Portala giriş
 
  • 06:33 – 2 fevral-Ümumrespublika gənclər günüdür 
  • 05:54 – Qəbələ şəhərində avtomobil yollarının əsaslı təmiri üçün 3 milyon manat ayrılıb 
  • 06:55 – Prezident İlham Əliyev Nohurqışlaq-Tüntül-Yengicə avtomobil yolunun əsaslı təmirdən sonra açılışında iştirak edib 
  • 06:52 – Azərbaycan prezidenti “Qafqaz Tufandağ Mountain Resort” otelinin açılışında iştirak edib 
  • 06:43 – Qəbələdə Park-Bulvar Kompleksi istifadəyə verilib 

QHT

  • 21 окт, 07:15
Azərbaycan MQF Qəbələ Regional Qeyri-Hökumət təşkilatları Resurs və Təlim Mərkəzi


Mərkəz 07 sentyabr 2001-cü ildə BMT/QRTM-in Azərbaycan hökuməti ilə birgə layihəsi çərçivəsində ölkənin 5 rayonunda regional olaraq formalaşdırılmışdır. Bu mərkəzlər Qəbələ, Şəmkir, Şirvan, Mingəçevir və Quba rayonlarındadır. Qəbələ Regional QHT-lərin Resurs və Təlim Mərkəzi 12 rayonu əhatə edir. Bu rayonlar Qəbələ, İsmayıllı, Şamaxı, Qobustan, Ağsu, Göyçay, Ağdaş, Oğuz, Şəki, Qax, Zaqatala və Balakəndir. Mərkəzin bu rayonların hər birində rayonda fəaliyyət göstərən QHT koalisiyasını təmsil edən bir koordinatoru təmsil olunur. Rayon koordinatorları fəaliyyət göstərən QHT-lərin işini koordinasiya edir və bu sahədə təlim və tədris işləri həyata keçirir.

Ünvan: AZ 3600, Qəbələ rayon 28 may küçəsi 42

Direktor: Nəbiyev Qalib Təsim oğlu

Əlaqə telefonları: (050) 338 40 67,(055) 338 40 67



"Sağlam Həyat Uğrunda” Gənclərin Ictimai Birliyi


“Sağlam Həyat Uğrunda” Gənclərin İctimai Birliyi bir qrup ziyalı tərəfindən 31 may 2005 ci ildə təsis edilmişdir. 30 iyun 2005 ci ildə Ədliyyə Nazirliyi təfərindən rəsmən qeydiyyata alınmışdır.
Əsas fəaliyyət ərazisi Azərbaycan Respublikasını əhatə edir.
"Sağlam Həyat Uğrunda” Gənclərin Ictimai Birliyi bölgə gənclərinin (özəlliklə də Qəbələ rayonu) ictimai reaktivlik və liderlik bacarığının artırılması, özünüifadə qabiliyyətinin inkişaf etdirilməsi, gənclərin qloballaşan cəmiyyətə inteqrasiyasının təmin edilməsində yardımçı olmaq, gənclərin innovativ və informativ texnologiya və proseslərələrlə marağının artırılması və istifadəsinin yayğınlaşdırılmasını təmin etmək istiqamətində fəaliyyət göstərir.
Hal-hazırda birliyin 60-da çox üzvü var və say günü-gündən artır.
Birliyin rəsmi internet adresi: www.shu-ib.com | mail: info@shu-ib.com | Tel : (+994) 55 8827378

Sədr: Vahid ƏLİYEV
İcraçı Direktor: Ramil BAYRAMOV



İsmayılbəy Qutqaşınlı İctimai Birliyi

İsmayılbəy Qutqaşınlı İctimai Birliyi 10 mart 2003-cü ildə Qəbələ rayonunda yaradılıb və 30 iyul 2003-cü ildə Ədliyyə Nazirliyində qeydiyyatdan keçib. Birliyin fəaliyyəti əsasən – ekologiya, təhsil, səhiyyə mədəniyyət və digər sosial sahələri əhatə edir.

Birlik görkəmli Azərbaycan ziyalısı İsmayılbəy Qutqaşınlının adını daşıyır. İsmayıl bəy Qutqaşınlı 27 yanvar 1806-cı ildə Qurban bayramında, keçmiş Qutaşın mahalında (indiki Qəbələ) anadan olmuşdur. Böyük maarifçi olan İsmayıl bəy yeni tipli Azərbaycan ədəbiyyatının banisi sayılır. O, 1869-cu ildə Ağdaş mahalında vəfat edib.

Təşkilatın rəsmi internet adresi: www.gutgashinli.wordpress.com
Можно зайти сюда newprogs.net чтобы скачать все для пк, а так же на allfilm.net посмотреть фильмы или скачать с newtemplates.ru лучшие шаблоны
Sosial Şəbəkə
  • Facebook
  • Message
  • Twitter
  • Bu gün
  • Çox oxunan
  • Şərh edilən