Portala giriş все шаблоны для dle на сайте newtemplates.ru скачать
 
  • 07:03 – Bakı şəhərində şahmat həlletməsi üzrə 39-cu Azərbaycan çempionatı keçirilmişdir. 
  • 06:40 – Qəbələdə xatirə turniri keçirilmişdir 
  • 07:34 – Qəbələ şahmatçısı finalda. 
  • 09:09 – Oğuz şəhərində keçiriləcək şahmat üzrə zona yarışlarında Qəbələ komandası iştirak edəcək 
  • 06:33 – 2 fevral-Ümumrespublika gənclər günüdür 

«Neftçi»-«Qəbələ» oyununda sülh

“Neftçi” – “Qəbələ” – 1:1
Azərbaycan Kuboku, ½ final mərhələsi, ilk oyunlar
27 aprel 2016. Saat 19:00. “Bakcell Arena”, 3000 tamaşaçı
Baş hakim: Əliyar Ağayev
Baş hakimin köməkçiləri: Rza Məmmədov, Akif Əmirəli
Dördüncü hakim: Yaşar Abbasov
Əlavə köməkçi hakimlər: Orxan Məmmədov, Ramil Əhmədov
AFFA nümayəndəsi: Şaiq Həmidov
Hakim-inspektor: Xaqani Məmmədov
Sarı vərəqələr: Jairo Filyo Rodriges, 33; Fəhmin Muradbəyli, 86 (hakimi aldatmağa cəhd) // Urfan Abbasov, 41 (qeyri-idman hərəkəti); Rəşad Sadiqov, 54 (qeyri-idman hərəkəti), 84 (əl ilə oynadığına görə); Aleksey Qay, 74 (hakimi aldatmağa cəhd)
Qollar: Rəhman Hacıyev, 71 // Aleksey Qay, 5
Artırılan vaxt: I hissədə - yoxdur.; II hissədə 3 dəq.

