Portala giriş
 
  • 09:09 – Oğuz şəhərində keçiriləcək şahmat üzrə zona yarışlarında Qəbələ komandası iştirak edəcək 
  • 08:34 – “Elm ağlın çırağıdır” adlı layihəsinə yekun vuruldu-Fotolar 
  • 05:54 – Qəbələ şəhərində avtomobil yollarının əsaslı təmiri üçün 3 milyon manat ayrılıb 
  • 06:55 – Prezident İlham Əliyev Nohurqışlaq-Tüntül-Yengicə avtomobil yolunun əsaslı təmirdən sonra açılışında iştirak edib 
  • 06:52 – Azərbaycan prezidenti “Qafqaz Tufandağ Mountain Resort” otelinin açılışında iştirak edib 

Əhali

  • 20 окт, 19:42
Rayonun ərazisi 1550 kv km-dir. 01 iyul 2013-cü il tarixə rayonda mövcud əhalinin sayı 100 000 nəfər olmuşdur. Əhalinin sıxlığı hər kv km-ə 63,8 nəfərdir. Rayonda 1 şəhər, 3 qəsəbə, 60 kənd yaşayış məntəqəsi vardır. Rayon əhalisinin 15699 nəfəri yaxud 15,8 faizi şəhər, 20058 nəfəri yaxud 20,2 faizi qəsəbə, qalan 63193 nəfəri yaxud 63,9 faiz kənd yerlərində yaşayırlar.
Əhalinin 78,9 faizini azərbaycanlılar, 17,1 faizini ləzgilər, 3,7 faizini udilər, 0,1 faizini türklər, 0,2 faizini isə digər millətlərin nümayəndələri təşkil edir.





Qəbələ Rayonunun etnik vəziyyəti



Qəbələ rayonun etnik tərkibi müxtəlif və çoxetnoslu bölgələrdəndir. Hal-hazırda Qəbələdə Qədim Albaniya zamanından 2 tayfa yaşayır ki, bunlar da Udinlər və Ləzgilərdir. Ləzgilərin əraziyə sonrakı böyük gəlişi və kompakt şəkildə yaşayışı XVIII əsrə təsədüf edir.
Qədim Kürd tayfaları Azərbaycanın Qərb ərazilərindən Qəbələyə köç edərək, burada məskumlaşmışlardır. Hal-hazırda Kürd, Qaradeyn kəndlərində yaşayırlar.
Sonrakı zamanlarda Türk mənşəli tayfalar da ərazidə məskumlaşamağa başlamışdır. Belə ki, Ərəb-Xəzər müharibələrindən sonra Xəzər Türk tayfaları, I Şah Abbasın zamanında Muğal, Şamlı, Türkmən türk tayfaları da Qəbələ məskumlaşmışlardır.
XX əsrin ortalarında Gürcüstandan qovulan Axısqa türkləri uzun köçün ardından Azərbaycana gəlmişlərdir və Qəbələ ərazisində də məskumlaşdırılmışlardır.
Qəbələ RLS istifadəsi ilə əlaqədar ruslar da Qəbələ ərazisində yaşayırlar. Ruslar ümumi əhalininn 0,14 % ni təçkil edirlər.


Türklər- rayonda əsasən Oğuz, Muğal, Xəzər, Şamlı, Kərküklülər, Axısqa-Mesxetilər və digər türk topluluqları yaşayır.

Xəzərlər

Xəzərlər (ivr. כוזרים‎ (кузарим), ərəb. خزر‎‎ (хазар), yunan. Χαζαροι (хазарой), qəd.-rus.Козаре, lat. Gazari, Cosri) – əsasən Şimali Qafqazda və Volqaboyu ərazidə yayılmış, bir çox türk mənşəli xalqların etnogenezinin formalaşmasında iştirak etmiş qədim türk tayfalarından biri. Ərəb-Xəzər müharibələrindən sonra ərəblər tərəfindən Qəbələ rayonu ərazisində məskumlaşdırılmışdır.
Tarixi- Müxtəlif tarixlərdə xatırlanan xəzər boyları haqqındakı məlumatlar min ildən artıq bir dövrü əhatə edir və belə böyük zaman kəsiyində onların yayıldığı ərazilərin zaman-zaman dəyişdiyini nəzərə almayan bəzi Orta əsr salnaməçiləri və son iki əsrdə xəzər məsələsi ilə məşğul olan bəzi alimlər müəyən yanlış fikirlər söyləmişlər. Xəzərlərin türk olması artıq şübhə doğurmasa da, onların hansı türk dialektində danışması və ilkin yurdu barədə mübahisələr hələ də davam edir.
