Portala giriş
 
  • 09:09 – Oğuz şəhərində keçiriləcək şahmat üzrə zona yarışlarında Qəbələ komandası iştirak edəcək 
  • 08:34 – “Elm ağlın çırağıdır” adlı layihəsinə yekun vuruldu-Fotolar 
  • 05:54 – Qəbələ şəhərində avtomobil yollarının əsaslı təmiri üçün 3 milyon manat ayrılıb 
  • 06:55 – Prezident İlham Əliyev Nohurqışlaq-Tüntül-Yengicə avtomobil yolunun əsaslı təmirdən sonra açılışında iştirak edib 
  • 06:52 – Azərbaycan prezidenti “Qafqaz Tufandağ Mountain Resort” otelinin açılışında iştirak edib 

İnzibati Ərazi Vahidləri

  • 20 окт, 19:47


Qəbələ rayonu 8 sentyabr 1930-cu ildə Azərbaycan Respublkiasının inzibati rayonlarından biri kimi yaradılmışdır. Respublkia ərazisinin 1/50 hissəsini təşgil edən Qəbələ rayonunun sahəsi 1550 km2 –dir. Qəbələ ərazisi ,,4” yanvar 1963-cü ildə Ağdaş rayonunun tərkibinə qatılmış, 17 yanvar 1964-cü ildən yenidən ayrıldıqda inzibati rayona çevrilmişdir.
Rayonun adı 7 fevral 1991-ci ilə qədər Qutqaşın, həmin tarixdən isə rayonun qədim adı bərpa edilərək Qəbələ adlandırılmışdır.

Rayonda bir şəhər (Qəbələ), 3 qəsəbə (Vəndam, Bum və Nic) və 60 kənd inzibati ərazi dairəsi var. Bu yaşayış məntəqələri 60 İnzibati ərazi nümayəndəliyi və 55 bələdiyyə vasitəsi ilə idarə olunur.




Qəbələ Rayonunda Yerləşən Kəndlər və Qəsəbələr


Qəbələ Rayonunun Qəsəbələri: Vəndam, Bum və Nic
Qəbələ Rayonun Kəndləri: Abrıx, Aydınqışlaq, Bayramkoxa, Beyli, Bılıx, Bunud, Böyük Pirəlli, Böyük Əmili, Cığatelli, Corlu, Dandıq, Daşğıca, Dizaxlı, Hacallı , Həmzəlli, Həzrə, Kiçik Pirəlli, Kiçik Əmili, Kurd, Kötüklü, Küsnət , Laza, Mamaylı, Mirzəbəyli, Mıxlıqovaq, Mollaşıxalı, Məlikli
Məmmədağalı, Nohurqışlaq, Ovuclu, Qaradeyn, Quşlar, Qəmərvan, Sarı Hacılı, Savalan, Seyidqışlaq, Siləyli, Sırt-Yengicə, Solquca, Soltan Nuxa, Tikanlı, Tola, Topbağ, Tüntül, Uludaş, Xırxatala, Yemişanlı, Yengicə, Yenikənd , Zalam, Zarağan, Zirik, Çarxana, Çuxur Qəbələ, İmamlı, Şamlı (Qəbələ), Şəfili, Əmirvan




Qəbələ Rayonunda Yerləşən Kəndlərin Etimalogiyası


ŞAMLI KƏNDİ
Şimali Suriyadan gəlmiş Turk tayfalarından (boylarından) birinin adı olub. Şamlı tayfasının Azərbaycana koc etməsi faktı Turkiyəli alim İsmayıl Qayqusuzun internetdə verilmiş “Qızılbaşlıq və qızılbaşlar” adlı məqaləsində də qeyd olunur. Monqolların hucumu zamanı Turkiyəyə gedən və Şamda (Suriyada) məskən salan (o zaman Suriya Osmanlı imperatorluğunun tərkibində olub) səlcuqlardan ibarətdir. Onlar Şamlı adı altında Topal Teymur tərəfindən Suriyadan kocurulmuş və İranda məskunlaşmışlar. Sonradan onlar Azərbaycana kocublər...
Kəndin adı güman lunur ki, Suriyanın Şam şəhərindən gələn (XV-XVI əsrlər) türk mənşəli Şamlı tayfalarının adından götürülmüşdür. İndi Qəbələ rayonunun sərhədləri içində olan Şamlı kəndi 1930-cu ilə qədər Azərbaycanın Gəncə (əvvəl Yelizavetpol) Quberniyasının tərkibindəki Ərəş qəzasının (Ərəş Səfəvi hakimiyyəti dövründə sultalıq olaraq qurulub) kəndi olub. 1930-cu ildə Qutqaşın (Qəbələ) rayonu qurularkən bu rayonun tərkibinə qatılıb. Hal-hazırda bu adda yerləşim mərkəzi qalmaqdadır..

ZİRİNG KƏNDİ
Bir vaxtlar bu adda kənd mövcud olub və indi həmin ərazinin xarabalıqları qalır. Tarixi qədim Alban dövlətinə aid olduğu ona görə güman edilir ki, bu sözün mənası udi dilində “toyuqlu” deməkdir. İndiki Ziring isə Kov Murad dağının ətəyində salınan kənddir. 1925-ci ildə yaradılıb və ona qədim yurd yerinin adını veriblər. Əhalisi İraqdan, Kərkükdən gələn türkmənlərdir. Əvvəlcə onlar Palantökən deyilən ərazini özlərinə binə seçiblər və sonra bu ərazidə, Kov Murad dağının ətəyində məskunlaşıblar...

BAYRAMKOVXALI KƏNDİ
Coğrafiyaşunas alim Elxan Nuriyev ərazinin toponimiyasına aid elmi əsərində qeyd edir ki, kəndin əsas adı Bayramkovxalı olsa da get-gedə təhrif olunaraq Bayramkoxa halına duşmuşdu.