Bu gün Azərbaycan kubokunda yarımfinalın ilk oyunları keçirilib. “Qəbələ” səfərdə “Neftçi” ilə qarşılaşıb. 4 gün öncə “Xəzər Lənkəran”la rəqib meydanında keçirilən oyunla müqayisədə “qırmızı-qaralar”ın start heyətində bəzi dəyişikliklər olub. Arif Daşdərmirov, Rəşad Eyyubov, Murad Musayevin yoxluğunda Vojislav Stankoviç, Elvin Camalov və Ürfan Abbasov ilk dəqiqələrdən meydana çıxıblar. Qarşılaşmaya fəal başlayan “Qəbələ” bunun bəhrəsini 5-ci dəqiqədə görüb. 4 gün öncə erkən qolla komandamıza qələbə qazandıran Aleksey Qay yenə matçda hesabı açıb. Rikardinyonun sol cinahdan ötürməsindən sonra qapı önündə nəzarətsiz qalan yarımmüdafiəçi kubokda 4-cü qolunu vurub. O, bununla da yarışın ən yaxşı bombardirləri yarışında “Neftçi”nin futbolçusu Ruslan Qurbanova çatıb. Ümumilikdə isə Aleksey “Qəbələ”də 16-cı dəfə fərqlənib. Qoldan sonra “Neftçi” status-kvonu bərpa etmək üçün irəli atılsa da, “qırmızı-qaralar” üstünlüyü əldən verməyib. Aleksey Antonovun bir neçə zərbəsi hədəfdən yan keçsə də, yarımmüdafiəçilər meydan sahiblərinə ciddi gərginlik yaşadıb. Qayın 11 metrlik nöqtənin yaxınlığından zərbəsini “Neftçi”nin qapıçısı ayağı ilə qaytarıb. Samir Zərgərovun uzaq zərbəsini isə tirin altından çıxaran qolkiper fərqin böyüməsinə imkan verməyib. Asif Məmmədovun iti bucaq altında zərbəsi isə çərçivəyə düşməyib. Bakılılar isə ilk yarıda yalnız Anyetenin zərbəsi ilə yadda qalıb ki, bu topu qaytarmaq Dmitri Bezotosnı üçün çətin olmayıb.
İkinci hissənin əvvəlində də Qay diqqət mərkəzinə düşüb. Qapıçı meydanının xətti üzərindən başla zərbə endirən yarımmüdafiəçinin göndərdiyi topu qapıçı ikinci cəhddən tutub. Ardınca isə Zərgərov iki dəfə çərçivəni nişan alıb. Əvvəl rəqib müdafiəçi topu boş qapıdan çıxarıb, ikinci epizodda qolkiper topu dəf edib. Fasilədən sonra daha fəal təsir bağışlayan “Neftçi” qol imkanları yaratmaqda çətinlik çəksə də, 71-ci dəqiqədə istəyinə çatıb. Rəhman Hacıyev bərabərlik qolunu vurub. Bundan sonra üstünlüyü ələ almaq üçün irəli atılan “Qəbələ”nin real qol şansını Rəşad Eyyubov qaçırıb. O, qapıçı və müdafiəçilərlə mübarizədə əlverişli mövqedən zərbə endirmək imkanına malik olsa da, bundan yararlana bilməyib. Qayn cərimə meydanında qapıçı ilə mübarizədə yıxılması isə hakim tərəfindən simulyasiya kimi dəyərləndirilib. Komandamızın baş məşqçisi gənc futbolçu Ehtiram Şahverdiyevi də meydana buraxıb. 4 gün əvvəl əsas komandada ilk matçını keçirən futbolçu kubokda da debüt edib. “Qəbələ”nin kapitanı Sadiqov ikinci sarı vərəqə alaraq, meydanı qırmızı vərəqə ilə tərk edib. O, cavab oyununda da komandamıza kömək edə bilməyəcək. Azlıqda qalan “qırmızı-qaralar” əks-hücumda hesabda yenidən önə keçmək imkanı əldə edib. Lakin Eyyubov əlverişli mövqedən qapıya zərbə endirmək şansını qaçırıb. Roman Qriqorçuk matçın sonlarında daha bir debütanta Pavel Paşayevə də şans verib. Müdafiəçi “qırmızı-qara” formada ilk oyununu keçirib.
Xatırladaq ki, yarımfinal mərhələsinin cavab oyunu mayın 4-də Qəbələdə keçiriləcək.

“Neftçi”
1. Aqil Məmmədov
3. Jairo Filyo Rodriges
7. Araz Abdullayev (k)
8. Elşən Abdullayev
10. Cavid İmamverdiyev
(19. Fəhmin Muradbəyli, 78)
11. Ruslan Qurbanov
(14. Məhəmməd Qurbanov, 87)
17. Rəhman Hacıyev
20. Salas Quinta Antonio
27. Məqsəd İsayev
26. Kamal Qurbanov
(6. Aylton Silva, 46)
95. Elvin Bədəlov

Ehtiyat oyunçular:
53. Maksim Vaylo
4. Rahil Məmmədov
18. Elşən Rzazadə
61. Təyyar Məmmədov

Baş məşqçi: Vəli Qasımov

“Qəbələ”
22. Dmitri Bezotosnı
3. Voislav Stankoviç
4. Elvin Camalov
6. Rəşad Sadiqov (k)
11. Asif Məmmədov
15. Vitali Vernidub
19. Aleksey Qay
20. Rikardinyo
34. Urfan Abbasov
66. Samir Zərgərov
(77. Ehtiram Şahverdiyev, 76)
69. Aleksey Antonov
(32. Rəşad Eyubov, 66)
(5. Pavel Paşayev, 90)

Ehtiyat oyunçular:
33. David Pietrzkeviç
8. Məhəmməd Mirzəbəyov
13. Murad Musayev
21. Arif Daşdəmirov

Baş məşqçi: Roman Qriqorçuk

  Şərhlər:


Sosial Şəbəkə
  • Facebook
  • Message
  • Twitter