Portala giriş все шаблоны для dle на сайте newtemplates.ru скачать
 
  • 13:23 – İsmayıllıda basketbol yarışları keçirilmişdir. 
  • 09:52 – Qəbələdə bələdiyyə sədri cərimələnib 
  • 09:48 – Ağdaşda zona yarışları 
  • 08:25 – Voleybol birinciliyi 
  • 07:03 – Bakı şəhərində şahmat həlletməsi üzrə 39-cu Azərbaycan çempionatı keçirilmişdir. 

«Qəbələ» «Repton»a qarşı

Iyunun 27-də Londonda “Avropa Azərbaycan Cəmiyyəti”nin (TEAS) təşkilatçılığı ilə “Qəbələ” İdman Klubunun və İngiltərənin ən qocaman boks klublarından biri, əsası 1884-cü ildə qoyulmuş “Repton”nun dəri əlcək ustaları arasında boks gecəsi keçiriləcək. Dünya Qaçqınlar Günü münasibəti ilə təşkil olunan gecədən əldə ediləcək vəsait “Mo Farah Foundation” xeyriyyə cəmiyyətinin hesabına köçürüləcək. Boks gecəsi “Qəbələ” İdman Klubu prezidentinin müşaviri, İngiltərə yığma komandasının və “Arsenal” klubunun sabiq kapitanı Toni Adams və “Repton” klubunun meneceri  Darren Barkerin təşəbbüsü ilə təşkil olunur.  
 
Tədbirdə İngiltərənin tanınmış idman xadimləri də iştirak edəcəklər. İngiltərə peşəkar boks tarixinin ən məşhur simalarından biri, ağır çəki dərəcəsində WBC (World Boxing Council) versiyası izrə dünya, EBU (European Boxing Union) versiyasında Avropa çempionu Frenk Bruno həmin gün qonaq qismində gecənin keçirildiyi “York Holl Leisure Centre ”yə təşrif buyuracaq. Qeyd edək ki, Frenk Bruno həmkarları Henri Kuper, Lennoks Lyuis və  Devid Xey kimi ağır çəki dərəcəsində Britaniya peşəkar boks tarixinin ən mötəbər simalarından biridir. Müasir peşəkar boksun ən perspektivli boksçusu, 26 yaşlı britaniyalı Corc Qrovs, eləcə də tanınmış futbol veteranları, İngiltərə milli yığma komandasının sabiq üzvləri Co Koul, Naycel Vinterbern və Gari Mabbutt da gecənin fəxri qonaqları arasında olacaqlar. 
 
“Qəbələ” və “Repton” klublarının boksçuları arasında 9 döyüşün keçirilməsi nəzərdə tutulub. Döyüşlər aşağıdakı cütlüklər arasında baş tutacaq: 
 
52 kq: Harvey Horn – Ruslan Musayev
64 kq: Alfie Price – Lorenzo Collazo Sotomayor
69 kq: Norris Thompson – Tamerlan Abdullayev
75 kq: Bobby Foreman – Ruhin Şabanov 
81kq: Matthew Tinker – Elvin Qənbərov 
81 kq:Tom Barry – Hüseyn Qasımov
91 kq: Lawrence Okolie – Rahil Məmmədli 
+91 kq: Nicholas Webb – Asəf Aslanlı
 
Londona yola düşən heyətin tərkibində “Qəbələ”nin boks bölməsinin rəhbəri Fariz Məmmədov, komandanın baş məşqçisi, kubalı mütəxəssis Lozaro Martines Ximenes və məşqçi Natiq Aslanov yer alıb. Tədbir  “Sky Sports News” və “TalkSport” kimi tanınmış idman kanalları vasitəsi ilə geniş işıqlandırılacaq. 

  Şərhlər:


Sosial Şəbəkə
  • Facebook
  • Message
  • Twitter