Portala giriş все шаблоны для dle на сайте newtemplates.ru скачать
 
  • 20:34 – “Əlvida ilk müəllimim” 
  • 11:47 – Qəbələdə məhkəmə hakimlərinin şahmat turniri keçirilmişdir. 
  • 13:23 – İsmayıllıda basketbol yarışları keçirilmişdir. 
  • 13:19 – İsmayıllı şəhər məktəb –litseyində 1 saat. 
  • 09:52 – Qəbələdə bələdiyyə sədri cərimələnib 

Tenerife Kanar adalarına, “Chenot” isə Qəbələyə dəvət edir

Baharın gəlişi ilə Azərbaycanda turizm bazarı qeyri-adi dərəcədə canlanıb. Aprelin 21-də Bakıda növbəti, bir ay ərzində artıq üçüncü, səyyar turizmi üzrə beynəlxalq forum keçirilib. “Baku Travel Bazaar Wellness & Leisure” adlı tədbir bu dəfə sağlamlıq və SPA turizminin müxtəlif növlərinə həsr edilib. Təşkilatçılar – Ukraynanın “Chance Travel Consulting” və Azərbaycanın “R&S Group” şirkətləri 29 dəbdəbəli otelin nümayəndələrini, turistləri qəbul edən operatorları, termal kurortların, tibbi klinikaların, SPA komplekslərinin, aviaşirkətlərin və dünyanın hər yerindən turizm ofislərinin nümayəndələrini Azərbaycan və Gürcüstanın turizm agentliklərinin əməkdaşları ilə görüşmək üçün bir yerə toplayıb.

B2B formatında keçən tədbirlərə uyğun olaraq iştirakçıların buraya gələnlərlə ünsiyyəti üz-üzə olub və təxminən bütün iş gününü əhatə edib. “R&S Group” şirkətinin meneceri Aysel Mayılovanın sözlərinə görə, tədbirin əsas məqsədi dünya turizm sənayesinin aparıcı oyunçuları ilə Azərbaycanın turizm bazarının qonaqpərvərliyi və peşəkarları arasında dialoq yaratmaqdır. Forumun qonaqları sırasında həm daimi iştirakçılar, həm də debütantlar var idi.

Yenil iştirakçılardan biri Monte-Karloda (Monako) çoxlu sayda dəbdəbəli otellərin, restoranların və digər turizm obyektlərinin sahibi “Monte-Carlo Société Des Bains de Mer” şirkəti idi. Tədbirin mövzusuna uyğun olaraq şirkət öz fəaliyyətinin SPA istiqamətinin təqdiminə xüsusi yer ayırıb. Şirkətin kommersiya direktoru Andrey Kojuşko AZƏRTAC-ın müxbirinə deyib: “Monakoda bizim üç SPA mərkəzimiz var, onlardan biri knyazlıqda ən böyük və Avropada ən böyüklərdən biridir. Sahəsi 7000 kvadratmetr olan bu kompleks Monte-Karlonun mərkəzində yerləşir. Mərkəzin İsveçrə və Braziliya kosmetikasından istifadə edildiyi 30 prosedur kabinəsi, pəhriz restoranları və digər kurort infrastrukturu var. Azərbaycandan olan turistlər kübar həyatı, təmiz dəniz sahilləri və nəfis mətbəxi ilə tanınan Monakoda müalicə və istirahətin geniş imkanlarını qiymətləndirəcəklər”.

