Portala giriş
 
  • 06:33 – 2 fevral-Ümumrespublika gənclər günüdür 
  • 05:54 – Qəbələ şəhərində avtomobil yollarının əsaslı təmiri üçün 3 milyon manat ayrılıb 
  • 06:55 – Prezident İlham Əliyev Nohurqışlaq-Tüntül-Yengicə avtomobil yolunun əsaslı təmirdən sonra açılışında iştirak edib 
  • 06:52 – Azərbaycan prezidenti “Qafqaz Tufandağ Mountain Resort” otelinin açılışında iştirak edib 
  • 06:43 – Qəbələdə Park-Bulvar Kompleksi istifadəyə verilib 

Ərazi

  • 20 окт, 19:41


Qəbələ rayonu 8 sentyabr 1930-cu ildə Azərbaycan Respublkiasının inzibati rayonlarından biri kimi yaradılmışdır. Respublkia ərazisinin 1/50 hissəsini təşgil edən Qəbələ rayonunun sahəsi 1550 km2 –dir. Qəbələ ərazisi ,,4” yanvar 1963-cü ildə Ağdaş rayonunun tərkibinə qatılmış, 17 yanvar 1964-cü ildən yenidən ayrıldıqda inzibati rayona çevrilmişdir.

Rayonun adı 7 fevral 1991-ci ilə qədər Qutqaşın, həmin tarixdən isə rayonun qədim adı bərpa edilərək Qəbələ adlandırılmışdır.

Rayonda bir şəhər (Qəbələ), 3 qəsəbə (Vəndam, Bum və Nic) və 60 kənd inzibati ərazi dairəsi var. Bu yaşayış məntəqələri 60 İnzibati ərazi nümayəndəliyi və 55 bələdiyyə vasitəsi ilə idarə olunur.

Rayonun inzibati mərkəzi Qəbələ (Qutqaşın) 1959-cu ilə dək kənd, 1959-74-cü illərdə qəsəbə və 1974-cü ilin mart ayının 15-dən şəhər statusuna malikdir. Okean səviyyəsindən 900 m hündürlükdə, Dəmiraparan çayının sağ sahilində yerləşən müassir, gündən-günə gözəlləşən Qəbələ şəhərinin əhalisi (01.10.2013-cü il tarixə) 99,248 nəfərdir. Rayonun Bakı şəhəri ilə arasındakı olan məsafə 225 km-dir.



Sərhədləri

Qəbələ rayonu Böyük Qafqazın Cənub yamacında Azərbaycanın Şimali-qərbində, Şəki-Zaqatala iqtisadi bölgəsinin şərqində yerləşir. Rayonun ərazisi şimaldan Böyük Qafqazın Çaldaş silsiləsi ilə Dağıstan Muxtar Respublkiası (Rusiya ilə), Şahdağ silsiləsi ilə Qusar rayonu, Şimali-şərqdən Salavat aşırımı istiqamətində Quba rayonu ilə, Şərqdən Göyçay çayının Vadisi boyunca İsmayıllı rayonu, Cənubdan Axarbaxar alçaq-öndağlıq silsiləsi boyunca (Surxay xan dağları) Göyçay və Ağdaş rayonları ilə, qərbdən Turyançay (Tikanlıçay) vadisi boyunca Şəki və Oğuz rayonları ilə həmsərhəddir.



Можно зайти сюда newprogs.net чтобы скачать все для пк, а так же на allfilm.net посмотреть фильмы или скачать с newtemplates.ru лучшие шаблоны
Sosial Şəbəkə
  • Facebook
  • Message
  • Twitter
  • Bu gün
  • Çox oxunan
  • Şərh edilən