Portala giriş все шаблоны для dle на сайте newtemplates.ru скачать
 
  • 09:09 – Oğuz şəhərində keçiriləcək şahmat üzrə zona yarışlarında Qəbələ komandası iştirak edəcək 
  • 08:34 – “Elm ağlın çırağıdır” adlı layihəsinə yekun vuruldu-Fotolar 
  • 05:54 – Qəbələ şəhərində avtomobil yollarının əsaslı təmiri üçün 3 milyon manat ayrılıb 
  • 06:55 – Prezident İlham Əliyev Nohurqışlaq-Tüntül-Yengicə avtomobil yolunun əsaslı təmirdən sonra açılışında iştirak edib 
  • 06:52 – Azərbaycan prezidenti “Qafqaz Tufandağ Mountain Resort” otelinin açılışında iştirak edib 

Qəbələ Krasnodorla oyunun hazırlığına sabah başlayacaq

 Topaz Premyer Liqasının VI turunun sentyabrın 25-də keçirilən “Rəvan” – “Qəbələ” qarşılaşmasının (0:3) ertəsi günü paytaxtda səhər məşqinə çıxan “qırmızı-qaralar” bir günlük istirahətdən sonra sabah bir araya gələcək. Ötən turda meydana çıxanların bərpa, digərlərinin tam məşq etdiyi son hazırlıqdan fərqli olaraq sentyabrın 28-də komanda birlikdə çalışacaq. Sabahkı axşam məşqi ilə “Qəbələ” UEFA Avropa Liqasının qrup mərhələsinin II turunun “Krasnodar”la (Rusiya) oyununun hazırlığına start verəcək. Roman Qriqorçukun yetirmələrinin paytaxtda iki gün məşq etməsi planlaşdırılıb. Sentyabrın 30-da səfərə yollanacaq komandamız oyunöncəsi məşqini matçın keçiriləcəyi stadionda gerçəkləşdirəcək. 
Xatırladaq ki, II turun “Krasnodar” – “Qəbələ” oyunu oktyabrın 1-də baş tutacaq. Bakı vaxtı ilə saat 00:05-də başlayacaq qarşılaşma “Kuban” stadionunda keçiriləcək.

 

mənbə: Qebele Fk

  Şərhlər:


Sosial Şəbəkə
  • Facebook
  • Message
  • Twitter
  • Bu gün
  • Çox oxunan
  • Şərh edilən