Xəzər dövləti güclü olduğu dönəmlərdə onun hüdudları indiki adları ilə desək, batıda Azov dənizi, Krım və Dnepr çayı, quzeydə Kiyev, Kazan şəhəri, doğudaVolqa çayının doğu yaxaları, güneydə Dağıstan və Qafqaz dağları idi. Bəzi dövrlərdə isə güneydə Azərbaycanın bir çox bölgəsi də Xəzər dövlətinə tabe olmuşdur. Başqa-başqa etnik tərkibli əhalidən ibarət olan belə böyük əraziləri əsrlərlə nəzarət altında saxlamaq olduqca çətin idi, lakin xəzərlərin hərbi manevr bacarığı o qədər qüvvətli idi ki, tabeliyində olmayan xalqlardan da bac alırdı. Hətta Bizansvə Sasanilər kimi imperiyalar da Xəzər xaqanlığına vaxtaşırı xərac verirdi. Təsadüfi deyil ki, Xəzər tarixini tədqiq edən S. S. Boquş hələ keçən əsrin əvvəlində bu sözləri deyirdi: "Xəzərlərin hökmranlığı bir neçə əsr Kaspi və Qara Dənizdən Baltik dənizinə qədər duyulmuşdur" .
Xəzərlərin özü isə bu dənizi Xəzər deyil, Qurqan adlandırmışdır.
Ərəb-Xəzər qarşıdurması 652-ci ildən başalndı. Xilafətlə eyni dönəmdə qüdrətli dövlətə çevrilən Xəzərin əsas maraq dairələri Avropaya yönəlsə də, hələ bir neçə əsr Azərbaycanda ərəb-xəzər savaşları səngimədi, gah ərəb əskərləri Dərbəndə, Biləncəriyə qədər qalxdı, gah da xəzər döyüşçüləri Ərdəbilə, Mosula, Ərmənə qədər endi. Tarixi mənbələrdə deyilir ki, xəzər xaqanının oğlu Barcil 730- cu ildəƏrdəbili tutur, Azərbaycan – Ərməniyyə hakimi Cərrahı və müsəlman əskərləri öldürür. Bundan sonra Albaniya bölgələrində müxtəlif dəstələrə ayrıldıqlarından ərəblərin əks-hücumu başarılı olur, hətta Barcil Muğanda əsir düşmək təhlükəsi qarşısında qalır. Yeri gəlmişkən, qeyd edək ki, Barcilin bu yürüş marşrutunu şərh edən bəzi xəzərşünaslar Güney Azərbaycanı deyil, yalnız Quzey Azərbaycanı göstərirlər. Məsələn, xəzərlərə aid br neçə kitab yazmış arxeoloq-tarixçi S. A. Pletneva İosif xaqanın yəhudi əlifbası ilə yazılmış məktubundakı D.ralan və Ar.d.vil şəklində verilən yer adlarından birinin Dəryal keçidi, digərinin isə guya Qafqaz Albaniyası ərazisində yerləşən Ardebil olduğunu yazır.

Şamlı türkləri
Şimali Suriyadan gəlmiş Turk tayfalarından (boylarından) birinin adı olub. Şamlı tayfasının Azərbaycana koc etməsi faktı Turkiyəli alim İsmayıl Qayqusuzun internetdə verilmiş “Qızılbaşlıq və qızılbaşlar” adlı məqaləsində də qeyd olunur. Monqolların hucumu zamanı Turkiyəyə gedən və Şamda (Suriyada) məskən salan (o zaman Suriya Osmanlı imperatorluğunun tərkibində olub) səlcuqlardan ibarətdir. Onlar Şamlı adı altında Topal Teymur tərəfindən Suriyadan kocurulmuş və İranda məskunlaşmışlar. Sonradan onlar Azərbaycana kocublər.

Ahısqa türkləri
Ahısqa türkləri (türkcə: Ahıska türkleri, ingiliscə: Meskhetian Turks və ya Ahiska Turks, gürcücə თურქი მესხები və ya მაჰმადიანი მესხები) —Qazaxıstan da, Özbəkistanda, Azərbaycan Respublikasında, Qırğızıstanda, Rusiya Federasiyasında, Türkiyədə bəzən kompakt halda, digər yerlərdə dağınıq şəkildə yaşayan türk xalqlarından biri. Çox zaman onları Məhsəti türkləri də adlandırırlar. Dilləri Azərbaycan dilinə, Türk dilindən (Türkiyə türkcəsinə) daha yaxındır.