BUNUD KƏNDİ
Kəndin adı kecən əsrə aid olan bir mənbədə Bunut formasında gostərilmişdir. XIX əsrin ikinci yarısında Vəndam kəndindən əmələ gəlmiş dord kicik məntəqədən biri - Buntdan sohbət gedir. Gorunur Bunt məntəqəsi yaranmazdan əvvəl Bunut yer adı olub. Naməlum toponimlərdən sayılır və umumiyyətlə mənası bəlli olmayan bu toponimlər Qafqaz mənşəli adlardır ki, zaman kecdikcə təhrif olunub, ya da Azərbaycan dilinin təsiri altında fonetik dəyişikliyə uğrayıb. Ancaq xalq yaddaşına əsaslansaq hər bir yurd yerinin yaranışı ilə bağlı fərziyyələr səslənir. Bu kəndin də qədim olduğu soylənilir.

BILIX KƏNDİ
Vaxtilə Bılıx dağının ətəyində bu adda kənd movcud olub, indi hətta onun xarabalıqları da movcuddur. Hazırki Bılıx kəndi isə kohnə Bılıx bağlarının yerində salınıb. Bu barədə toponimiklər belə deyir. El dilində desək bılıxlılar Qaracayın boğazında oturublar. Bir tərəfindən də Goycayın axması kəndin gorkəminə xususi gozəllik verir. Bılıx sozunun mənası “gəlib-getmişlər” deməkdir. İndi ləzgilərin ustunluk təşkil etdiyi kənd camaatının yarısı oturaq, yarısı kocəridir. Balıq yeri toponimi qədim turk dillərindəki baliq-“şəhər”, “qala divarları” ilə əhatə olunmuş şəhər sozundəndir. Toponimika elmində qeydə alınan bu soz bu rayonun ərazisinə aiddir. Soz duşmuşkən Bazar şəhərinin də adı tarixdə rast gəlinən yurd yerlərimizdəndir.

BUM
Rayonun ən iri yaşayış yerlərindən biridir. Toponimik bilgilərə gorə turk dillərindəki bum (boom) sozu ilə əlaqələndirilir. Bum sozu əski turk dilində “çaylı dərə, çətin keçilən yer” deməkdir. Kümə dağının ətəyində və çuxurda, iki dağın arasında, Kovdan çayının Bum cayına qarışdığı yerdədir. Mənbələrə gorə Altay-turk dillərində bu soz dar dərədə əmələ gəlmiş sıldırım, qayalıq, burun formasında uca qaya, cay ilə dağ arası yer anlamındadır. Necə ki, coğrafi mənası adı ilə eynidir. Rayon mərkəzindən 7 kilometr qərbdə, Qəbələ-Qəmərvan şosse yolunun kənarında, Baş Qafqaz silsiləsinin ətəyindədir. IX-XIV əsrlərə aid “Govurqala” memarlıq abidəsi var.

CORLU KƏNDİ
Naməlum toponimlərdən sayılır. Kəndin yaranma tarixi 1700-cu illərə aid edilir.

ÇUXUR QƏBƏLƏ
Qəbələ şəhərinin mərkəzindən 25 km uzaqlıqda yerləşir. Əhalisi 1000 nəfərdən çoxdur. Kənddə 1 orta məktəb fəaliyyər göstərir. Kəndin şərq tərəfində qədim Kabala şəhərinin qalıqları yerləşir.təxminən b.e.ə. III- b.e. V əsrlərində burada Qafqaz Albaniyasının paytaxtı qədim Kabalaka (indiki adıyla Qəbələ) şəhəri yerləşmişdir. Şəhər Albaniyanın ən inkişaf etmiş ticarət və sənətkarlıq mərkəzi olmuşdur. Burada hökümdarların iqamətgahları yerləşirdi. Eramızın IV əsrindən etbarən xristianlığın yayılması ilə bağlı olaraq bura başlıca dini mərkəz rolunu daşımışdır. (Hal-hazırda isə buranın əhalisi İslam dinini qəbul etmişdir). Şimaldan Xəzər tayfalarının intensiv hücumu ilə bağlı olaraq şəhərin mühafizə edilməsi getdikcə mətinləşirdi. Bunun da nəticəsi olaraq alban hökümdarları (çarları) V əsrdə təhlükəsizliklə bağlı olaraq ölkənin paytaxtını Partav (Bərdə) şəhərinə köçürdülər. Xilafətin işğalı və ərəblərin gəlməsi ilə bağlı olaraq burada əhali arasında kütləvi İslamlaşma prosesi başladı. 981 ci ildə Şivanşah Məhəmməd İbn Əhmədin dövrendə Qəbələ işğal olundu və Şirvanşahlar dövlətinin ərazisinə birləşdirildi. XVI əsrdə isə Qəbələ Səfəvilərin işğalına məruz qaldı və şəhər dağıdıldı.
2008-ci ilin 18 iyun- 18 iyul tarixləri arasınada Çuxur Qəbələdə arxeoloji qazıntılar aparılmışdır. Qazıntıar nəticəsində qədim şəhərlərin qalıqları və ərzaq saxlamaq üçün mövcud olan anbarın qalıqları tapılmışdır. Qazıntılar nəticəsində tapılan XVI-XVII əsrlərə aid olan dəmir pullar, saxsı, çini qablar Qəbələnin İran, Çin və digər ölkələrlə geniş ticari əlaqələrini n olmasını sübut edir. 1968 ci ildə ərazidən pul dəfinəsi tapılmışdır.
Çuxur Qəbələdə tapılan bütün bütün madi tapınılar Qəbələ Tarixi-Diyarşünaslıq muzeyində saxlanılır


DAŞLICA KƏNDİ
Bəzi məlumatlara gorə bu oykonim oz adını dağ cayının gətirdiyi xırda daş və cınqıllardan almışdır. Ərazinin 30-40 sm dərinliyindəki torpaq qatı xırda daşlıqla ortuludur. Daşlıca “daşlı yer” deməkdir.

