Portala giriş
 
  • 06:33 – 2 fevral-Ümumrespublika gənclər günüdür 
  • 05:54 – Qəbələ şəhərində avtomobil yollarının əsaslı təmiri üçün 3 milyon manat ayrılıb 
  • 06:55 – Prezident İlham Əliyev Nohurqışlaq-Tüntül-Yengicə avtomobil yolunun əsaslı təmirdən sonra açılışında iştirak edib 
  • 06:52 – Azərbaycan prezidenti “Qafqaz Tufandağ Mountain Resort” otelinin açılışında iştirak edib 
  • 06:43 – Qəbələdə Park-Bulvar Kompleksi istifadəyə verilib 

İdman

  • 21 окт, 07:14


Qəbələ Gənclər və İdman İdarəsi

Qəbələ Gənclər və İdman İdarəsi Azərbaycan Respublikası Gənclər və İdman Nazirliiyinin yerli təmsilçisidir.
Struktur:
Gİİ – nin rəisi: Fəxri Elxan oğlu Soltanov
Gİİ – nin rəis müavi: Rauf Rafiq oğlu Kərimov
Gİİ – də Baş məsləhətçi: Məhəmmədəli Mikayıl oğlu Səfərçinov
Gİİ – nin məsləhətçi mühasibi: Yeganə Kazım qızı Qurbanova
Gİİ – nin aparıcı məsləhətçi: Elçin Telman oğlu Osmanov
təşkilatın rəsmi internet adresi: www.qebele-gii.com



"Qəbələ” Futbol Klubu- Uşaq Futbol Akademiyası

Hal-hazırda "Qəbələ" Futbol klubunda əsas diqqət uşaq futbolunun inkişaf etdirilməsinə yönəldilmişdir. Bu məqsədlə də “Qəbələ” Peşəkar Futbol klubunun nəzdində fəaliyyət göstərən Uşaq Futbol Akademiyasında yaş qruplarının sayı beşə çatdırılmışdır. 1994-95, 1996, 1997, 1998-99 və 2000-2001-ci il təvəllüdlü yeniyetmələrdən ibarət 5 yaş qrupunda fəaliyyət göstərən Akademiyada 160-dan artıq respublikanın müxtəlif regionlarından cəlb olunmuş yeniyetmə və gənclər müntəzəm olaraq məşqçi-müəllimlərin nəzarəti altında məşqlərini davam etdirirlər. Rayonun Hacallı kəndi ərazisində Uşaq Futbol Akademiyası üçün 1500 yerlik yeni süni örtüklü futbol meydançasının tikintisi də artıq başa çatdırılmışdır.

Akademiyanın rəsmi internet adresi: www.gabalafc.az


"Qəbələ" Futbol Klubu

“Qəbələ” Peşəkar Futbol klubu 2005-ci ildə təsis edilmişdir. Klubun əsas heyətdən ibarət komandası hal-hazırda Azərbaycan Premyer liqasında ikinci altılıqda qərarlaşmışdır. 2010-2011 ci illər ərzində Kluba yerli futbolçularla yanaşı komandanın gücünü artırmaq məqsədi ilə yeni xarici futbolçular cəlb edilmiş, məşqçilər heyəti yenilənmiş və komandanın baş məşqçisi dəyişdirilmişdir. Son illərdə Futbol klubunun maddi-texniki bazası gücləndirilmiş, futbolçuların təlim-məşq proseslərini yüksək səviyyədə keçmələri üçün Stadion ərazisindəki üstüörtülü idman kompleksi təmir edilərək yeni trenajor alətləri və idman avadanlıqları ilə təchiz edilmişdir ki, bu da futbolçuların fiziki hazırlıq prosesi üçün mühüm rol oynayır.
baş məşqçi:
Klubun rəsmi İnternet adresi: www.gabalafc.azОписание: basicradfoot


“Hünər” hərbi vətənpərvərlik tərbiyəsi klubu

Qəbələ rayon gənclərinin “Hünər” hərbi vətənpərvərlik tərbiyəsi klubu 2007-ci ilin mart ayından fəaliyyət göstərir. Klubun rəhbəri Nəbiyev Səbuhi Tofiq oğludur.
Klubun 34 üzvü var. Klub yaradıldıqdan sonra tədbirlər planı tutulmuş və onun əsasında gənclərin hərbi xidmətə yola salınma mərasimləri, Azərbaycanın tarixi, milli-mənəvi dəyərləri, hərbi vətənpərvərlik tərbiyəsi mözusunda dəyirmi masalar, uşaq və yeniyetmələr arasında rəsm sərgiləri, inşa yazı müsabiqələri, hərbi vətənpərvərlik mahnıları müsabiqələri keçirilmişdir. Qarabağ əlilləri və Böyük vətən müharibəsi veteranları ilə gənclərin görüşləri və bu kimi tədbirlər həyata keçirilmişdir.
Klub Hərbi Komissarlıq, Təhsil şöbəsi, Mədəniyyət və Turizm şöbəsi ilə sıx əməkdaşlıq edir.



Qəbələ Şərq idman növləri Klubları

Cüdo bölməsi
Qəbələ rayonunun Əmirvan kəndində cüdo idman növü 2002-ci ildən fəaliyyət göstərir. Bölmənin məşqçi-müəllimi Kərimov Elman Kərim oğludur. Bölmədə hal-hazırda 50-dən çox yeniyetmə və gənc cüdo idman növü ilə məşğuldur. Bayramov Tofik, Eyvazov Valeh, Həsənov Tərlan ,Cəbrayılov Səxavət və Tale Ağalarov rayonu Respublika səviyyəli yarışlarda şərəflə təmsil edərək mükafata layiq görülmüşlər.