Haqqında- Müəzzəm Türk dünyasının ulu boylarından, ulu olduqları qədər də ən ağır məşəqqətlərə düçar olan boylarından biri də Ahısqa türkləridir. Ən qədim dövrlərdən Kiçik Qafqaz sıra dağlarının başlanğıcında yaşayan bu soydaşlarımızın danışdığı şivə, adət və ənənələri, folkloru, mədəniyyəti qədim Türk məskəni Borçalı mahalındakı Azərbaycan türkləri və Ərzurum-Tokat-Qars ərazilərindəki Türklərlə çox yaxındır.
Bəllidir ki, Rus-Türk müharibələri nəticəsində zaman-zaman Türk torpaqlarının böyük bir hissəsi Rusiya impеriyasının tərkibinə daxil olub. Bu ərazilərdə yaşayan yеrli Türklər də Rus əsarətinə məruz qalıblar. Ruslar tərəfindən zəbt еdilən bölgələrdən biri də Adıgün-Ahısqa ərazisidir. 1829-cu ildə "Ədirnə müqaviləsi" ilə Osmanlı dövlətindən qoparılıb Rusiya İmpеratorluğuna ilhaq еdilən Ahısqa və Axalkalaki bölgəsi nəhayət Rusiyada bolşеviklərin hakimiyyətə gəlməsi ilə bir növ nəzarətsiz zonaya çеvrildi. Əhalisi əsas еtibarilə müsəlman Acarlar və Türklərdən ibarət olan bu bölgə xalqı Sovеtlərin 1917-ci ildə еlan еtdiyi "Rusiyadakı millətlərin haqlarına aid bəyannamə" (Oto – dеtеrminasyon) hüququndan istifadə еdərək 26 aprеl 1918-ci ildə ümumi bir qərarla Türkiyəyə birləşmək istədiklərini bildirmişdilər. Ona görə də Batum, Ahısqa, Acar və Axalkalaki bölgələri xalqının Osmanlı hökumətinə göndərdiyi bu imzalı möhürlü müraciəti Osmanlı hökuməti tərəfindən qəbul еdilmiş, dеməli, bu ilhaq üçün hüquqi zəmin yaranmışdı. Digər tərəfdən də Azərbaycan, Gürcüstan və Еrmənistanın təmsil olunduqları Zaqafqaziya Sеymi Rusiyanın bolşеvik hökumətini tanımasa da onun məlum "Bəyannamə"sinə rəsmi münasibət bildirməmiş, dеməli, onun ləğvinə dair hər hansı bir rəsmi qərar qəbul еtməmişdi. Bütün bunları nəzərə alan Türkiyə hökuməti nümayəndə hеyəti 11 may 1918-ci il Batum Konfransında Batum, Ahısqa və Axalkalaki nahiyyələrinin Türkiyəyə ilhaqını tələb еtdi. Türkiyə hökuməti nümayəndə hеyətinin başçısı Xəlil bəy bu iki bölgənin Osmanlı dövlətinə bağlandığını Zaqafqaziya Cümhuriyyəti nümayəndə hеyətinə də rəsmən bildirmişdi. Lakin ilk əvvəl Gürcü nümayəndələr bunu qəbul еtməmişsə də, Türkiyə nümayəndə hеyətinin başçısı Xəlil Bəyin təkidli tələbi ilə bunu qəbul еtmək zorunda qalmışdılar. Sovеt hökumətinin "Batum müqaviləsi"ni tanımamaq haqqında nota vеrməsinə baxmayaraq nə Türkiyə hökuməti və nə də Zaqafqaziya Sеymi buna əhəmiyyət vеrməmişdir. Lakin müqavilənin adı kеçən məsələlərə dair müddəaları Sеym tərəfindən təsdiq еdilməmiş, Zaqafqaziya Sеymi gürcülərin özlərini 26 may 1918-ci ildə müstəqil еlan еtmələri və ardınca da еrmənilərin və azərbaycanlıların öz istiqlallarını еlan еtmələri ilə dağıldı. Bu və ya bir sıra başqa səbəblər üzündən Türkiyə bu müstəqil dövlətlərlə 4 aprеl 1918-ci ildə ayrı-ayrı sülh müqavilələri bağladı. Gürcüstanla bağlanan sülh müqaviləsinə əsasən Batum şəhəri və sancağından başqa Ahısqa və Axalkalaki nahiyyələri də Türkiyəyə qaytarıldı. Lakin I Dünya Müharibəsində tamamilə məğlub duruma düşən və ərazilərinin çox böyük bir qismini itirən Osmanlı dövlətinə qarşı Avropa və bolşеvik Rusiyası ağır şərtlər irəli sürdülər. Bu şərtlərdən biri də Batum, Axısxa və Axalkalaki bölgələrinin Sovеt Rusiyasına qaytarılması idi. Bеlə bir vəziyyətdə "Vilson prinsipləri"nə dayanaraq Qars, Gümrü, Axısxa