Portala giriş
 
  • 09:09 – Oğuz şəhərində keçiriləcək şahmat üzrə zona yarışlarında Qəbələ komandası iştirak edəcək 
  • 08:34 – “Elm ağlın çırağıdır” adlı layihəsinə yekun vuruldu-Fotolar 
  • 05:54 – Qəbələ şəhərində avtomobil yollarının əsaslı təmiri üçün 3 milyon manat ayrılıb 
  • 06:55 – Prezident İlham Əliyev Nohurqışlaq-Tüntül-Yengicə avtomobil yolunun əsaslı təmirdən sonra açılışında iştirak edib 
  • 06:52 – Azərbaycan prezidenti “Qafqaz Tufandağ Mountain Resort” otelinin açılışında iştirak edib 

Mədəniyyət

  • 21 окт, 07:13


Qəbələ tarixin ilkin vaxtlarından ölkənin əsas mədəniyyət mərkəzi olmuşdur. Şəhərdə böyük sənətkarlıq məhəllələri, Dulus bişirmə sexləri, Ağac və daş işləmə emalatxanaları fəaliyyət göstərmişdir. Arxeoloji qazıntılarda bu sənət nümunələri və emalatxanaların qalıqlarına rast gəlinmişdir. Qədim Qəbələdə Anfitett fəaliyyət göstərmişdir. Hazırda Qəbələdə Ağac işləmə (Vəndam qəsəbəsində Şahin usda), Xalçatoxuma (Vəndam qəsəbəsində emalatxana) sahələri davam edir və sürətlə inkişaf edir.

Qəbələ Azərbaycanın tarixi Şəhərsalma mədəniyyətinin mövcud olduğu ərazidir. Qədim Qəbələ Şəhəri qədim və orta dövrlərə aid əsas şəhərsalma-memarlıq üsulu ilə salınmışdır. Şəhər, iki çay vadisində, hündür ərazidə, ticarət yolların üzərində və ətrafl itehkamlarla hasarlanmış formada salınmıdı. Şəhərdə saxsı su xətləri mövcud olmuşdur ki, bu çox az şəhərdə rast gəlinən bir hadisədir.
Hazırda müasir Qəbələ yenidən tikilir və Öz Qüdrətini bərpa edir.



Art and Public Center


Qəbələ Mədəniyyət Mərkəzi
Fəaliyyət: konsert zalı, akt zalı, incəsənət dərnəkləri
Ünvan: Qəbələ, H.Əliyev k.,28 may küç 42
tƏlaqə: 205-02-99
www.qebele-medeniyyet.com

Heydər Əliyev Mərkəzi
Fəaliyyət: elektron kitabxana, akt azlı, muzey
Ünvan: Qəbələ, Qutqaşınlı 36
Əlaqə: (024) 205-28-30

Qəbələ Konqre Mərkəzi
Fəaliyyət: toplantı zalları, restoran, 1200 yerlik konfrans zalı
Ünvan: Qəbələ, Qutqaşınlı k., (Qəbələ-Laza yolunun sol hissəsi)
Əlaqə:


FotoAlbom




Qəbələ Dövlət Tarix Mədəniyyət Qoruğu


1985 – ci ildə yaradılıb. 480 ha sahəni əhatə edən qoruq rayonun cənub – qərbində, mərkəzdən 25 – 30 km aralıda, Çuxur Qəbələ kəndi yaxınlığında yerləşir. 3 əsas hissədən – Çaqqallı, Səlbir, Qala hissələrindən ibarətdir. Antik şəhərin xarabalıqları burada qorunur.

