Portala giriş все шаблоны для dle на сайте newtemplates.ru скачать
 
  • 20:34 – “Əlvida ilk müəllimim” 
  • 11:47 – Qəbələdə məhkəmə hakimlərinin şahmat turniri keçirilmişdir. 
  • 13:23 – İsmayıllıda basketbol yarışları keçirilmişdir. 
  • 13:19 – İsmayıllı şəhər məktəb –litseyində 1 saat. 
  • 09:52 – Qəbələdə bələdiyyə sədri cərimələnib 

Qəbələ FC U-14 qrup qalibi oldu

“Bakcell U-14 Elit kuboku”nun qrup mərhələsinə yekun vurulub. “Qəbələ”nin U-14 komandası mərhələni 1-ci yerdə başa vurub. A qrupunda mübarizə aparan “qırmızı-qaralar” keçirdiyi hər 3 qarşılaşmada qalib gəlib. Qərb yığmasını 3:1, Şimal Elit yığmasını 5:0 hesabı ilə məğlub edən komandamız son turda “Sumqayıt”ı 2 cavabsız qolla keçib. Bununla da 1/4 finala qrup qalibi kimi yüksələn komandamız bu mərhələdə Şimal-Qərb Elit yığması ilə üz-üzə gələcək.
“Qəbələ”nin aşağı yaş qrupları üzrə digər komandaları isə AFFA-nın təşkilatçılığı ilə keçirilən liqalarda növbəti oyunlarına çıxıb.
Son matçında səfərdə AZAL-ı 4:3 hesabı ilə məğlub edən U-17 14 oyunda 37 xal toplayaraq, 2-ci pillədə qərarlaşıb. 2 oyun az keçirən “qırmızı-qaralar” çempionatın potensial lideridir. “Rəvan”ı 5:0 hesabı ilə yenən U-16 oyundan sonra 48 xalla 1-ci pillədəki yerini möhkəmləndirib.
U-15 isə ardıcıl qələbə sayını 23-ə çatdırıb. “Neftçi” PFK ilə ev oyununda 5:4 hesabı ilə qalib gəldikdən sonra “qırmızı-qaralar” səfərdə AZAL-ı məğlub edib – 7:1. U-19 Qızlar Liqasında çıxış edən komandamız 2016-cı ildə ilk oyununu keçirib. “Qırmızı-qaralar” XI turun matçında “Neftçi”yə uduzub – 2:8. Hesabında 14 xal olan “Qəbələ” 4-cü pillədə qərarlaşıb.

  Şərhlər:


Sosial Şəbəkə
  • Facebook
  • Message
  • Twitter
  • Bu gün
  • Çox oxunan
  • Şərh edilən