Portala giriş все шаблоны для dle на сайте newtemplates.ru скачать
 
  • 09:09 – Oğuz şəhərində keçiriləcək şahmat üzrə zona yarışlarında Qəbələ komandası iştirak edəcək 
  • 08:34 – “Elm ağlın çırağıdır” adlı layihəsinə yekun vuruldu-Fotolar 
  • 05:54 – Qəbələ şəhərində avtomobil yollarının əsaslı təmiri üçün 3 milyon manat ayrılıb 
  • 06:55 – Prezident İlham Əliyev Nohurqışlaq-Tüntül-Yengicə avtomobil yolunun əsaslı təmirdən sonra açılışında iştirak edib 
  • 06:52 – Azərbaycan prezidenti “Qafqaz Tufandağ Mountain Resort” otelinin açılışında iştirak edib 

«Qəbələ»dən iki çempionluq - U-15 və U-16 qızıla yiyələndi

AFFA-nın təşkilatçılığı ilə keçirilən U-16 Liqasında XXVII turun oyunları keçirilib. Öz meydanında “Xəzər Lənkəran”la qarşılaşan “Qəbələ” 3:1 hesabı ilə qalib gəlib. Cari mövsümdə keçirdiyi 25-ci matçda da qələbə qazanan “qırmızı-qaralar” xal hesabını 75-ə çatdırıb. Bununla da Yaşar Abuzərovun baş məşqçisi olduğu komandamız mövsümün sonuna 3 tur qalmış çempion titulunu təmin edib. “Qəbələ” 24 matç keçirən “Neftçi”ni 21, 21 oyuna çıxan “Əlincə”ni 22 xal qabaqlayır. Bu, komandamızın U-16 Liqasında 3-cü çempionluğudur. 2011/2012 mövsümündən keçirilən yarışda 3 qızıl (2012/13, 2013/2014 və 2015/2016) medal qazanan “qırmızı-qaralar” 2 dəfə (2011/2012, 2014/2015) gümüşə yiyələnib.
U-16 kimi U-15 komandamız da cari mövsümün çempionu titulunu qazanıb. XXXI turda “Vətən”lə ev oyununda 2:0 hesabı ilə qalib gələn “qırmızı-qaralar” sona 3 tur qalmış rəqibləri üçün əlçatmaz olub. Ehtiyatda 1 oyunu da olan “Qəbələ” 30 matçda 88 xal toplayıb. 29 qələbə və 1 heç-heçəsi olan Xaqani Məmmədovun yetirmələri 3 oyunu qalan “Neftçi” və “İnter”i 13, 4 matçı qalan “Xəzər Lənkəran”ı 14 xal arxada qoyur. Klubumuz bu yaş qrupunda ardıcıl 4-cü dəfə mükafatçılar sırasına düşüb. 2012/2013 və 2013/2014 mövsümlərində çempion, ötən il gümüş mükafatçı olan “Qəbələ” 3-cü qızılını əldə edib.
Akademiyamızın digər komandaları da növbəti oyunlarını keçirib. U-19 Liqada çıxış edən “Qəbələ” “Kəpəz”i 9:0 hesabı ilə yenib. 17 matçda 46 xal toplayan komandamız çempionatın vahid lideridir. U-17 Liqada “Xəzər Lənkəran”ın qonağı olan “Qəbələ” 1:3 hesabı ilə uduzub. 21 matçda 53 xal toplayan komandamız 2-ci pillədə qərarlaşıb.
Paytaxt regionunun Bakı zonasında çıxış edən U-14 isə “Neftçi” İK İB-ə qalib gəlib – 1:0. 19 oyunda 40 xal toplayan “qırmızı-qaralar” 2-ci pillədə yer alıb. Eyni zonada çıxış edən U-13 “Vətən” RİOEUG ilə heç-heçə edib. 17 matçda 34 xal toplayan komandamız 2-ci yerdədir.

  Şərhlər:


Sosial Şəbəkə
  • Facebook
  • Message
  • Twitter
  • Bu gün
  • Çox oxunan
  • Şərh edilən