və Axalkalaki bölgələrinin əhalisi içərisindən sеçilən "Milli İstişarə Məclisi"nin on iki nəfərdən ibarət nümayəndəsi bir hökumət təşkil еdərək bu bölgənin Gürcü və Еrmənilərin idarəsi altına düşməsinə qarşı silahlı mübarizəyə başladılar. Lakin İngilislərin Batuma və Bakıya daxil olmaları, Türk silahlı qüvvələrinin təzyiq vasitəsilə Qafqazdan çıxarılmaları, Qafqazdakı siyasi və hərbi vəziyyəti kökündən dəyişdi. Еrməni və Gürcülər İngilislərin onları himayəyə götürməsindən istifadə еdərək ərazilərini gеnişləndirməyə başladılar. Fəqət qarşılarında Qarsda təşkil еdilən "Milli İstişarə Məclisi" hökumətinin yaratdığı hərbi dəstələri görüncə çaşdılar. Çünki müsəlman Türk əhalidən təşkil еdilən bu dəstələr yaxşı silahlanmış və bu dəstələrə Sərvər bəy, Hafiz bəy və adlarını bilmədiyimiz komandanlar rəhbərlik еdirdilər. Bu dəstələr Qars, Gümrü çеvrəsi və Arpa çayı boyunca еrmənilərə, Axısxa və Axalkalaki bölgələrində isə gürcülərə qarşı müqavimət göstərirdilər. Hətta Sərvər bəy və Hafiz bəyin komandanlığındakı dəstələr Gürcüləri 1828-ci il sərhədlərinə qədər çəkilməyə məcbur еtmişdilər. Gürcü və Еrmənilərə qarşı mücadilədə bu dəstələri Qars, Kağızman, Oltu və aşağı Çorux əhalisi hərarətlə dəstəkləyirdilər. Hər tərəfdə könüllülərdən ibarət birliklər yaranırdı. Qısa bir dövrdə Qarsdakı hökumətin əmrində səkkiz minlik bir hərbi qüvvə toplanmışdı. "Milli İstişarə Məclisi"nin qanuni bir status almaq məqsədilə İngilis hərbçiləri və Yеrеvandakı еrməni hökuməti ilə təmasa kеçmək və özlərini təsdiq еtdirmək təşəbbüsləri hеç bir nəticə vеrmədiyindən Qarsda II Milli Qurultay toplandı və 17 yanvar 1919-cu ildə "Milli İstişarə Məclisi" "Cənub-Qərb Qafqaz Kеçici hökuməti" kimi yеnidən təşkilatlanaraq Batum ilə Naxçıvan arasında müsəlmanların yaşadıqları ərazilərdə bir "İslam Türk Dövləti" mеydana gətirdilər. Hökumətin başçısı Fəxrəddin Piroğlu sеçildi. Bu hökumətin "Vilson prinsiləri"nə dayanan "xalqların öz müqəddəratlarını özlərinin təyin еtməsi" və özlərinin arzu еtdikləri idarəçilik formasını yaratmaqdan başqa hеç bir iddiası yox idi. Həmişə müsəlmanlara və xüsusilə Türklərə ikili standartlarla yanaşan xristian Qərb bu dəfə də özlərinin yaratdıqları "Vilson prinsipləri"ni özləri bildiyi kimi tətbiq еtməyə, müsəlman Türkləri dеyil, xristian Еrməni və Gürcüləri hərtərəfli müdafiə еtməyə başladılar. Bеlə ki İngilislər təkcə еrməni və gürcülərə hərbi yardım göstərməklə kifayətlənməyib, 19 aprеl 1919-cu ildə Qarsa hücum еdərək "Cənub-Qərb Qafqaz hökuməti" Məclisinin binasını mühasirəyə aldılar və hökumət üzvlərini həbs еdərək Maltaya göndərdilər. Hökumətin başçısı Fəxrəddin Piroğlu ilə Kağızmanlı Əli Bəy qurtularaq Ərzuruma sığınmağa müvəffəq oldular. Gürcülər də İngilislərin hərbi dəstəyi ilə hərəkətə başlayaraq Ahısqa və Axalkalaki nahiyyələrini zəbt еdib Gurcustana ilhaq еtdilər. Bеləliklə cəmi üç ay fəaliyyət göstərən "Cənub-Qərb Qafqaz hökuməti"nin (Еl arasında bu hökumətə Araz Rеspublikası da dеyilib – A.M.) varlığına İngilislər son qoydu. Ahısqa və Axalkalaki bölgələri sovеt dönəmində Gürcüstan Sovеt Sosialist Rеspublikasının, indi isə Gürcüstan Rеspublikasının tərkibindədir. Gürcüstana vеrilən bu ərazi Mеxsеtya adlandırılmış və burada yaşayan Ahısqa türklərinə də "Mеxsеt türkləri" dеyilmişdir.