Sindo-Ryu Karate-Do
Karatenin bu növü Qəbələ rayon Vəndam qəsəbəsində 1 saylı orta məktəbdə fəaliyyət göstərir. Bölmənin rəhbəri Baxışov Ağamirzə 50-yə yaxın yeniyetmə və gəncin bu istiqamətdə yetişdirilməsi ilə məşğuldur. Rayonumuzun gənc idmançısı Ağaşirinli Pərvanə Sinqapur Dünya Çempionatında II yer -2008-ci, Ukraynada keçirilən Dünya kubokunda I yer -2009-cu il tutmuşdur. Milli yığma komandanın üzvüdür.

Kikboksinq bölməsi
Kikboksinq idman bölməsi Qəbələ rayonunda 2007-ci ildən fəaliyyət göstərir. Bölmənin rəhbəri Verdiyev Etibar Baxış oğlu 40-dan artıq yeniyetmə və gəncə bu idmanın sirrlərini öyrətməklə məşğuldur. Bölmə hal-hazırda rayonun Zarağan kəndi ərazisində hərbi şəhərcikdə 2 saylı orta məktəbdə fəaliyyətini davam etdirir.

Qoçyu-ryu Okinava karate-do bölməsi
Qoçyu-ryu karate idman növü rayonda 2009-cu ildən fəaliyyətə başlamışdır. Bölmənin məşqçisi Cəlilov Sənan Səməndər oğlu 20-dək yeniyetmə və gəncələ məşğuldur. Bölmə hal-hazırda Qəbələ şəhər 4 saylı orta məktəbdə fəaliyyətini davam etdirir.

Qəbələ Taekvondo Klubu

Qəbələ Taekvondo Klubu rayonumuzda 1993-cü ildən fəaliyyət göstərir. Bölmənin məşqçisi Xəyal Əzizov rəsmi olaraq ATF-da müəllimlik seminarı keçdikdən sonra bu idman növünün sirlərini daha dərindən öyrənərək yeniyetmə və gənclərə öyrətməyə başlamışdır.

Hal-hazırda 100-ə yaxın idmançı taekvando üzrə məşqlərini Qəbələ şəhər 4 saylı orta məktəbin idman zalında keçir. Azərbaycan Respublikası Taekvondo Federasiya bölməni tatami və idman ləvazimatları ilə təmin etmişdir.

Taekvondo bölməsinin yetirmələrindən Muradova Tövruz Ramazan qızı Respublika birinciliyinin qalibi adını qazanmış, Əmiraslanlı Günel Zeynəddin qızı qara kəmər I dan adına və Respublika birinciliyində III yerə layiq görülmüşdür.



Uşaq Gənclər İdman Məktəbi – UGİM

Qəbələ rayon Uşaq Gənclər İdman Məktəbi rayon Təhsil şöbəsinin tabeliyindədir.
Məktəbin direktoru Əliyev Ədalət Məhəmmədiyyə oğludur. Məktəbdə idmanın futbol, voleybol və sərbəst güləş bölmələri fəaliyyət göstərir. Qəbələ rayon UGİM-i Qəbələ şəhər 1 saylı orta məktəbdə yerləşir. UGİM-də 3 bölmə üzrə 450-yə yaxın yeniyetmə gənc müntəzəm olaraq idmanla məşğuldur. Məktəbdə 32 qrupda 23 məşqçi-müəllim uşaqların təlim tərbiyəsi ilə məşğuldur.

Məktəbin sərbəst güləş bölməsinin yetirmələrindən olan Şəfiyev Əfrahim və Cabbarlı Elvin dəfələrlə Respublika birinciliklərində qalib olmuşlar və hal-hazırda Respublika yığma komandasının üzvüləridir.


Qəbələ Şahmat məktəbi

Qəbələ rayon Uşaq Gənclər Şahmat məktəbi 1986-cı ildən fəaliyyətə başlamışdır, Təhsil şöbəsinin tabeliyindədir. Məktəbin direktoru Cabbarov Kamran Nuru oğludur. Hal-hazırda 360-dək şagird 27 qrupda kompleksləşmişdir ki, onlarla da 14 məşqçi-müəllim məşğul olur. Qrupların 9-u kənd orta məktəblərində qalanları isə şəhər məktəblərində və Şahmat məktəbində fəaliyyət göstərir.
Qrupların 7–si Vəndam qəsəbəsində, 2 qrup Tüntül kəndində, 2 qrup Zarağan 2 saylı orta məktəbdə qalan 16 qrup isə şəhər 1, 2, 3, 4, 5 saylı orta məktəblərdə yerləşir.

Müəllimlərdən 1 nəfəri şahmat üzrə idman ustası, 2 nəfəri şahmat ustalığına namizəd, 11 nəfəri isə I dərəcəli idmançılardır.

Məktəbin kollektivi yaxşı işlərinə görə 2005–ci tədris ilində Təhsil Nazirliyinin diplomuna, 2008-ci ildə isə Qəbələ rayon Gənclər və İdman idarəsinin Fəxri Fərmanına layiq görülmüşdür.
Можно зайти сюда newprogs.net чтобы скачать все для пк, а так же на allfilm.net посмотреть фильмы или скачать с newtemplates.ru лучшие шаблоны
Sosial Şəbəkə
  • Facebook
  • Message
  • Twitter
  • Bu gün
  • Çox oxunan
  • Şərh edilən