ƏMİRVAN
Azərbaycan dilindəki Əmir şəxs adından və yer sozlərindən ibarətdir.Yerli məlumatlara gorə kəndin adı nəsil adından goturulub. Toponimikada “Əmircanlı talası” adlı mikrotoponim də burada qeydə alınıb. Kecmişdə burada eyni adda kənd olubmuş.

HACALLI KƏNDİ
Azərbaycanın Qəbələ rayonunda rayon mərkəzindən 20 km cənub qərbdə, Qəbələ-Ağdaş yolunun kənarında, Ərəş düzündə kənd.
Kənd əhalisi taxılçılıq, heyvandarlıq və qismən də tütünçülük və baramaçılıqla məşğul olur. Hacallıda orta məktəb, xəstəxana, mədəniyyət evi, kitabxana və uşaq baxçası fəaliyyət göstərir. Arxeoloji abidələrdən kurqan (ilk tunc dövrü) və qəbiristan (antik dövr) var.
Coğrafiyaşünas Elxan Nuriyevin yürütdüyü fərziyyəyə əsasən Hacallı Hacı Əlili sözündən yaranıb. Müəllif Hacıalılı adında iri tayfanın məlum olmadığını, kəndin adının Hacı Əlinin adından yarandığını qeyd etmişdir. Məşhur Azərbaycan yazıçısı İsmayıl bəy Qutqaşınlı “Səfərnamə” əsərində Qutqaşından – Trabuzanadək bölməsində Hacallı barədə qeyd edir:
Zövcəmiz Hacı Bikə düz yol ilə Hacıallı qəryəsinə getdi. Mən bir para xalisə kəndlərimi gəzib, bir para nizam verib axşama dəxi haman kəndə çatdım.orada iki gecə qalıb, bir para ətraf cəvanibdə olan xalisələrimin işlərinə əncam verib və özüm öz əlim ilə saldığım bağda bir gün istirahət edib, Rəcəbin on ikisində oradan yola düşüb, Qəbələ mahalından (çıxıb), Ağdaş mahalında Ağcayazı(kəndində) mahmud bəyə qonaq olduq. Qutqaşından Hacıallıya üç ağac yarım və Hacıallıdan Ağcayazı kəndinə dörd ağac yarım yoldur.
İndiki Hacallının yerləşdiyi ərazilər ilk Tunc dövründən yaşayış məskənidir. Erkən tunc dövrünün Hacallıda olan kurqan qəbir abidəsi buralarda yaşayış tarixinin eramızdan əvvəlki vaxtlara təsadüf etdiyinə əyani sübutdur. Süni suvarma sisteminin yaranması da məhz Tunc dövrünə təsadüf edir. Tunc alətlərdən istifadə etməklə Hacallı ərazisində yaşayan ilk insanlar şimaldan su kanalı çəkmiş, Pirəlli meşəsinin qaynama bulaqlarını isə mənbə kimi istifadə etmişlər. Hacallının yerləşdiyi Ərəş düzünün düz Yengicə (yəni dağlıq olmayan sahələr) adlanan bütün əraziləri süni suvarma sistemi ilə suvarılmış, dənli bitkilər əkilən sahələr genişlənmişdir. Əkinçiliklə məşğul olan Hacallılar burada daimi məskən salmış, maldarlıqla məşğul olanlar isə köçəri həyat tərzinə keçmişlər. Taxılçılıqla məşğul olan Hacallı sakinləri (Hacallı ərazisində yaşayan insanlar) taxılın və digər kənd təsərrüfatı məhsullarının qorunub – saxlanması üçün büyük saxsı küplərdən istifadə etmişlər.
Hacallının yerləşdiyi Ərəş düzü tarixi mənbələrdə ərəş mahalı adı ilə göstərilib. XVIII əsrin sonunda Şəki xanlığının ərazisi səkkiz mahala bölünmüşdü. Bunlardan biri də Hacallının yerləşdiyi Ərəş mahalı idi. Mahalı naib idarə edirdi. Bu ərazilər 1743–cü ilə qədər Ərəş sultanlığının tabeliyində olmuşdur. Osmanlı–Səfəvi müharibələri dövründə zəifləyən Ərəş sultanlığının əraziləri, indiki Hacallının yerləşdiyi Ərəş düzü də daxil olmaqla Şəki xanlığının tərkibinə qatıldı


HƏMZƏLLİ KƏNDİ
Mənbələrdə yazılır ki, ərazidə Şahna və Yurd yerləri olub. Muxtəlif kəndlərdən gələn ailələr burada məskunlaşıblar. Həmzəlli nəsil adıdır.

HƏZRƏ KƏNDİ
“Ev, ocaq, yaşayış yeri” deməkdir. Vaxtilə karvan yolunun ustundə olan bu qədim yurd yeri elmi, tarixi əhəmiyyəti ilə secilir. Alimlərin fikrincə, Həzrədəki ovliyalar subut edir ki, vaxtilə bu xaniganlıqlar olkədə muhim maraq kəsb edən mərkəzlərdən sayılıb və karvan yolunun ustundə bərqərarlaşmış qudrətli Şeyxlərin olkənin muqəddəratında da onəmli rolu olmuşdur....
Həzrə rayon mərkəzindən 14 km. şərqdə, Alazan-Həftəran vadisində yerləşir. Orta əsrlərə aid qədim qəbiristanlıq arxeoloji abidəsi, Şeyx Bədrəddin (1446), Şeyx Məhəmməd (XV əsr), Şeyx Mənsur (XVI) turbələri memarlıq abidələri, şimalda Həzrə dağında Dordkunc formalı burcdən ibarət, kirəc məhlulu ilə daşdan horulmuş mudafiə qulləsi ərazinin qədimliyindən xəbər verir. Yerli əhali arasında “Qalayeri” kimi tanınan bu qullə IX-XI əsrlərdə Qəbələ feodal hakimliyinin şərq sərhədlərini qorumaq ucun nəzarət məntəqəsi rolunu oynayır.