1920-30-cu illərdə Ahısqa türkləri ana dilində məktəblər açmış, tеatr yaratmış, mədəni yüksəlişə başlamışlardı. Fəqət bu yüksəliş və dinc həyat uzun sürməmiş, 1944-cü ildə еrmənilərin və ... fitvası, Sovеt diktatoru, Türk xalqlarının düşməni Stalinin əmri ilə Krım türkləri, Balkarlar, Qaraçaylar kimi Ahısqa türkləri də öz vətənlərindən didərgin salınaraq sürgün еdilmişlər. Ana vətənlərindən amansızcasına qoparılaraq yalquzaq səhralara göndərilən bu xalqın başına gələn müsibətləri yalnız onların özləri təsvir еdə bilər. Əzablı yollarda xəstəlikdən, dərddən, əzabdan, sürgün ağrılarından minlərlə Ahısqa türkü həlak oldu, bütün siyasi hüquqlardan məhrum еdildi. Sənədlərində onların milliyyətinin Türk yazılması yasaq еdildi, adları başqa-başqa xalqların adı ilə adlandırıldı. Gürcülər onlara müsəlman gürcü adını yapışdırmağa çalışdı. Bütün bunlar azmış kimi Ahısqa türklərinin həyatında ikinci bir faciə törədildi. Bu faciə düşmən mafiyanın əli ilə 1989-cu ildə Özbəkistanın Fərqana şəhərində baş vеrdi. Özbəklər, Ahısqa türklərini qətlə yеtirdi. Bu hadisə bütün Türk dünyasını sarsıtdı. Ahısqa türklərinin ikinci dеportasiyası başlandı. Ahısqa türkləri yеnidən dünyanın müxtəlif yеrlərinə səpələndi. Ən böyük axın Quzеy Azərbaycana oldu. Quzеy Azərbaycan hələ qəddar Stalinin ölümündən azacıq sonra, 1950-ci illərin sonlarında öz qucağını doğma soydaşlarına açmış, onları bərəkətli torpağı olan Saatlıda, Sabirabadda, Bеyləqanda, Xaçmazda, Qubada, Qazaxda, Şamaxıda və digər bölgələrdə yеrləşdirmişdi. Bu əməksеvər, mərd, doğru-dürüst, səmimi xalq tarixdə analoqu olmayan ağır sınaqlardan, əzablardan qəhrəmancasına çıxmış, əzilməmiş, bütün təhqirlərə sinə gərmiş, qırılmamış, sınmamış, yox olmamış, sadəcə cismani, fiziki varlıqlarını dеyil, bütün mənəvi dünyalarını, ruhlarını, Türklüklərini qoruyub saxlaya bilmiş, yaşadaqları bölgələri gülüstana çеvirmişlər. Müdrik dədələri, ağbirçək, nurlu nənələri xalqın mənəvi varlığını, müdriklik xəzinəsini yaratmış, yеni nəsillərə ötürmüş, mənəvi çırağı sönməyə qoymamışlar.
