Portala giriş
 
  • 06:33 – 2 fevral-Ümumrespublika gənclər günüdür 
  • 05:54 – Qəbələ şəhərində avtomobil yollarının əsaslı təmiri üçün 3 milyon manat ayrılıb 
  • 06:55 – Prezident İlham Əliyev Nohurqışlaq-Tüntül-Yengicə avtomobil yolunun əsaslı təmirdən sonra açılışında iştirak edib 
  • 06:52 – Azərbaycan prezidenti “Qafqaz Tufandağ Mountain Resort” otelinin açılışında iştirak edib 
  • 06:43 – Qəbələdə Park-Bulvar Kompleksi istifadəyə verilib 

Din

  • 21 окт, 07:13


Qəbələ rayonunda inanc sistemlərinin tarixi və müasir vəziyyəti



Qəbələ Rayonunun hal-hazırda mənsub olduğu ərazidə yaşayış miladdan çox öncə mövcud olmuşdur. Tarixçilər Qəbələ ərazisində ilkin yaşayışı son daş-erkən tunc dövrünə aid edirlər. Şəhərləşmə dövrü isə tarixçilərə görə 3500 il əvvələ aid edirlər (bu zaman Azərbaycanda iki şəhərin adı çəkilir, Qəbələ və Naxçıvan).
Ərazinin erkən zamanlardan yaşayış yeri olması və tez bir şəkildə şəhərləşməsi, əhalinin dini inanclarının da inkişafı ilə nəticələnmişdir.

lkin dini inanclar. Araşdırmaçılara görə ilkin inanc sistemində təbiət hadisələri və totemlər yer tutmuşdur. Qafqaz Albaniyanın yaranması dini inancların daha da sistemləşməsinə və xüsusi qrum kimi fəaliyyət göstərməsinə səbəb olmuşdur. Xiristianlığa qədər dövlət səviyyəsində qəbul edilən dini inanc sistemində “Ay Tanrısına inam” olmuşdur. Ay Tanrısının kahini Albaniyada I təbəqə mənsubları idilər. Paytaxt şəhərinin Qəbələ olması bütün bu dini inancların Qəbələdə sistemləşməsi və yayılmasına səbəb olmuşdur.

Xiristianlıq. Xiristinalığın yaranması, yayılması və Qəbələyə çatması zamanı insanlar bu haq dini qəbul etməkdə tərəddüt çəkmirlər. Xiristinalıq təxmini III əsrin sonlarında Qafqaza çatmışdır. Xiristinalığın mərkəzi Qəbələ şəhəri idi. Ölkədə II ən nüfuzlu şəxs Xiristinan dinin təmsilçisi Qəbələ Yepiskopu idi. Qəbələdə tikilən xiristian kilsələrinin tikilmə yerlərinə baxdıqda onların əksəriyyətinin keçmiç dini inanclara məxsus məbədlərin yerində tikilmişdir. Albaniyada Xiristinalıq dpvlət səviyyəsində yayılırdı və müdafiə olunurdu. Buna misal olaraq, Albaniyanın cənubunda Atropatena dövlətinin sasanilər tərəfindən işğalı və Sasani hökmdarları tərəfindən qəbul edilən Atəşpərəstliyin Albaniyada yayılmasını təkidlə istəməsi və alban hökmdarı III Mömin Vaçaqan tərəfindən bu təklifin rədd edilməsi və təzyiqlərə görə hakimiyyətdən imtina etmişdir.
Hal-hazırda Xiristina dininə etiqad edən Udin icması Qəbələnin Nic qəsəbəsində yaşayırlar və dini, mədəni adət-ənənələrini qruyub saxlamışlardır. Xiristinalıq dövrün aid kilsə və məbədlərin qalıqlarına Qəbələ rayonunun müxtəlif yerlərində təsadüf edilir. Yeganə normal vəziyyətdə olan Alban Xiristinan kilsəsi olan Cotari məbədi-Müqəddəs Yenisey kilsəsi Qəbələnin Nic kəndində yerləşir.

Atəşpərəstkik və zərdüştlüyün yayılmaması. Qəbələnin ölkənin mərkəzi şəhəri olamsı kənar din mənsublu icmaların əraziyə gəlməsini sürətləndirmişdir. Əvvəl Xiristinalığın, sonra İslamın hakimiyyət səviyyəsində müdafiə olunamsı kiçik dini inancların (Zərdüştlük, atəşpərəstlik kimi etiqatlar) yayılamsı prosesi mümkün olmamışdır.
İslam. VIII əsrdən etibarən İslamın yaranması və yayılması Albaniyaya çatmışdır. Qəbələnin dağlıq olması bu yeni haq dinin bu əraziyə gec çatmasına səbəb olmuşdur.
Qəbələdə İslam dinin yayılması əsasən əraziyə İslam dinli icmaların köçürülməsiylə yayılmışdır. Belə ki Qəbələ ərazisinə yaxın yerləşən Oğuz türk tayfalarının İslamı qəbul etməsi, Xəzər tayfalarının Ərəblərə məğlub olduqdan sonra bir hissəsinin İslamı qəbul etməsi və Qəbələ ərazisində məskumlaşdırılması Qəbələdə İslamın yayılmasına səbəb olmuşdur. Azərbaycanın Ərəblər tərəfinən tutulmas İslam dinin möhkəmlənməsinə səbəb olmuşdur.
Orta əsrlərdə I Şah Abbas tərəfindən islam etiqatlı türk-muğal, şamlı, türkmən tayfalarının Qəbələdə məskumlaşdırılması və Şimali Qafqaz İslam inanclı xalqlarının Qəbələyə köç etməsi bu inanc sisteminin dərinləşməsinə səbəb olmuşdur.
Azərbaycanın Osmanlı tərəfindən tutulması Qəbələdə Islamın mükəmməlləşməsinə səbəb olmuşdur.
Ateizimin inkişaf edə bilməməsi. SSRİ zamanında təbliğ olunan Ateizim Qəbələ rayonunda geniş yayılmamışdır. Bunun əsas səbəbi kimi, Qəbələ rayonunun Çar imperiyası işğalları zamanı süqut etməsi və əhalinin azalması, ali məktəblərdə iştirakın çox az olması ateizmin təbliğinin zəif olmasına səbəb olmuşdur. Eyni zamanda Qafqaz xalqlarının dini inancda sadiq olmasının da təsiri böyük olmuşdur.
Hal-hazırda Qəbələ rayonunda yaşayanların təxmini 95% i Islam dininə etiqad edir. Xiristinalıq isə 5% dən (udin və rus) çox deyil.




Можно зайти сюда newprogs.net чтобы скачать все для пк, а так же на allfilm.net посмотреть фильмы или скачать с newtemplates.ru лучшие шаблоны
Sosial Şəbəkə
  • Facebook
  • Message
  • Twitter
  • Bu gün
  • Çox oxunan
  • Şərh edilən