İMAMLI KƏNDİ
Bu adda turk mənşəli tayfanın olduğu guman edilir. Toponimikada bu zona uzrə eyni adda kohnə kəndin movcudluğu da yazılıb.

KÜRD KƏNDİ
Kənd Qəbələ şəhərindən cənub istiqamətdə, Düz Yengicə adlanan ərazidə yerləşir. Üç əsrdən çox tarixə malik kənddə və ətrafında Qurd dərəsi, Qurdlu bulaq, Qazan dərəsi, Çanaxbulaq təpəsi, Borçalı dərəsi, Palantökən kimi toponimlər, Seyid İbrahim piri, Qaş yaylası, Sonalar gölü yaxınlığındakı iri, sal daşlardan ibarət qədim alban qəbristanlığı və digər ünvanlar bu yerlərin qədim türk tayfalarına məxsusluğunu əyani təstiqləyir. Xatırlatmaq yerinə düşər ki, bir müddət Qutqaşen adlanan ərazi vahidinin professor Mirəli Seyidovun da yazdığı kimi əsl adı əsrlər öncəsi “Qurd qaşı” olub. – Yəni qurdların (türk totemi) gəzib-dolaşdığı yurd yerlərindən biri. Sonralar bu ad Qutqaşın, daha sonra isə Qutqaşen sözü ilə əvəzlənib. Beləliklə Kürd kəndi ərazisində rast gəlinən toponimlər bu ərazinin aborigen əhalisinin məhz türklər olduğunu söyləməyə əsas verir.Yaşlı nəslin nümayəndələrinin dediyi kimi, bu kəndin adı əslində Qurdlar olub və Sovet dönəmində “Kurt” kimi yazılıb. Və zaman-zaman assimiliyasiya uğrayaraq “Kürd” şəklinə düşüb. Hazırda da kənddə bir nəfər də olsun kürd əsilli insan yaşamır və əhalinin bu millətlə heç bir qohumluq əlaqəsi qeydə alınmayıb.

QARADEYİN KƏNDİ
Kəndinin yaranma tarixi 1840-50-ci illərə təsaduf edir. Toponimiyası ilə bağlı nə yerli camaatda, nə də elmi ədəbiyyatda hec bir məlumat yoxdur.

QƏMƏRVAN KƏNDİ
Bu kəndin tarixi XIX əsrin ortalarından başlayır. Dağıstanda yaşayan ləzgilərin bu zonada yaylaqları olmuş və onların muəyyən bir hissəsi oturaq hala kecərək bu kəndi yaratmışlar. Rayonun digər yerlərindən fərqi odur ki, bu kənd muasir gundə də kocəridir.

QUŞLAR KƏNDİ
Toponimikada qeyd edilib ki, Quşlar oykonimi qədimdə turk mənşəli Kuş (quş) etnonimindən yaranmışdır.

MAMAYLI KƏNDİ
Deyilənə gorə Monqol xanı olan Mamay xanın ərazidə beş-altı gun məskən salması ilə el dilində həmin yer belə adlanıb. Sonralar camaat təzə binə qurduğu yeri nişan verəndə “Mamay xanın dincəldiyi yer” deyərmişlər.

MƏMMƏDAĞALI KƏNDİ
Kəndin ərazisində eyni adlı qədim bir yurd yerinin xarabalıqları var. İndi muhafizə olunan bu tarixi məkanda hətta kecmişdə yaşayışın olduğunu isbat edən bəzi evlərin izi qalıb. Dovlət tərəfindən qorunan bu yer alimlərin dediyinə gorə IX-XI əsrlərə aiddir. Toponimik bilgilərə gorə şəxs adından goturulub. İndiki Məmmədağalı isə kohnə kəndə yaxındır, təxminən 2 km cənub-qərbdə yerləşir.

MIXLIQOVAQ KƏNDİ
Kəndin yaranışı ilə bağlı muxtəlif fərziyyələr səslənir. Bəzi alimlər qeyd edir ki, karvan yolunun ustundə olan bu ərazidə tacirlər hundur qovaq ağaclarının dibində dincini alarmış. Qovaq ağaclarına mıx vurub digərinə yola duşduyunu nişan verərmiş. Elə xalq arasında da, belə soylənilir. Toponimika elminə gorə isə kecmişdə govdəsinə coxlu mıx vurulmuş və sitayiş obyekti olan qovaq ağacından ərazinin adı goturulub. Kəndin yuxarı hissəsində “Pir Seyid” deyilən yer var və buradakı qovaqlıq bəlkə də ehtimal olunan yerdir. “Gəlin yolu” deyilən tarixi cığır isə daha yaxın zamanlara aiddir. Başqa bir mənbələrdə isə kəndin adının Mıxlıqovaq olmasının səbəbi illər əvvəl hələ kənd mövcud olmadığı dövrdə burada qovaq ağacının yerləşməsi idi.Belə ki,illər əvvəl bu kəndin ərazisindən keçən yolçular burada yerləşən qovaq ağacının yanında istirahət edərdilər. Bu zaman öz atlarını həmin nəhəng qovaq ağacına mıx çalaraq ora bağlarmışlar. Elə o zamanlardan da bu yeri Mıxlıqovaq adlandırmağa başlamışlar. Daha sonralar burada kənd salındığı zaman da yerin adına uyğun olaraq kəndin adı Mıxlıqovaq adlanmışdır.


