Portala giriş все шаблоны для dle на сайте newtemplates.ru скачать
 
  • 09:09 – Oğuz şəhərində keçiriləcək şahmat üzrə zona yarışlarında Qəbələ komandası iştirak edəcək 
  • 08:34 – “Elm ağlın çırağıdır” adlı layihəsinə yekun vuruldu-Fotolar 
  • 05:54 – Qəbələ şəhərində avtomobil yollarının əsaslı təmiri üçün 3 milyon manat ayrılıb 
  • 06:55 – Prezident İlham Əliyev Nohurqışlaq-Tüntül-Yengicə avtomobil yolunun əsaslı təmirdən sonra açılışında iştirak edib 
  • 06:52 – Azərbaycan prezidenti “Qafqaz Tufandağ Mountain Resort” otelinin açılışında iştirak edib 

Kəmaləddin Heydərov dünya çempionatında fərqlənən idmançıları mükafatlandırdı

Bu gün Azərbaycan Boks Federasiyasının (ABF) prezidenti Kəmaləddin Heydərov Qazaxıstanın Almatı şəhərində keçirilmiş dünya çempionatında uğur qazanmış milli komandamızın üzvləri və il ərzində müxtəlif nüfuzlu yarışlarda fərqlənmiş digər boksçularla görüşüb. Apasport.az saytının məlumatına görə, tədbirdə çıxış edən Heydərov yığmamızın dünya çempionatından böyük qələbələrlə döndüyünü bildirib.

O, 2 qızıl, 1 bürünc medal qazanmış boksçularımızı ABF adından təbrik edərək, bunu ölkəmizdə idmana göstərilən dövlət qayğısının nəticəsi kimi dəyərləndirib: “2011-ci ildə Bakıda keçirilmiş dünya çempionatında komandamız 1 qızıl, 1 gümüş medal qazanmışdısa, Almatıdan 2 qızıl, 1 bürünc medalla döndü. Təəssüf ki, 2012-ci il London Yay Olimpiya Oyunları öncəsi Azərbaycan üçün hazırlanmış bir ssenarinin əsasında boksçularımızın daha yüksək nəticələr göstərmələrinə imkan verilmədi. Bununla belə, olimpiadada 2 bürünc medal qazandıq. Bu, ölkəmizdə cənab prezident İlham Əliyevin gənclər və idman sahəsində həyata keçirdiyi uzun müddətli siyasətin nəticəsidir. Əvvəllər təkcə boksçularımızın deyil, digər növlər üzrə idmançılarımızın da məşq etməyə belə yerləri yox idi. Amma indi Azərbaycanın hər bir regionuna gedirsən, hər yerdə olimpiya kompleksləri və digər idman qurğuları istifadəyə verilib. Bu, ölkəmizin digər sahələrində olduğu kimi qazandığı nailiyyətlərdən biridir”.

Heydərov əldə edilən uğurla bağlı prezident İlham Əliyevə təşəkkür və təbriklərimi çatdıraraq, bunu dövlət başçısının prezident seçkisində parlaq qələbəsinə verdiyi dəstək kimi dəyərləndirib: “Almatıda bütün çəki dərəcələrindəki boksçularımızın çıxışlarını izlədik. Gördük ki, bizim həvəskar boksçularımız dünya səviyyəli idmançılarla bərabər, hətta yeri gələndə onlardan yüksək səviyyədə döyüşürdülər. Amma yenə deyirəm: nə qədər xoş olmasa da, hər yerdə olduğu kimi, bəzi federasiyalarda da ikili standartlar mövcuddur. Bəzən istəyirlər ki, öz niyyətlərini həyata keçirsinlər. Beynəlxalq Həvəskar Boks Federasiyasının əsas texniki heyəti boksçularımızın nəticələrini aşağı salırdılar. Amma qalibi mühakimə etmirlər. Biz ümumi komanda hesabında 3-cü yeri tutmuşuq, Azərbaycanın idman salnaməsinə yazılmışıq. Bundan sonra da qazanılacaq medallar siyahısında öz yerimizi tutmuşuq. İdman uğurlarınızla siz nə qədər yüksək pillələrə qalxsanız, deməli, Azərbaycan gəncliyi o qədər sağlamdır. O vaxt ümummilli lider Heydər Əliyev “Sağlam bədəndə sağlam ruh olar” deyirdi. Onun sözləri bu gün öz məntiqi nəticəsini tapır. Azərbaycanda sağlam gəncliyin olmasında ümummilli liderimizin rolu hamımızın göz qabağındadır”.

ABF prezidenti əldə olunan uğurlarda idmançılarla bərabər, məşqçilərin də rolunu xüsusi qiymətləndirib.

Ardından söz dünya çempionatında medal qazanmış boksçularımıza verilib. Dünya çempionlarımızdan Məhəmmədrəsul Məcidov (+91 kq) qızıl medalı ölkə və federasiya rəhbərliyinin mənəvi və maddi dəstəyi sayəsində əldə etdiyini bildirib. O, prezident İlham Əliyevə, eləcə də K.Heydərova və azarkeşlərə təşəkkürünü çatdırıb.

Cavid Çələbiyev (56 kq) medal qazanmış boksçular adından İlham Əliyevi yenidən prezident seçilməsi münasibətilə təbrik edib: “Onun yenidən seçilməsi bizə bir sevinc, güc verdi, bizi ruhlandırdı. Ona görə də biz bütün uğur qazanmış boksçular adından qərara aldıq ki, medallarımızı cənab prezidentə həsr edək. Eyni zamanda Kəmaləddin müəllimə təşəkkürümü bildirirəm”.

Dünya çempionatının bürünc mükafatçısı Teymur Məmmədov (91 kq) da qazandığı medalın ona yaradılan şəraitin nəticəsi kimi dəyərləndirib.

Azərbaycan boks yığmasının baş məşqçisi Vladimir Zolotaryov prezident seçkisində qələbə qazanması münasibətilə İlham Əliyevi təbrik edib. O, komandamıza yaradılan hərtərəfli şəraitdə ABF rəhbərliyinin rolunu qeyd edərək, uğurların davamlı olacağına inam ifadə edib.

Sonda ABF prezidenti Kəmaləddin Heydərov dünya çempionatında fərqlənən boksçularımızı mükafatlandırıb və onlarla birgə nahar edib.

  Şərhlər:


Sosial Şəbəkə
  • Facebook
  • Message
  • Twitter
  • Bu gün
  • Çox oxunan
  • Şərh edilən