vuruldu

Ağcəbədi rayonunda “Əhalinin həssas qruplarının cəmiyyətə adaptasiyasına həsr olunan maarifləndirmə tədbirlərinin keçirilməsi” adlı layihəyə yekun vurulmuşdur. “Sağlam Həyat Uğrunda” Gənclərin İctimai Birliyi təşkilatçılığı ilə baş tutan layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi eyniadlı layihə çərçivəsində reallaşdırdı.
Müstəqil ölkəmizdə sağlamlıq mədəniyyətinin yüksəldilməsi üçün ciddi işlər görülməlidir. Bu işlərdən ən mühümlərindən biri yeni böyüməkdə olan nəslin sağlamlıq mədəniyyətinə daha dərindən yiyələnmələri və onların bu sahədə mübarizə aparmağa, fəaliyyət göstərməyə hazırlamaqdır.
Sosial-iqtisadi həyatın bütün sahələrində tərəqqi proseslərinin geniş vüsət aldığı Azərbaycanda sosial cəhətdən həssas əhali qruplarının hüquqlarının etibarlı müdafiəsi, onların maddi və mənəvi tələbatlarının ödənilməsi, dolğun həyat şəraitinin təmin edilməsi istiqamətində reallaşdırılan tədbirlərin əhatə dairəsi ilbəil genişlənir. Bu kateqoriyadan olan şəxslərlə bağlı həyata keçirilən siyasətin əsas məqsədi onların da cəmiyyətin digər üzvləri kimi bərabərhüquqlü, dolğun həyat şəraitinə malik olmalarının və cəmiyyətə tam inteqrasiya olunmalarının təmin edilməsidir. Əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial reabilitasiyası tədbirləri də xüsusi diqqət mərkəzində olmasıdır. Layihənin məqsədi psixoloji yardıma ehtiyacı olan əhalinin həssas qruplarına psixoloji məşğələlər, fərdi psixo-korrektiv metodlardan istifadə edərək sensor inteqrasiya və idman məşğələləri vasitəsi ilə aparılan təlimləri tətbiq etməkdir. 
Layihənin hədəf qurupu Ağcabədi və ətraf rayonlarında yaşayan həssas əhali qrupları, əlilliyi olan gənc və yeniyetmələrdir. Bununla yanaşı, əhalinin müxtəlif mövcud sosial-iqtisadi problemlərinin həllində QHT və digər vətəndaş cəmiyyəti təşkilatlarının mühüm rol oynadığını nəzərə alsaq, bu layihənin icrasından təkcə yerli QHT sektoru deyil, həm də digər icma əsaslı vətəndaş qruplarının da bilavasitə bəhrələnməsinə nail olunmuşdur.

 

 

 

“Əhalinin həssas qruplarının cəmiyyətə adaptasiyasına həsr olunan maarifləndirmə tədbirlərinin keçirilməsi” adlı layihəsinə yekun vuruldu
“Əhalinin həssas qruplarının cəmiyyətə adaptasiyasına həsr olunan maarifləndirmə tədbirlərinin keçirilməsi” adlı layihəsinə yekun vuruldu
“Əhalinin həssas qruplarının cəmiyyətə adaptasiyasına həsr olunan maarifləndirmə tədbirlərinin keçirilməsi” adlı layihəsinə yekun vuruldu
“Əhalinin həssas qruplarının cəmiyyətə adaptasiyasına həsr olunan maarifləndirmə tədbirlərinin keçirilməsi” adlı layihəsinə yekun vuruldu
“Əhalinin həssas qruplarının cəmiyyətə adaptasiyasına həsr olunan maarifləndirmə tədbirlərinin keçirilməsi” adlı layihəsinə yekun vuruldu

  Şərhlər:


Sosial Şəbəkə
  • Facebook
  • Message
  • Twitter
  • Bu gün
  • Çox oxunan
  • Şərh edilən