Главная > İdman > İDMANA HƏSR OLUNMUŞ TOPLANTI

İDMANA HƏSR OLUNMUŞ TOPLANTI


18-05-2018, 13:25. Разместил: Admin

 Bu günlərdə Qəbələ rayonunun Nohurqışlaq kənd tam orta məktəbində müəllim və şagirdlərin iştirakı ilə idmana həsr olunmuş toplantı keçirilmişdir. Toplantıda məktəbin direktoru Yaqub Tahirov idmanın əhəmiyyəti haqqında danışaraq şagirdlərə son 1 ildə qazanılmış nailiyyətlər haqqında məlumat vermişdir. Sonra Qəbələ rayon Uşaq Gənclər İdman Şahmat məktəbinin direktoru Ədalət Əliyev çıxış etmişdir. O fərqlənən müəllimlərə təşəkkürlərini çatdırmışdır  və Azərbaycan xalqının ümummilli lideri H.Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə keçirilən Respublika Şahmat festivalında uğurlu çıxış etmiş  III sinif şagirdi Əzizli Aysun Səbuhi qızına Fəxri Fərman təqdim etmişdir.

 NƏRMİN  RİZVANOVA

 

İDMANA HƏSR OLUNMUŞ TOPLANTI
İDMANA HƏSR OLUNMUŞ TOPLANTI


Вернуться назад