FotoAlbom


Folklor qrupları


Cəlil Məmmədquluzadə adına xalq teatrı
Yaranış: 1960-cı il
Repertuar:İ.B.Qutqaşınlı “Rəşid bəy və Səadət xanım”. A. Quliyev “Qoz əhvəlatı”. A.Kuprin “Olesya”. F.Mustafa “Sənə sözüm var”, K.Nemət “Təzə xadimə”
Yerləşim: Qəbələ Mədəniyyət Mərkəzi
Bədii rəhbər: Sərkərov Füzul

“Zopu-zopu” etnoqrafik folklor xalq kollektivi
Yaranış: 1980-ci il
Repertuar:Zopu oyunu, Dəvə oyunu, Igidlər rəqsi,
Yerləşim: Bum Mədəniyyət Evi
Bədii rəhbər:Abulov Saəxavət

FotoAlbom:

“Cəngi” folklor ansamblı
Yaranış: 2001
Repertuar: Xalq Mahnıları (zurna, nağara, balaban)
Yerləşim: Nic Mədəniyyət Evi
Bədii rəhbər: Vəzirxoy German Albert

“Gülüstan” qadınlardan ibarət folklor kollektivi
Repertuar: Milli Xalq Musiqisi
Rəhbəri: Afət ƏLİYEVA.
Istifadə etdiyi alətlər: ərsin, dördayaq, oxlov, qabb-qacaq.
Yerləşim: Hacallı Mədəniyyət evi

“Qaynana” folklor qrupu
Repertuar: el havaları və milli ailə adət-ənənələri
Yerləşim: Əmirvan Mədəniyyət evi



FotoAlbom



Sənətkarlıq


Keçmiş dövrlərdə burada olduqca məşhur xalçalar toxunmuşdur ki. Bu xalçalara “Qədim Qəbələ”xalçaları deyirdilər. Hal- hazırda eyni formada sadə xalçalar rayon ərazisində toxunur. Bu xalçalar “Məhəmməd Ağalı” adı ilə məşhurdur. Qubada toxunan “Gümül” xalçaları “Qədim Qəbələ” xalçasının davamıdır. Hal-hazırda istehsal edilən Qəbələ xalçaları Azərbaycan Xalçaçılıq məktəbinin Şirvan qrupuna daxildir.




Mədəniyyət və İncəsənəd Festivalları


Qəbələ Beynəlxalq Musiqi Festivalı
Təşkilatçı: Heydər Əliyev Fondu
Tarix: I -2009 , II-2010 , III-2011 , IV-2012 , V-2013
Bədii rəhbər: Fərhad Bədəlbəyli, Dimitri Yablonski
Fəaliyyət: Klassik Musiqi
Ətraflı Məlumat

Qəbələ İncəsənət Festivalı
Təşkilatçı: SEBA
Tarix: I- 2010, II- 2011 (“Sənət! Həyat! Torpaq!”), III- 2013 ("Portretlərin melodiyası")
Bədi Rəhbər: Ruhəngiz Heydərova
Fəaliyyət: rəsm
Ətraflı Məlumat

Qəbələ Mürəbbə Festivalı
Təşkilatçı - Qəbələ İcra Hakimiyyəti, Mədəniyyət və Turizm Nazirliyi
Tarix: I- 2013
Fəaliyyət: Mürəbbə
Ətraflı Məlumat



FOTOALBOM

Tarixi Abidələr


Qəbələ rayonu ərazisində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 avqust 2011-ci il tarixli, 132 nomrəli qərarı ilə təsdiqlənmis 93 dasınmaz tarix və mədəniyyət abidəsi movcuddur. Bu abidələrdən yerli əhəmiyyətlilərin sayı 61, olkə əhəmiyyətlilərin sayı isə 31-dir. 1 abidə dunya əhəmiyyətlidir. 17 abidə memarlıq, 69 abidə arxeoloji, 4 abidə dekorativ-tətbiqi sənət nümunəsi, 2 abidə isə bag-park, monumental və xatirə abidələrinə aiddir.