“Baku Travel Bazaar” çərçivəsində ilk dəfə İspaniyanın Kanar adaları arxipelaqının tərkibində ən böyük ada Tenerifenin turizm idarəsi də təmsil edilib. Bu qurumun Rusiyada meneceri Tatyana Nazarova deyib: “Biz indiki tədbirin debütantları olsaq da, Bakıya əvvəllər də gəlmişik. Azərbaycandan olan turistlərin Tenerifedə istirahətə artan marağını qeyd edə bilərəm. Dünyanın ən populyar və nüfuzlu kurortlarında olmuş azərbaycanlı turistlər nəsə qeyri-adi və yeni bir şey axtarışında Tenerifeyə diqqət ayırırlar. Adalar səyahətçilərə bir tərəfdən yüksək servis, gözəl otellər, kurort istirahəti üçün yaxşı şərait, yəni, sizin turistlərin adət etdiyi şəraiti təklif edə bilər. Digər tərəfdən isə Tenerifedə təbiət mənzərələri və tarixi yerlər bir-birini tamamlayır. Bu baxımdan Teyde Milli Parkını qeyd etmək kifayətdir. İspaniyanın ən yüksək nöqtəsi, hündürlüyü 3718 metr olan və UNESCO-nun Dünya İrsi Siyahısına salınan Teyde vulkanı orada yerləşir. Burada krater səviyyəsində, 3555 metr hündürlükdə baxış meydançası yerləşir. Oradan bütün Kanar adalarına gözəl mənzərə açılır. Yüksəkliyə ekskursiya hətta axşamlar da olur. Bu zaman tamaşaçıların qarşısında aydın ulduzlu səma canlanır. Adama elə gəlir ki, əlini uzatsan ulduzlara çatar. Belə mənzərə şimal yarımkürəsinin heç bir yerində yoxdur. Təsadüfi deyil ki, dağın yamacında turistlərin üzünə açıq olan beynəlxalq astronomik rəsədxana yerləşir. Oradan günəş və ulduzlar müşahidə edilir. Bundan başqa, San-Kristobal-de-la-Laquna şəhəri də turistlər üçün maraqlıdır. Bu yer də UNESCO-nun Dünya İrsi Siyahısına daxildir. Şəhərin özəlliyi ondadır ki, qəsr olmayan ilk orta əsr şəhəridir. Onun tikilmə prinsiplərindən ispanlar Şimali Amerikada şəhər salınmasında istifadə ediblər. Azərbaycan turistlərini Tenerifeyə dəvət edirik. Ümidvarıq ki, tezliklə Azərbaycan ilə İspaniya arasında birbaşa uçuş reysi açılacaq. Hələlik isə Bakıdan bizə Moskva, Kiyev, Minsk və Avropanın digər şəhərlərindən tranzitlə gəlmək olar”.

“Baku Travel Bazaar”ın digər debütantı – Latviyanın “AirBaltic” aviaşirkətidir. Budan əvvəl mayın sonundan Bakı ilə Riqa arasında birbaşa resylərin başlayacağını elan etmiş şirkət peşəkar həmkarlarını daha bir xəbərlə sevindirib. Şirkətin Azərbaycan, Ukrayna, Belarus və Gürcüstan üzrə meneceri Mariya Radçenko deyib: “İndi Azərbaycanın turizm agentlikləri “AirBaltic” reyslərinə bütün biletləri aviadaşımalar sahəsində elektron biletlərin qeydiyyatını ən böyük və müasir platforma olan “Hahn Air”in məntəqəsində birbaşa həyata keçirə bilərlər”.

“Season's” – Avropa və Hindistanda yerləşən lüks sinif otellərin nümayəndəsi “Baku Travel Bazaar”ın dəfələrlə iştirakçısı olub. Şirkət bu dəfə foruma gələnlərin diqqətini Hindistanda yerləşən “Kalari Kovilakom”, “Kalari Rasayana” və “SwaSwara” ayurvedik klinikalara cəlb edib. “Season's” nümayəndəsi İrina Byatkinanın sözlərinə görə, bu müalicəxanalarda ayurverdadan başqa, yoqa və meditasiya da tətbiq olunur.

“Baku Travel Bazaar”ın adlı-sanlı əcnəbi iştirakçıları sırasında Azərbaycanın yeni “Chenot Palace” sağlamlıq otel kompleksi özünü itirmədi. İtaliyanın nüfuzlu müalicəxanalarının sahibi olan “Chenot” brendi ilk dəfə öz ölkəsinin hüdudlarından kənarda – Qəbələdə kompleks tikdirib. Otelin satış üzrə meneceri Fərid Abbasov deyib: “2016-cı ilin avqust-sentyabr aylarında açılışı nəzərdə tutulan yeni otel mənzərəli yerdə, gölün sahilində yerləşir və “Chenot”un yaradıcısı Anri Şenonun metodu ilə müalicə prosedurlarının keçirilməsi üçün nəzərdə tutulur. Müalicəxanada yüksək ixtisaslı xarici həkimlərin nəzarəti altında ən yeni cavanlaşdırma texnologiya və arıqlama üsullarından istifadə ediləcək”.

Növbəti tədbir Bakıda sentyabr ayında keçiriləcək və payız və qış turizminin aktual istiqamətlərinə həsr ediləcək.

AZƏRTAC

  Şərhlər:


Sosial Şəbəkə
  • Facebook
  • Message
  • Twitter
  • Bu gün
  • Çox oxunan
  • Şərh edilən