Portala giriş все шаблоны для dle на сайте newtemplates.ru скачать
 
  • 09:09 – Oğuz şəhərində keçiriləcək şahmat üzrə zona yarışlarında Qəbələ komandası iştirak edəcək 
  • 08:34 – “Elm ağlın çırağıdır” adlı layihəsinə yekun vuruldu-Fotolar 
  • 05:54 – Qəbələ şəhərində avtomobil yollarının əsaslı təmiri üçün 3 milyon manat ayrılıb 
  • 06:55 – Prezident İlham Əliyev Nohurqışlaq-Tüntül-Yengicə avtomobil yolunun əsaslı təmirdən sonra açılışında iştirak edib 
  • 06:52 – Azərbaycan prezidenti “Qafqaz Tufandağ Mountain Resort” otelinin açılışında iştirak edib 

"Krasnodar”ın baş məşqçisi: "“Qəbələ”də yaxşı legionerlər çıxış edir"

“Qrup səddini adlamaq üçün ev oyunlarında istənilən rəqibə qalib gəlməliyik. Rəqibimizi çox yaxşı təhlil etmişik”. Apasport.az saytının məlumatına görə, bu sözləri Rusiyanın “Krasnodar” klubunun baş məşqçisi Oleq Kononov deyib.

 

Avropa Liqasının qrup mərhələsinin II turunun “Qəbələ” ilə sabahkı ev oyunu ərəfəsində baş tutan mətbuat konfransında çıxış edən mütəxəssis rəqibi yaxşı tanıdığını bildirib: “Bu komandanın əksər futbolçularını tanımağım da matça daha yaxşı hazırlaşmağımıza kömək etdi. “Qəbələ” çox səviyyəli komandadı. Bu üzdən bizi çətin qarşılaşma gözləyir. Rəqibimizin çox yaxşı təşkil olunmuş oyunu və dəst-xətti var. Balanslaşmış heyətə malik “Qəbələ”də yaxşı legionerlər və yerli futbolçular çıxış edir. Onların bəziləri ilə birlikdə çalışmışam da. Bizdən bu qarşılaşmada tələb olunan maksimal konsentrasiyadı. Əlbəttə ki, qələbə əzmi də nümayiş etdirməli, həm hücum, həm də müdafiədə ustalıq göstərməliyik. Georgi Floresku və Sergey Zenyovla birlikdə çalışmışam. Sonuncu “Karpatı”da rəhbərliyim altında çıxış edib. O, “Qəbələ”də də özünü yaxşı tərəfdən göstərir. Bu hücumçuya xüsusi diqqət ayırmalı, gözümüzü ondan ayırmamalıyıq. Ukraynadakı məşqçilik karyeramdan Aleksey Qay, Aleksey Antonov və başqaları ilə də tanışam. “Qəbələ”də kifayət qədər səviyyəli legioner oynayır

  Şərhlər:


Sosial Şəbəkə
  • Facebook
  • Message
  • Twitter
  • Bu gün
  • Çox oxunan
  • Şərh edilən