MİRZƏBƏYLİ KƏNDİ
Xalq arasında Mirzə bəyin kəndi olduğu deyilir.

MOLLAŞIXALI KƏNDİ
Ehtimallara gorə şəxs adından goturulduyu bildirilir.

OVCULLU KƏNDİ
Vaxtilə bəyzadələr ailəsinə mənsub olan iki ailə tərəfindən təməli qoyulan bu kəndin ilk numayəndələri 1920-ci illərdə hakimiyyət dəyişikliyində ərazini tərk etsələr də bəylərin xidmətciləri və qohum əqrabaları burada birdəfəlik məskunlaşıblar.

BÖYÜK PİRƏLİ VƏ KİÇİK PİRƏLİ KƏNDLƏRİ
Toponimikada yazılıb ki, Pirəli adında şəxsin adıyla bağlıdır, əslində tarixi adı Pirəlilidir. Soz təhrifə uğrayaraq indiki halına duşub. Bəzi mənbələrdə Tarixçi Pinlinin adı ilə də bağlayırlar. Digər bir mənbələr isə kəndə çoxlu sayda Pir-övlüyanın olduğuna görə kənd belə adlanıdırılıb.

SOLQUCA KƏNDİ
Yerli deyimlərə gorə qədimdə bura iri yaşayış yerlərindən olub və zəlzələ nəticəsində torpaq altında qalıb. İndi el dilində Solquca və Solqıca (yəni solu qıcalıq ərazi) adlanan yurd yerinin tarixi ilə bağlı muxtəlif fərziyyələr soylənilir.

SEYİDQIŞLAQ KƏNDİ
Şəxs adlarını bildirən toponimlərdən hesab edilir və ilk dəfə yaşayış yerini binə edən insanın adını daşıyır. Vəndamda Seyidə məxsus qışlaq yerində yaranmış kənddir.

SİLƏYLİ KƏNDİ
Tarixdə bu adda tayfanın olduğu deyilir. Cox guman ki, həmin turk tayfasının adından goturulub. İki cayın Qaracayla Goycayın ortasında yerləşən Siləyli qədim tarixə malik olan yurd yeri olduğu guman edilir. Kəndin aşağısında uc tarixi abidə, Pirbucağı deyilən yerdə qəbirdaşı ustundə yazılı sənduqə oxunarkən məlum olub ki, buradakı kitabədə gostərilən tarix qədim əsrlərdən soraq verir.
Kurqan ikinci abidədir və onun da muhafizəsi və tədqiqi tarixin acılmayan illərinə aydınlıq gətirəcək real dəlildir.
Digər tapıntılardan biri, Qala arxeoloji abidəsi isə ona gorə maraq doğurur ki, bu tarixi tikili Bakının qız qalasına bənzəyir. Vaxtilə su uzərində olduğu ehtimal olunur. İki cayın bir-birinə qovuşduğu, Qaracayla Goycayın bir məcraya yonəldiyi yerdə inşa olunan qaladan sudan muhafizə, həm də yadellilərdən qorunmaq məqsədilə də istifadə edilməsi guman edilir. Uc hissədən ibarət olan qala kənar tərəfdən dar, icəridən isə enli yarğanlarla qurulub. Eynən İcəri şəhərin qala divarları kimi silahlı basqını dəf etmək, nizələri icəri buraxmamaq ucun mudafiə təminatı məqsədi daşıyır...

SIRT YENGİCƏ KƏNDİ
Toponimik araşdırmalara gorə alimlər bildirir ki, Sırt “dağın beli” və Yengicə isə “təzəcə, yenicə” sozlərinin mənasını verir. Yəni “sırtda yaranmış yeni kənd” deməkdir.

TİKANLI KƏNDİ
Xalq etimologiyasına əsasən buralar əvvəllər tikanlı sahələrdən ibarət olub, yerində kənd salınıb. Toponimik bilgilərə gorə kecən əsrdə Qars əyalətində Yuxarı Tikan və Aşağı Tikan adlı kəndlər movcud olub. Alimlər guman edir ki, kəndin mənşəyi də bu sozlərdən goturulub.

TOPBAĞ KƏNDİ
Ərazisində bir necə ovliyalar olduğuna gorə kənd topa şəklində olan bu ziyarətlərdən adını goturub.

TÖVLƏ KƏNDİ
Bu kənd uzun muddət Tola adlanıb. 1999-cu ildən bələdiyyələr yarananda kəndin adı Tovlə kimi rəsmiləşib. Toponimika elminə gorə hazırki adı duzdur və soz təhrif olunaraq xeyli vaxt əsas mahiyyətini itirmişdi. Yerli camaatın yozumuna gorə Qədim Qəbələnin paytaxt olduğu zaman bu ərazidən tədaruk olunan kənd təsərrufatı malları və ərzaq ehtiyatı şəhərin tələbatını odəyirmiş. Məhz adı da beləcə yaranıb. İndiki Cuxur Qəbələ kəndi ilə qədim şəhərin arasındadır. Ərazidən tapılan kərpic bişirən kurəxanalar hələ də araşdırılır və muhafizə olunan arxeoloji abidələr sırasına daxil edilib.
Əslində tola sozu kərpic anlamındadır. Arxeologiyada tədqiqat aparılan Qədim Albaniyanın Caqqallı sahəsi, tarixi məkandan 3-4 km cənub-şərqdə, Govurlu və Qocalan cayın arasında 50 hektaradək yer Tovlə kəndinin ərazisindədir.