Dünya əhəmiyyətli Memarlıq abidələri

Qədim Qəbələ şəhəri, Səlbir Qala | Antik dövr orta əsrlər| Çuxur Qəbələ kəndi

Ölkə əhəmiyyətli tarix və mədəniyyət abidələri

Alban məbədi | IV-VIII əsrlər | Əmili kəndi
Şeyx Bədrəddin türbəsi | 1446 | Həzrə kəndi
Şeyx Mənsur türbəsi | XVI əsr | Həzrə kəndi
Şeyx Məhəmməd türbəsi | XVI əsr | Həzrə kəndi
Qala | VI-IX əsrlər | Vəndam qəsəbəsi
Qala | IX-XV əsrlər | Nic qəsəbəsi
Arxeoloji abidələr
Kamaltəpə | IX-XVIII əsrlər | Qəbələ şəhər darvazasında 50 m cənubunda
Çuxur Qəbələ yaşayış yeri | IX-XVIII əsrlər | Qəbələ qalasının qabağında
Türbə | IX-X əsrlər | Çuxur Qəbələdən 500m cənubda
Kurqan | Ilk tunc dövrü | Hacallıdan 5 km. Şımal –qərbdə
Kisədağ məbədi | Ilk tunc dövrü | Hacallıdan Şımal –qərbdə
Yalovlutəpə qəbirstanlığı | Antik dövr | Nic (Abdallı) kəndi
“Qacaq evləri” tikintisi | IX-XIX əsrlər | Savalan kəndi
Kolatan | IX-XIV əsrlər | Savalan dağında
Bulaclı dərə yaşayış yeri | III-VIII əsrlər | Savalandan 2 km şimal-şərqdə
Qaraul təpə | e. ə. V əsr e. X əsr | Savalan dağının cənubunda
Pirəşərif qala | IX-XIV əsrlər | Dızaxlı kəndi
Torpaq kurqanı | e.ə. I minillik | Dızaxlıdan 500 m şimal-şərqdə
Daş kurqanı | Tunc dövrü | Dızaxlıdan şimalda
Qala | IV-IX əsrlər | Vəndam qəsəbəsi
Daşmir yaşayış yeri | III-IX əsrlər | Vəndam qəsəbəsindən 5 km şimalda
Qala | IX-XIV əsrlər | Nic qəsəbəsi
Yalovlutəpə nekropolu | Antik dövr | Nicdən cənub-qərbdə
Gavur qalası | IX-XIV əsrlər | Bum qəsəbəsi
Axıtəpə | V-XIV əsrlər | Bumdan 500 m şimal-şərqdə
Nekropol | e.ə. IV əsr. e. I əsr | Şəfili kəndi
Daxaltəpə | I-XI əsrlər | Şəfilidən 1 km cənubda
Torpaq kurqanı | e.ə.I minilliyin əvvəli | Şəfilidən 1 km şimalda
Türbə | XVIII əsrlər | Şəfilidən 1 km şimalda
Yaşayış yeri və qəbirstanlıq | Antik dövr | Əmirvan kəndi
Bəylər kənd xarabalıqları | IX-XVIII əsrlər | Əmirvan-Yengicənin arasında
Dairəvi kilsənin arabalıqları | VII-XVI əsrlər | Əmilidən 3 kmşimal-şərqdə
Torpaq kurqanı | e.ə. I minillik | Əmilinin şərqində
Yedditəpə yaşayış yeri | V-VIII əsrlər | Bayramkoxadan 3 km şimalda
Ustacan qalası | IX-XIV əsrlər | Bayramkoxadan cənub-şərqdə
Ustacan təpəsi | V-VIII əsrlər| Bayramkoxadan 10 km cənub-şərqdə
Xırmantəpə yaşayış yeri | IX-XIV əsrlər | Bayramkoxadan şərqdə
Xəzrə taxta piri | XI-XVIII əsrlər | Bayramkoxadan şərqdə
Kələş qala yeri | V-XI əsrlər | Sileylidən cənubda
Bucaq piri | IX-XIV əsrlər | Sileyli kəndi
Daş kurqanı | Tunc dövrü | Sileyli kəndi
Qalacam | VI-XIV əsrlər | Qəmərvandan 4 km şimalda
Surxay qalası | IX-XIV əsrlər | Türyancay və Göycay dərələrinin arasında
Şihitəpə yaşayış yeri | IX-XIV əsrlər | Türyancay və Göycay dərələrinin arasında
Qacaq evi yaşayış yeri | IX-XIV əsrlər | Qaraçay və Türyançay qovşağında
Çaxcaxlı yaşayış yeri | IX-XIV əsrlər | Yengicədən 1 km cənub-qərbdə
Bayramkoxa qalası | Ilk orta əsrlər | Zalam kəndindən şərqdə
Qızlar qalası | IX-XIV əsrlər | Zalamdan 3 km şərqdə
Xarabakənd yeri | XI-XVIII əsrlər | Məmmədağalıdan 2 km cənub-qərbdə
Qala | Ilk orta əsrlər | Kürddən 3 km cənub-qərbdə
Ağcəburun yaşayış yeri | IX-XIV əsrlər | Kürddən 3 km cənub-qərbdə
küp qəbirləri nekropolu | e.ə. II-I əsrlər. e. I-II əsrlər | Yenikənd kəndinin yaxınlığında
Seyidtala yaşayış yeri | e.ə. IV-I əsrlər | Kicik-Pirəllidən 5 km cənubda
Qafarlı yaşayış yeri | Kiçik-Pirəllidən 3 km cənubda | IX-XIV əsrlər
Qaratəpə | e.ə. ı minilliyin əvvəl | Sarıhacılı kəndindən 1 km cənub- şərqdə
Kəbir nux yaşayış yeri | V-VIII əsrlər | Tövlə kəndindən 2 km şimal-şərqdə
Torpaqtəpə yaşayış yeri | e.ə. ı minilliyin əvvəli | Tövlə kəndindən 500 m cənubda
Qəbələ şəhərində məbəd sahəsi | Antik dövr | Tövlə kəndindən 3 km cənubda
Dızaxlı kurqanı | Tunc dövrü | Dızaxlı kəndi