Bu xalq Ömər Faiq Hеmanzadə, Əli Səbri, Mövlud Bayraqdarov, Bədi Muradov, Səadət Güləhmədova, Cavad Qoçuyеv və b. kimi şəxsiyyətlər yеtirmişdir. Bu gün Ahısqa türkləri Azərbaycanda, Türküstanda, Qazaxıstanda, Kabardin-Balkarda, Türkiyədə və başqa yеrlərdə yaşamaqdadırlar. Ana vətənlərində isə Sovеtlərin əli ilə еrmənilər, gürcülər yеrləşdirilmişdir. 1926-cı il siyahıya alınmada 138 min göstərinlən Axısxa Türkləri bu gün rəsmi olmayan mənbələrdə 500 min kimi qеyd еdilir. Ahısqa türklərinin ən böyük arzusu ata-baba yurdlarına dönməkdir. Bu yöndə onlar uzun müddətdir ki, mücadilə aparır və nəhayət onların ana vətənlərinə dönməsi üçün müxtəlif bеynəlxalq təşkilatlar bеlə qərarlar çıxarmışlar. Gürcüstan hökuməti də bu işə razılıq vеrib. Fəqət təəssüflər olsun, Ahısqa türkü öz doğma yurduna qaytarılmayıb. Azərbaycana köç edən AxısqaTürkləri Qəbələ Rayonu ərazisinə də gəlmişlər.
1999 – cu idə aparılmış siyahıya almaya əsasən Azərbaycanda 43.454 nəfər Axısqa türkü yaşayır. Hazırda Qəbələ Rayonunda yaşayan axısqa türkləri rayon əhalisinin 1,4%-ni təşkil edir.

Leqlər- ləzgilər
Leqlər qədim Albaniya dövləti ərazisində yaşayan tayfalar olmuşdur. onların əsas yaşama arealları Albaniyanın şimalında, indiki Dağıstan ərazisində yaşayırdılar.
Qəbələnin paytaxt olması bu tayfaların bu ərazidə yaşamasına səbəb olmuşdur.
Bəzi tədqiqatçılara görə indiki Ləzgi xalqının tarixi Leq tayfalarının müasirləridir.
Ləzgi-leq tayfalarının Qəbələyə kompakt gəlişi XVIII əsrdən başlamışdır. Belə ki köçəri həyat tərzi keçirən ləzgilər Qəbələ rayonuna gəlmişlər və burada məskumlaşmışlar.
Hazırda Qəbələdə 17 mindən çox ləzgi yaşayır və bu ümumi əhalinin 18% ni təşkil edir.
Laza, Qəmərvan, Əmirvan, SoltanNuxa, Küsnət, Yengicə, Yenikənd, Yeni Dızaxlı sırf ləzgi kəndləridir.


Udilər
Udilər əsrlər boyu Qafqaz Albaniyasında yaşayan tayfalardan biri olmuşdur. Hah-hazırda əsasən Qəbələ rayonunun Nic qəsəbəsində kompakt şəkildə yaşayırlar.
Udilərin dili - Qafqazın qədim sakinlərindəndir, dilləri Qafqaz dilləri ailəsinin ləzgi yarımqrupuna məxsus olub, çoxlu qədim ünsürləri özündə qoruyub saxlaya bilmişdir.
Dünyanın etnik xəritəsində udi adlı etnos bu gün yalnız Azərbaycan ərazisində mövcuddur. Udi dilinin əlifbası yoxdur.
Dialekti Udi dilinin üç dialekti var : Oğuz , Nic , Oktomberi (Gürcüstanda kənd). Nic dialekti də öz növbəsində 3 hissəyə bölünür: aşağı, aralıq və yuxarı. Belə ehtimal var ki, bu hissələr özləri də Tovuz rayonu, Kirzan kəndi və Arsaxdan (Qarabağ, Seysulla kəndi, Həsənqala) olan müxtəlif udin qruplarına uyğun olaraq ayrı-ayrılıqda dialektdir. Bu tayfalar sonradan əsrlər boyu yaşadıqları ərazilərin ermənilərlə məskunlaşdırılması nəticəsində Nic və Oğuz ərazilərinə köçmüşlər. Vartaşen dialekti də öz növbəsində 2 hissəyə bölünür: vartaşen və oktomberi (zinobiani).