ULUDAŞ KƏNDİ
“Ulu” və “daş” sozlərindən ibarət olan sozun acıqlamasını toponimiklər belə yozur. Ulu “qədimlik, uca”, daş isə qədimdə “dağ” anlamındadır. Kənd bu ərazidə nisbətən uca dağların yaxınlığında yerləşdiyindən “Ulu daş”, yəni uca dağın ətəyində yerləşən kənd mənasındadır. “Ulu” uca dağa yaxın olmasına işarədir....

VƏNDAM KƏNDİ
Vəndam sozunun tərkibindəki “vən” komponenti goyruş ağacının ikinci adıdır. Yerli məlumata gorə, vəndam toponimi “vən” (goyruş) ağacından tikilmiş “dam” mənasındadır.
Başqa bir mənbələrdə Vəndam adının mənası qədim Alban dilində “On ev” deməkdir. Böyüklüyünə görə bu kənd artıq qəsəbə adını almışdır.Vəndam böyüklüyünə görə Respulika üzrə ilk beşlikdədir (qəsəbə və kəndlər arasında). Qəsəbənin yaxınlığından Vəndamçay keçir. Ərazinin olduqca böyük turizim potensialı vardır. Azərbaycanda olduqca məşhur olan və Qəbələnin rəmzi sayılan “yeddi gözəl”şəlaləsi də Vəndamda yerləşir. Vəndam həmçinin öz unikallığı ilə seçilən “Vedrə bazarı”ilə məşhurdur.Vəndam qəsəbəsinin əhalisi 2008-ci ilin əvvəlinə olan məlumata görə 8.5 min nəfərdir.Vəndam qəsəbəsində 3 orta təhsil müəssisəsi fəaliyyət göstərir.


YEMİŞANLI KƏNDİ
Ərazidə yemişan kolları bitdiyindən guman olunur ki, adı buradan goturulub.

YENİKƏND KƏNDİ
Vaxtilə Lazadan yuxarıda, Mucuq şəlaləsinə yaxın ərazidə məskunlaşan əhali 1955-ci ildən Duzyengicədə buranın təməlini qoyublar. İndi oralara ancaq yaylağa donurlər.

ZƏRGƏRLİ KƏNDİ
Deyilənə gorə burada yaşayan əhali arasında varlı insanlar, xususən qır-qızıllı camaat cox imiş, elə ta əvvəldən zərgərlərin, əli durrlə oynayan sənətkarların adı ilə kənd belə adlanıb.

NİC KƏNDİ
Kənd Qəbələ şəhərindən 40 km cənub-qərbdə yerləşir. Kənddə etnik qrup olan udilər yaşayır. Əhalinin sayı 4000 nəfərdir. Udilərə aid ilk məlumat hələ 2500 il bundan əvvəl verilmişdir. Bu etnosun əcdadları olan utilər haqqında e.ə. V əsr yunan müəllifi Herodotun “Tarix” əsərində məlumat var. E.ə. l əsrdə yaşamış Strabonun “Coğrafiya” əsərində Xəzər dənizi və Qafqaz Albaniyası haqqında məlumatında utilərdən danışılır. Udi sözünə termin kimi ilk dəfə Böyük Plininin (l əsr) “Həqiqi tarix” əsərində rast gəlinir. Ptolomeyin (ll əsr) “Coğrafiya” əsərində, Xəzər dənizininətrafında müxtəlif tayfaların, o cümlədən – udilərin yaşadığı göstərir. Utilər Alban çarlığının yaranmasında mühüm rolu olan 26 alban tayfalarından biridir.
Utilər haqqında daha ətraflı VIII əsrdə yaşamış Moisey Kalankatuklunun “Alban tarixi” əsərində məlumat verilmişdir. O, özünü uti tayfalarına aid edir. O, Aranda 26 alban tayfalarının olması haqda məlumat verir: “Onun (Aranın) oğlundan Uti, Qardman, Çavdey, Qarqar knyazlıqları yaranmışdır”.
VII əsrdə ərəblərin Azərbaycanı işğal etdikdə və bütün ölkəni ərəb xilafətlinə qatanda əhalinin böyük hissəsinə, o cümlədən utilərə islam dinini qəbul etdirirlər. Lakin onların bir hissəsi əvvəlki inamlarını saxlayırlar. Hələ VI əsrdə aftokefal alban kilsəsini güclə öz tabeliyinə cəlb etmək cəhdlərinin olmuş, VII əsrdə ərəb xilafətinin icazəsi ilə erməni – qriqoryan kilsəsinin tərkibinə daxil edilmişdir. Alban katalikosunun qalmasına baxmayaraq, aktiv olaraq alban – xristianların etnik köklərinin dəyişdirilməsi və erməniləşdirilməsi siyasəti gedirdi. Nəticədə, Dağlıq Qarabağda onlar bütovlükdə öz dil və mədəniyyətlərini itirmiş oldular. Qəbələ və Oğuz ərazisində udilər öz adət - ənənlərini və dillərini (yazısız) qoruyub saxlaya bilmişlər. 1836-cı ildə rus pravoslav kilsəsi və rusiya idarəçiliyi alban katalikosunun taxtını və dəftərxanasını ləğv etdikdən sonra, udin – xristianlar erməni kilsəsinin tam təsiri altına düşürlər. Azərbaycanda islam dininin yayılması və türk dilinin inkişafı ilə əlaqədar, Azərbaycan xalqının uzunmüddət formalaşması ilə vahid – azərbaycanlı etnosu yaranmışdır. Lakin udi – xristianlar bu günkü günümüzə qədər etnik qrup kimi öz dillərini, maddi və mənəvi mədəniyyətlərini qoruyub saxlamışlar. Udi dili qafqaz dil ailəsinə aiddir. Lakin udilər Azərbaycan xalqının əcdadlarından biri hesab edilir.
Udilər xristian dininə sitayiş edirlər. Oğuz rayonunda yaşayan udilər pravoslavdırlar. Bayram mərasimləri köhnə udi adətləri və xristian dini adətlərinin qarışığını özündə əks etdirir. 1854 – cü ildə Nicdə ilk udi məktəbi açılır. Daha sonra Oğuzda kənd təsərrüfatı məktəbi yaradılır. Burada dərslər rus dilində keçirilirdi. Müəllimlər içərisində yerli sakinlərdən - udilər də var idi. Təhsili davam etdirmək üçün udilər Moskvaya, Kozlova (kommersiya məktəbi), Qoriyə (dini seminariya), Tiflisə (orta kommersiya məktəbi) gedirdilər. 1931 – 1933-cü illərdə udilər təhsili doğma dillərində, 1937 – ci ildən Azərbaycanda azərbaycan və rus dillərində, Gürcüstanda gürcü dilində alırdılar. Ali təhsilləri Bakı, Tiflis və Rusiyanın şəhərlərində alırdılar.
1989 – cu il göstəricisinə görə dünyada udilərin sayı – 8.652 nəfər təşkil edir ki, bunlardan 6.125 nəfəri Azərbaycanın payına düşür.

