Главная > İdman, Baş xəbər > Voleybol birinciliyi

Voleybol birinciliyi


2-05-2018, 08:25. Разместил: Admin

 Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə keçirilən tədbirlərdən biri də 2000-2003-cü il təvəllüdlü məktəblilərin voleybol üzrə rayon birinciliyi yarışları olmuşdur. Yarışlarda müxtəlif məktəblərdən 22 komanda iştirak etmişdir. Final mərhələsi Qəbələ şəhər 1 saylı tam orta məktəbin idman zalında keçirilmişdir. Xırxatala və Yenikənd kənd tam orta məktəb komandaları arasında olan qarşılaşmanı idman ustası Kamran Cabbarov idarə etmişdir. Xırxatala kənd tam orta məktəbini təmsil edən voleybolçular daha yaxşı oynayaraq 3:1 hesabı ilə qələbə çalmış və yarışların qalibi adını qazanmışlar.

 Sonda qalibləri Qəbələ rayon Uşaq-Gənclər İdman-Şahmat məktəbinin direktoru Ədalət Əliyev təbrik etmişdir. O bildirmişdir ki, qalib komanda may ayında Ağdaş şəhərində keçirilən zona yarışlarında iştirak edəcəklər.

 Nəzakət Əlizadə

Voleybol birinciliyi
Voleybol birinciliyi
Voleybol birinciliyi
Voleybol birinciliyi
Voleybol birinciliyi
Voleybol birinciliyi
Voleybol birinciliyi
Voleybol birinciliyi
Voleybol birinciliyi
Voleybol birinciliyi
Voleybol birinciliyi
Voleybol birinciliyi
Voleybol birinciliyi
Voleybol birinciliyi
Voleybol birinciliyi
Voleybol birinciliyi
Voleybol birinciliyi


Вернуться назад