Главная > İdman > Şahmatçı şagird təltif edilmişdir.

Şahmatçı şagird təltif edilmişdir.


16-05-2018, 08:00. Разместил: Admin

 

 Nicat Apayev adına Qəbələ şəhər 4 saylı tam orta məktəbdə müəllim və şagirdlərin iştirakı ilə keçirilən toplantıda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə Respublika Şahmat festivalının bütün mərhələlərinin uğurlu iştirakçısı olmuş məktəbin III sinif şagirdi İsgəndərli İsgəndər Ayaz oğlu fəxri fərman, medal və pul mükafatı ilə təltif edilmişdir.

 Toplantıda çıxış edən Qəbələ rayon Uşaq-Gənclər İdman-Şahmat məktəbinin direktoru Ədalət Əliyev rayon məktəblilərinin şahmat yarışlarındakı iştirakı və uğurları haqqında ümumi məlumat verdi. Sonra Qəbələ rayon Təhsil şöbəsinin müdiri Arifə Bayramova çıxış edərək şahmatçıları təbrik etdi , onlara yeni uğurlar arzuladı. Daha sonra A. Bayramova İsgəndərli İsgəndərə fəxri fərman, medal və pul mükafatını təqdim etdi. İsgəndərli İsgəndər isə çıxış edərək gələcəkdə daha yaxşı şahmatçı olacağına söz verdi.

 Qeyd edək ki, İsgəndərli İsgəndərin məşqçisi Qəbələ rayon Uşaq-Gənclər İdman-Şahmat məktəbinin məşqçi-müəllimi Hümeyla Məmmədovadır.

 Nəzakət Əlizadə

Şahmatçı şagird təltif edilmişdir.
Şahmatçı şagird təltif edilmişdir.
Şahmatçı şagird təltif edilmişdir.


Вернуться назад