Yerli əhəmiyyətli tarix və mədəniyyət abidələri

Mirzəli evi | XIX əsr | Vəndam qəsəbəsi
Qəbələ Cuma məscidi | 1899-1906 | Qəbələ şəhəri. Nizami küc. 1
Qala (qədim müdafiə qalası)| IX-XIII əsrlər | Qəbələ şəhəri. Nizami küc. 18
Türbə | XIII-XIX əsrlər | Qəbələ şəhəri.,böyük qəbirstanlıq
Imam Baba türbəsi | XIII-XIX əsrlər | Qəbələ şəhəri. qəbirstanlıq
Səkkizguşəli məscidi | XV-XVI əsrlər | | Qəbələ şəhəri
Məscid | XIX əsr | Bum qəsəbəsi
Məscid | XIX əsr | Bum qəsəbəsi
Ücmərtəbəli yaşayış evi | XIX əsr | Dızaxlı kəndi
Şəhərgah | Orta əsrlər | Vəndamdan 3 km şərqdə
Ulipir, Davudoçökən və Uzunxan qəbirləri | orta əsr | Əmirvan kəndindən şimal-şərqdə
Maşanlı mağarası yaşayış yeri | orta əsr | Bayramkoxadan cənub-şərqdə
Daşkəsən yaşayış yeri | Son orta əsrlər | Yengicədən cənub-şərqdə
Palıdlı qoşun | Son orta əsrlər | Solqucadan 1 km şimalda
Gavursanlıq | orta əsr | Kiçik-Pirəlidən 500 m qərbdə
Şıxbaba qəbirstanlıq | XVI-Xx əsrlər | Həmzəlli kəndi
Komrad piri | orta əsr | Komrad dağının başında


XƏRİTƏDƏ BAX
FOTO ALBOM
Можно зайти сюда newprogs.net чтобы скачать все для пк, а так же на allfilm.net посмотреть фильмы или скачать с newtemplates.ru лучшие шаблоны
Sosial Şəbəkə
  • Facebook
  • Message
  • Twitter
  • Bu gün
  • Çox oxunan
  • Şərh edilən