Главная > İdman > Şahmat Festivalı

Şahmat Festivalı


25-04-2018, 12:33. Разместил: Admin

 Bu günlərdə Qəbələ rayonunda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş şahmat festivalı keçirilmişdir. Festivalı giriş sözü ilə Qəbələ rayon Uşaq-Gənclər İdman-Şahmat məktəbinin direktoru  Ədalət  Əliyev  açaraq, qonaqlara, valideynlərə və şagirdlərə tədbir haqqında ümumi məlumat vermişdir. Sonra Qəbələ rayon Gənclər və İdman idarəsinin rəisi  Fəxri  Soltanov  ulu öndər Heydər Əliyevin idmana olan qayğısından danışaraq təşkilatçılara və şahmatçılara uğurlar arzulamışdır. Daha sonra Qəbələ rayon Təhsil şöbəsinin müdir i Arifə  Bayramova  İştirakçılara ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti haqqında qısa məlumat vermiş, şahmatçı-şagirdlərə uğurlar arzulamışdır.

 Təntənəli açılışdan sonra 113  şagird=şahmatçının qatıldığı  yarışları beynəlxalq dərəcəli idman ustası  Araz  Alməmmədovun  rəhbərlik etdiyi hakimlər heyəti idarə etmişdir. Sonda Qəbələ rayon Təhsil Şöbəsinin təsdiq etdiyi tədbirlər planına uyğun olaraq keçirilən rayon birinciliyi xarakterli yarışların qalibləri diplomlarla təltif edilmişlər.

 Qalibləri təqdim edirik:

 

8 yaş dərəcəsi;

Oğlanlar;

I yer – Elmar Eldarlı,  

II yer – İsmayıl Osmanlı,   

III yer – Elcan Ədilli.

Qızlar;

I yer – Aysun Əzizli,  

II yer – Selcan Rəşidova,    

III yer – Banu Cəlilova.

 

10 yaş dərəcəsi;

Oğlanlar;

I yer – Əli Osmanlı,    

II yer – Ümid Abdulkərimli,  

III yer – Fərhad Osmanov.

Qızlar;

I yer – Selcan Eyyubova,  

II yer – Dərya İsayeva,  

III yer – Aysu Eyvazlı.

 

12 yaş dərəcəsi; Oğlanlar;

I yer – Fuad Məmmədov,

II yer – Fərid Alməmmədov,

III yer – Səid Qasımov.

Qızlar;

I yer – Mədinə Xitilova,  

II yer – Həqiqət Tağıyeva, 

III yer – Ayişə Eyvazlı.

 

14 yaş dərəcəsi; Oğlanlar;

I yer – Fərhad Əliyev, 

II yer – Ülvi Bəşirov,

III yer – Elşən Məmmədov     Məhəmmədəmin Tağıyev.

Qızlar;

I yer – Nazan Osmanova,

II yer – Fidan Alməmmədova,

III yer – Fərqanə Əfəndiyeva.

 

16 yaş dərəcəsi; Oğlanlar;

I yer – Sərvan İbrahimov,

II yer – Sahib Abdullayev,

III yer – Əli Hacıyev.

Qızlar;

I yer – Həcər Kərimova,

II yer – Səmra Abdurahmanlı,

III yer – Nuray Cəfərova.

 

 Qalibləri  bir  daha  təbrik  edirik.

 Nəzakət Əlizadə

 

Şahmat Festivalı
Şahmat Festivalı
Şahmat Festivalı
Şahmat Festivalı
Şahmat Festivalı
Şahmat Festivalı
Şahmat Festivalı
Şahmat Festivalı
Şahmat Festivalı
Şahmat Festivalı
Şahmat Festivalı
Şahmat Festivalı
Şahmat Festivalı
Şahmat Festivalı
Şahmat Festivalı
Şahmat Festivalı
Şahmat Festivalı


Вернуться назад