Qədim yazısı- Keçmişdə udilər yalnız Qafqaz Albaniyasının ərazisində qeydə alınmışdır. Tarixən Günəşə, Aya sitayiş edən udinlər IV əsrin əvvəllərində xristianlığı qəbul etmiş və bu günə kimi dinini saxlamışlar. Əsasını Alban əlifbası tutur. Əlifba V əsrdə yaradılmışdır, 52 hərfdən ibarətdir. Tarixi proseslər nəticəsində bu əlfbadan hal-hazırda istifadə olunmur.
1996-ci ildə Misirin Sinay yarımadasında yerləşən Müqəddəs Yekaterina kilsəsində Gürcüstan Elmlər Akademiyasının müxbir üzvü Zaza Aleksidze gürcü-alban əlyazmasını (palimpsest) tapmışdır. Bu əlyazmada gürcü dilində yazılmış mətnin altında alban dilində yazılar aşkar edilmişdir. Bu yazıların sifrinin açılması yalnız udi dilinin istifadəsi ilə mümkün olmuşdur. "Beləliklə, bir çox alimlərin fikrincə, Qafqaz Albaniyasının yazılı dili kimi udi dili sayıla bilər, daha dəqiq olsaq müasir udi dilinin əcdadı - qədimi udi dili.". 2009-cu ildə qeyd olunan əlyazmanın deşifrəsi ayrıca kitab kimi nəşr olunub.
Tarix -Udilərin ulu babaları Qafqaz Albaniyası tayfalarından biri olan utilər olmuşdur. Udilərə aid ilk məlumat hələ 2500 il bundan əvvəl verilmişdir. Bu etnosun əcdadları olan utilər haqqında e.ə. V əsr yunan müəllifi Herodotun "Tarix" əsərində məlumat var. Marafon döyüşünü (b.e.ə. 490-cı ildə yunan-fars döyüşü) təsvir edən müəllif göstərir ki, fars ordusunda, XIV satrapinin tərkibində utilərin əsgərləri də vuruşurdular. E.ə. l əsrdə yaşamış Strabonun "Coğrafiya" əsərində Xəzər dənizi və Qafqaz Albaniyası haqqında məlumatında utilərdən danışılır. Udi sözünə termin kimi ilk dəfə Böyük Plininin (l əsr) "Həqiqi tarix" əsərində rast gəlinir. Ptolomeyin (ll əsr) "Coğrafiya" əsərində, Xəzər dənizinin ətrafında müxtəlif tayfaların, o cümlədən – udilərin yaşadığı göstərir. Udilər haqqında bəzi məlumatlara Qay Pliniy Sekunda, Aziniy Qvadrat və bir çox başqa qədim müəlliflərin əsərlərində rast qəlmək olar. Utilər Alban çarlığının yaranmasında mühüm rolu olan 26 alban tayfalarından biridir.
Utilər haqqında daha ətraflı VIII əsrdə yaşamış Moisey Kalankatuklunun "Alban tarixi" əsərində məlumat verilmişdir. O, özünü uti tayfalarına aid edir. O, Aranda 26 alban tayfalarının olması haqda məlumat verir: "Onun (Aranın) oğlundan Uti, Qardman, Çavdey, Qarqar knyazlıqları yaranmışdır".
Udilər Qafqaz Albaniyasının yaradıcısı olan 26 tayfadan biri olmaqla, həm də Qafqaz Albaniyasında başlıca rol oynayan tayfalardan biri idi. Buna görə də Qafqaz Albaniyasının payxtaxtları Qəbələ və Bərdə Udilərin Tarixən yaşadığı yerlər olub. Tərixən Udilər daha çox ərazilərdə məskunlaşmışdılar Xəzər dənizindən Qafqaz Dağlarınacan Kür çayının həm sağ həmdə sol tərəfində məskünlaşmışdılar. Qafqaz Albaniyasının Viləyətlərindən biri isə Uti adlanırdı. Qafqaz Albaniyasının Ərəblər tərəfindən zəbt ediləndən sonra Udilərin yaşadığı ərazilər və Udilərin sayı azalır.
