Главная > Cəmiyyət > Qaliblər və valideynlərlə görüş.

Qaliblər və valideynlərlə görüş.


8-05-2018, 18:28. Разместил: Admin

 Mayın 2-də Qəbələ rayon Uşaq- Gənclər İdman-Şahmat məktəbində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə keçirilən Respublika Şahmat festivalının rayon mərhələsinin qalibləri və onların valideynləri ilə görüş təşkil edilmişdir.

 Görüşdə məktəbin direktoru Ədalət Əliyev qalibləri və onların valideynlərini bir daha təbrik etmiş və məktəbli şahmatçılara festivalın Bakı şəhərində keçiriləcək final mərhələsindəki yarışlarında uğurlar diləmişdir.

 Sonra görüş diskussiya formasında davam etmiş, valideynlər şahmat yarışlarına aid məlumatlandırılmışlar. 

 NƏRMİN    RİZANOVA

 


Вернуться назад