NOHURQIŞLAQ KƏNDİ
Kəndin adı, ərazisində yerləşən Nohurqışalaq su anbarına görə verilmişdir. Azərbaycan coğrafiya lüğətində “Nohur” kiçik su anbarı mənasını verir.

SOLTAN NUXA KƏNDİ
Güman olunur ki, kəndin adı Şəki xsnlığının adı bağlıdır. Şəki xanlığının əvvəlki adı “Nuxa” olmuşdur. Yəqin edilir ki kəndin adı da Nuxa (Şəki) sultanlın şərəfinə adlandırılmlşdır.



Qəbələ Rayonunda Yerləşən Bələdiyyələr


1 Qəbələ | Bağırov Dəmir Əmrah oğlu
2 Bum | Cəfərov Qabil Bədrəddin oğlu
3 Mıxlıqovaq | Həbibiv Vəliağa Gülalı oğlu
4 Kötüklü | İsmayılov Akif Sabir oğlu
5 Nic | Dallari Roman Surenoviç
6 Mirzəbəyli | Ağayev Rafiq Abidoğlu
7 İmamlı | Hacıyev Vaqif Saday oğlu
8 Kiçik Pirəli | Abdullayev Elşən Fəzzi oğlu
9 Soltannuxa | Baxışov Zaməddin Ağəli oğlu
10 Böyük Pirəli | Əliyev Telman Şaban oğlu
11 Tüntül | Hacıyev Cavanşir Niyazi oğlu
12 Nohurqışlaq | İbrahimov Nizami Xəlil oğlu
13 Yengicə | Abdıyev Rövşən Səfəralı oğlu
14 Vəndam | Abbasov Faiq Ağəli oğlu
15 Zalam | Səfərov Elmir Ələsgər oğlu
16 Kiçik Əmili | Mustafayev Oqtay Ağəli oğl
17 Bayramkoxalı | Mustafayev Afəddin Aləddin oğlu
18 Kürd | Əzimov Əlişirin Hüseyn oğlu
19 Qaradeyin | Yusifov Şahin Ərziman oğlu
20 Hacıalılı | Dadaşov İntiqam İkram oğlu
21 Böyük Əmili | Məmmədov Mətləb İsməddin oğlu
22 Mamaylı | Muradxanov Qalib Abdı oğlu
23 Çarxana | İslamov Aqil Niyazi oğlu
24 Quşlar | Məmmədkərimov Əlif Qərib oğlu
25 Savalan | Nəcəfov Ramin Əvəz oğlu
26 Laza | Mürsəlov Rəhman Kamil oğlu
27 SirtYengicə | Mehdiyev Telman Səfixan oğlu
28 Qəmərvan | Qəribov Qabil Xəlil oğlu
29 Məlikli | Hüseynov Faiq Məmmədhüseyn oğlu
30 Bılıx | Cəbiyev Əliyusif Hüseyn oğlu
31 Əmirvan | Ağalarov Akif Mürsəl oğlu
32 Dizaxlı | Səlimov Tahir Sabir oğlu
33 Yeni Dizaxlı | Səfərçinov Cavanşir Gülalı oğlu
34 Zirik | Qasımov İlqar Zakir oğlu
35 Zarağan | Məmmədov Nizami Qurban oğlu
36 Aydınqışlaq | Qarayev Müsavər Ərziman oğlu
37 Daşca | Həbibili Şaiq Vəliyəddin oğlu
38 Həmzəli | Şirinov Gündüz Məmməd oğlu
39 Cığatelli | Baxışov Mənsur Paşa oğlu
40 Xırxatala | Zeynalov İbrahim Salam oğlu
41 Tikanlı | Qocayev Rövşən Göygöz oğlu
42 Abrıx | Rüstmov Qalib Ağəli oğlu
43 Uludaş | Mursalıyev Fazil Əzim oğlu
44 Yemişanlı | Eyvazov Həsən Baba oğlu
45 Bunud | Musayev Əlibala Abid oğlu
46 Seyidqışlaq | Səfərəliyev Hikmət Sədiyar oğlu
47 Çuxur Qəbələ | Kərimov İlham Vəli oğlu
48 Tövlə | Cananov Etibar Tacir oğlu
49 Yenikənd | Babayev Absəbbin Sədrəddin oğlu
50 Topbağ | Məmmədov Aqil Ağasəf oğlu
51 Məmmədağalı | Əhmədov Soltan Rəsul oğlu
52 Şamlı | Rəfiyev İkram Rəfi oğlu
53 Siləyli | Rəsulov Rüfət Möylam oğlu
54 Şəfili | Nuhov Fəxrəddin Cümşüd oğlu
55 Həzrə | Hüseynov Çingiz Tufan oğlu