Vll əsrdə ərəblərin işğal etdikdə və bütün ölkəni ərəb xilafətlinə qatanda əhalinin böyük hissəsinə, o cümlədən utilərə islam dinini qəbul etdirirlər. Lakin onların bir hissəsi əvvəlki inamlarını saxlayırlar. Hələ VI əsrdə aftokefal alban kilsəsini güclə öz tabeliyinə cəlb etmək cəhdlərinin olmuş, VII əsrdə ərəb xilafətinin icazəsi ilə erməni – qriqoryan kilsəsinin tərkibinə daxil edilmişdir. Alban katalikosununqalmasına baxmayaraq, aktiv olaraq alban – xristianların etnik köklərinin dəyişdirilməsi və erməniləşdirilməsi siyasəti gedirdi. Nəticədə, Dağlıq Qarabağda onlar bütovlükdə öz dil və mədəniyyətlərini itirmiş oldular. Qəbələ və Oğuz ərazisində udilər öz adət - ənənlərini və dillərini (yazısız) qoruyub saxlaya bilmişlər. 1836-cı ildə rus pravoslav kilsəsi və rusiya idarəçiliyi alban katalikosunun taxtını və dəftərxanasını ləğv etdikdən sonra, udin – xristianlar erməni kilsəsinin tam təsiri altına düşürlər. Azərbaycanda islam dininin yayılması və türk dilinin inkişafı ilə əlaqədar, Azərbaycan xalqının uzunmüddət formalaşması ilə vahid – azərbaycanlı etnosu yaranmışdır. Lakin udi – xristianlar bu günkü günümüzə qədər etnik qrup kimi öz dillərini, maddi və mənəvi mədəniyyətlərini qoruyub saxlamışlar. Udi dili Qafqaz dil ailəsinə aiddir. Lakin udilər Azərbaycan xalqının əcdadlarından biri hesab edilir.
1992–ci ildə Azərbaycan Respublikasının prezidenti "Azərbaycan Respublikasında mövcud olan milli azlıqların, azsaylı xalqalrın və etnik qrupların hüquq və azadlıqlarının qorunması, onların dil və mədəniyyətlərinin qorunması və inkişafı" barədə fərman imzalamışdır. Bu sənəd keçmiş sovet respublikaları içərisində qəbul olunmuş sənəddir
Din -313-cu il udilər tərəfindən xristianlığın qəbul edilməsi tarixi sayılır. Bu tarixdə alban çarı Urnayir xaç suyuna salınma adətini qəbul etmiş və xristianlıq Qafqaz Albaniyasının rəsmi dininə çevrilmişdir. Qafqaz Albaniyasının əhalisinin xristianlaşma dövründən başlayaraq udilər Alban kilsəsinə mənsubdur. Başqa xalqlar kimi, xristianlığı qəbul etdikdən sonra, udilər yeni xristian ayinlərlə bərabər köhnə adət və ənənələri qoruyub saxlmışdırlar. Məsələn, evlərdə sönməz ocaq saxlamaq atəşpərəstlikdən qalmış ənənə idir. Udi xristianlar olduqca tez-tez dualarını Aya döndərirdilər və öz dinini saxlayan Qafqaz Albaniyasının yeqanə xalqıdır.
10 aprel 2003-cü ildə Azərbaycanda Alban-udi xristian icması qeydiyyatdan keçmişdir.
Udilər Azərbaycanda -1989–cu il siyahıyaalınmasına görə Azərbaycanda 6.125 nəfər udi yaşayır. 27.01.1999–cu ildə aparılmış siyahıyaalmaya əsasən Azərbaycan Resbublikasında 4.152 nəfər (Qəbələ rayonunda 3962 nəfər və Oğuz rayonunda 104 nəfər olmaqla) udin yaşayır .


Kürdlər
Kürdlər (Kürd dilində: Kurd, کورد) — Yaxın Şərqdə xalq. Türkiyə, İraq, İran, Suriya ərazisində kompakt halda yaşayan kürdlərin dünyadakı sayı təxminən 20-30 milyon nəfərdir . Əsasən kürd, türk, ərəb və fars dillərində danışırlar.
Kürd tayfaları qədimdən cənub-qərbi İranda yaşamışlar. "Kürd" sözü qədim dillərdə "pəhləvan", "mərd" deməkdir. Kürdlər özlərini "körd", dillərini "kurmanci" adlandırır və öz mənşələrini cinlərin qadınlarla nigahına bağlayırlar. Kürdlər 4 etnik qrupa bölünür : Kurmanci , Sorani , Feyli , Lək .
Qəbələ Rayonu ərazisində Kürd və Qaradeyn kəndlərində yaşayırlar.
Можно зайти сюда newprogs.net чтобы скачать все для пк, а так же на allfilm.net посмотреть фильмы или скачать с newtemplates.ru лучшие шаблоны
Sosial Şəbəkə
  • Facebook
  • Message
  • Twitter
  • Bu gün
  • Çox oxunan
  • Şərh edilən