Portala giriş все шаблоны для dle на сайте newtemplates.ru скачать
 
  • 09:09 – Oğuz şəhərində keçiriləcək şahmat üzrə zona yarışlarında Qəbələ komandası iştirak edəcək 
  • 08:34 – “Elm ağlın çırağıdır” adlı layihəsinə yekun vuruldu-Fotolar 
  • 05:54 – Qəbələ şəhərində avtomobil yollarının əsaslı təmiri üçün 3 milyon manat ayrılıb 
  • 06:55 – Prezident İlham Əliyev Nohurqışlaq-Tüntül-Yengicə avtomobil yolunun əsaslı təmirdən sonra açılışında iştirak edib 
  • 06:52 – Azərbaycan prezidenti “Qafqaz Tufandağ Mountain Resort” otelinin açılışında iştirak edib 

Prezident İlham Əliyev Azərbaycan Silahlı Qüvvələrinin irimiqyaslı təlimini izləyib

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 96-cı ildönümü münasibətilə iyunun 26-da Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının və Dövlət Sərhəd Xidmətinin birləşmə və hissələrinin irimiqyaslı birgə əməliyyat-taktiki təlimi keçirilib.

 

APA-nın “AzərTAc”a istinadən verdiyi məlumata görə, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev bölmələrin, hissələrin və silah sistemlərinin taktiki döyüş tətbiqini əhatə edən təlimin əsas mərhələsini izləyib.

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Prezident, Ali Baş Komandana raport verib.

Dövlət başçısı birgə əməliyyat-taktiki təlimində nümayiş etdiriləcək təlim yerlərinin ümumi sxeminə baxdı, hərbi texnika və şəxsi heyətin geyim və ərzaq təchizatı nümunələri ilə tanış olub.

Sonra Prezident, Ali Baş Komandan İlham Əliyev bölmələrin, hissələrin və silah sistemlərinin döyüş tətbiqi üzrə təlimlərini izləyib.

Təlimlərə ümumilikdə 4 min nəfərədək şəxsi heyət, 80 tank, 100-dək zirehli döyüş maşını, 80-ə qədər artilleriya sistemləri, 10 döyüş təyyarəsi, 20-dək döyüş və nəqliyyat-döyüş helikopteri cəlb edilib.

Təlimdən sonra Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev hərbçilər qarşısında çıxış edib.

Daha sonra Ali Baş Komandan İlham Əliyev hərbi xidmətdə fərqləndiklərinə görə bir qrup hərbçiyə Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 96-cı ildönümü münasibətilə orden, medallar və qiymətli hədiyyələr təqdim edib. Sonda xatirə şəkli çəkdirilib

  Şərhlər:


Sosial Şəbəkə
  • Facebook
  • Message
  • Twitter
  • Bu gün
  • Çox oxunan
  • Şərh edilən