Portala giriş все шаблоны для dle на сайте newtemplates.ru скачать
 
  • 09:09 – Oğuz şəhərində keçiriləcək şahmat üzrə zona yarışlarında Qəbələ komandası iştirak edəcək 
  • 08:34 – “Elm ağlın çırağıdır” adlı layihəsinə yekun vuruldu-Fotolar 
  • 05:54 – Qəbələ şəhərində avtomobil yollarının əsaslı təmiri üçün 3 milyon manat ayrılıb 
  • 06:55 – Prezident İlham Əliyev Nohurqışlaq-Tüntül-Yengicə avtomobil yolunun əsaslı təmirdən sonra açılışında iştirak edib 
  • 06:52 – Azərbaycan prezidenti “Qafqaz Tufandağ Mountain Resort” otelinin açılışında iştirak edib 

Əvəzedicilərimiz Azərbaycan çempionu oldu

“Qəbələ” – “Neftçi” – 3:0
(Sahil Mirzəyev, 11; Ramil Hasanov, 13; Ülvi İsgəndərov, 75)
“Qəbələ”nin əvəzedicilərdən ibarət komandası Azərbaycan çempionu adını qazanıb. “Qırmızı-qaralar” bunu XXXII turun “Neftçi” ilə matçından sonra rəsmiləşdirib. 3:0 hesabı ilə qalib gələn Ramin Quliyevin yetirmələri xal hesabını 72-yə çatdırıb. Bununla da ən yaxın izləyicisindən 13 xal uzaqlaşan komandamız çempionatın sonuna 4 tur qalmış 1-ci yeri təmin edib.
“Qəbələ” “Neftçi” ilə matçın taleyini ilk yarının əvvəlində həll edib. Sahil Mirzəyev və Ramil Hasanovun qolları ilə önə keçən “qırmızı-qaralar” fasilədən sonra daha bir dəfə fərqlənib. Ülvi İsgəndərovun qolu böyükhesablı qələbəni rəsmiləşdirib.
Bu qələbəylə Quliyevin yetirmələri seriyalarını da davam etdirib. 15 oyundur uduzmayan komandamız ardıcıl 6-cı qələbəsini qazanıb. Son 4 turda qol buraxmayan əvəzedicilərimiz ardıcıl 3-cü dəfə 3 xalı böyük hesabla əldə edib.
Cari mövsümdə bütün göstəricilərdə rəqiblərindən üstün olan “qırmızı-qaralar” 32 matçda 82 qol vurub. Komandanı çempionluğa daşıyan qollara aşağıdakı futbolçular imza atıblar: Ehtiram Şahverdiyev 20, Ramil Hasanov 17, Ülvi İsgəndərov 10, Roman Hüseynov 5, Vadim Abdullayev 4, Ülvi İbazadə və Vüqar Nadirov hərəyə 3, Bəhlul Mustafazadə, Rövlan Muradov, Şamil Camaləddinov, Vəzir Musayev, Sahil Mirzəyev hərəyə 2, Ayxan Əsədov, Baxşəli Baxşəliyev, Emin Zamanov, Murad Musayev, Tural Məmmərzəyev, Yusif Dilanov, Muxtar Əliyev hərəyə 1 qol vurublar. Aydın Bayramov (“Rəvan”), Əli Əliyev və Yusif Həsənov (hər ikisi “Xəzər Lənkəran”) “qırmızı-qaralar”la oyunlarda avtoqol müəllifi olublar.
İlk dəfə Azərbaycan çempionu olan əvəzedicilərimiz tarixində 5-ci mükafatını qazanıb. 2011/2012, 2013/2014 mövsümlərində gümüş, 2009/2010, 2010/2011 mövsümlərində bürünc medal qazanan “Qəbələ” yalnız 3 dəfə mövsümü mükafatsız bitirib. Heç vaxt ilk “altılıq”dan kənar düşməyən komandamız 2014/2015 mövsümünü 4-cü, 2012/2013 mövsümünü 5-ci, 2008/2009 mövsümünü 6-cı pillədə başa vurub.

  Şərhlər:


Sosial Şəbəkə
  • Facebook
  • Message
  • Twitter
  • Bu gün
  • Çox oxunan
  • Şərh edilən