İnzibati ərazi dairəsi üzrə nümayəndələr

1 Qəbələ şəhər | Allahverdiyev Şahid Tofiq oğlu
2 Bum qəsəbə | Məmmədov Eynulla Muxtar oğlu
3 Vəndam qəsəbə | Bağırov İlham Hüseyn oğlu
4 Nic qəsəbə |Mahmudov Vidadi Sədi oğlu
5 Tikanlı kənd |Şirinov Dədəmalı Hümbət oğlu
6 Mıxlıqovaq kənd| Nəbiyev Səbuhi Tofiq oğlu
7 Mirzəbyli kənd |Ağayev Araz Tofiq oğlu
8 Çuxur Qəbələ kənd | Kərimov Abdulla İsgəndər oğlu
9 Quşlar kənd |Aslanov Əmir Ərzuman oğlu
10 Hacıalılı kənd |Hüseynov Ehtiram Sahib oğlu
11 Çarxana kənd |İslamov Mehman Hacı oğlu
12 Kürd kənd |Alıyev Eyyub Hüseyn oğlu
13 Bayramkoxalı kənd | Abbasov Şahin Abbas oğlu
14 Zalam kənd |Ramazanov Soltan Becan oğlu
15 Yenikənd kənd |Qismətov Samid Şahsöyün oğlu
16 Məlikli kənd |Məlikov Səməd Əmi oğlu
17 Əmirvan kənd |Tahirov Nizami Asvar oğlu
18 Zarağan kənd |Əhmədova Sənubər Mabud qızı
19 Qəmərvan kənd | Kişmişov İkram İsa oğlu
20 Böyük Pirəli kənd |Babayev Qnyaz Baba oğlu
21 Bunud kənd | Məmmədov Faiq Mikayıl oğlu
22 Cığatelli kənd |Nəbiyev Bəkir Mürşüd oğlu
23 Laza kənd |Cabbarov Yusif Savalan oğlu
24 Seyidqışlaq kənd | Mehdiyev Vaqif Vacib oğlu
25 Mamaylı kənd | Məmmədov Nəriman Abdulla oğlu
26 Nohurqışlaq kənd | Məsimov Babək Ağakərim oğlu
27 Tüntül kənd |Nəzirov Şirvan Niyazi oğlu
28 Həmzəli kənd |Əliyev Sənani Əli oğlu
29 Soltannuxa kənd | Mustafayev Roman Ağakərim oğlu
30 Uludaş kənd |Eldarov Elməddin Tacəddin oğlu
31 Zirik kənd |Mehdiyev Şahin İdris oğlu
32 Savalan kənd |Rzayev Şahin Qərib oğlu
33 Bılıx kənd |Göyüşov Alim Rəhim oğlu
34 Kiçik Pirəli kənd | Allahverdiyev Elxan Allahverdi oğlu
35 Zərgərli kənd |Əlyarov Ramiz Nurəhməd oğlu
36 Aydınqışlaq kənd | Valehov Fikrət Ömər oğlu
37 Tövlə kənd |Zeynalov Fərhad Hüsən oğlu
38 Böyük Əmili |Tapdıqov Abdulla Həmid oğlu
39 Daşca kənd |İsmayılov Fikrət Yusib oğlu
40 Kötüklü kənd |Nəbiyev İkram Nəbi oğlu
41 Abrıx kənd |Abdullayev Şair Şakir oğlu
42 Qaradeyin kənd| Mirzəcanov Vaqif Əmircan oğlu
43 Kiçik Əmili kənd | Mustafayev Mahir Sahib oğlu
44 Topbağ kənd |Ağayev Rasim Sədi oğlu
45 Həzrə kənd |Məmmədov Faiq Ənvər oğlu
46 Sırt Yengicə kənd | Süleymanov Məmmədxan Əmirxan oğlu
47 Yengicə kənd |Nəzirov Səxavət Müzəffər oğlu
48 Məmmədağalı kənd | Zakirov Fərrux Fazil oğlu
49 Yeni Dizaxlı kənd |Səfərçinov İlqar Dosəmməd oğlu
50 Xırxatala kənd |Əliyev İzafəddin Abdulqədir oğlu
51 Yemişənli kənd |Eyvazov Hüseyn Baba oğlu
52 İmamlı kənd |Hüseynov Absalam Zahid oğlu
53 Bəyli kənd |Əfəndiyev Muğdət Fərrux oğlu
54 Siləyli kənd |Süleymanov İlqar Qədim oğlu
55 Solquca kənd |Məmmədyarov Xanlar Kamil oğlu
56 Şamlı kənd |Cabbarov Nüsrət İsa oğlu
57 Şəfili kənd |Abdullayeva Mirvari İsfəndiyar qızı
58 Ovcullu kənd |Sabirli Pərviz Çingiz oğlu
59 Mollaşıxalı | Abdullayev Mahir Ənvər oğlu
60 Dizaxlı kənd | Yusifov Mikayıl Nəsimi oğlu


Можно зайти сюда newprogs.net чтобы скачать все для пк, а так же на allfilm.net посмотреть фильмы или скачать с newtemplates.ru лучшие шаблоны
Sosial Şəbəkə
  • Facebook
  • Message
  • Twitter
  • Bu gün
  • Çox oxunan
  • Şərh edilən