Portala giriş все шаблоны для dle на сайте newtemplates.ru скачать
 
  • 09:09 – Oğuz şəhərində keçiriləcək şahmat üzrə zona yarışlarında Qəbələ komandası iştirak edəcək 
  • 08:34 – “Elm ağlın çırağıdır” adlı layihəsinə yekun vuruldu-Fotolar 
  • 05:54 – Qəbələ şəhərində avtomobil yollarının əsaslı təmiri üçün 3 milyon manat ayrılıb 
  • 06:55 – Prezident İlham Əliyev Nohurqışlaq-Tüntül-Yengicə avtomobil yolunun əsaslı təmirdən sonra açılışında iştirak edib 
  • 06:52 – Azərbaycan prezidenti “Qafqaz Tufandağ Mountain Resort” otelinin açılışında iştirak edib 

Genişzolaqlı internetin inkişafı üzrə Dövlət Proqramının icrasına başlanılacaq

Gün.Az Nazirliyə istinadən xəbər verir ki, sabahdan etibarən Dövlət Proqramının aidiyyəti olan nazirliklər tərəfindən təsdiqlənməsi proseduru başlanacaq.

Yaxın bir ay ərzində Dövlət Proqramının icrasına başlanılması gözlənilir.

Layihə çərçivəsində genişzolaqlı internetin infrastrukturunun “Fiber to home” konsepsiyasına uyğun inkişaf etdirilməsi üzrə işlər paralel olaraq Bakıda, ölkənin regionlarında və Naxçıvan Muxtar Respublikasında həyata keçirilməsi gözlənilir.

Bakı və Naxçıvanla yanaşı, işlər paralel olaraq İsmayıllıda, Qubada, Zaqatalada, Şirvanda, Lənkəranda, Qəbələdə aparılacaq.

Gələn ildən etibarən Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Dövlət Neft Fondunun dəstəyi ilə ölkədə “Fiber to Home” texnologiyası vasitəsilə genişzolaqlı internetin inkişafı layihəsinin həyata keçirilməsinə başlayacaq.

Fondun büdcəsində layihə çərçivəsində birinci il ərzində nəzərdə tutulmuş işlərin görülməsi üçün 103,6 milyon manat ayrılması gözlənilir.
Layihə çərçivəsində, onu əsas icraçıları olan, “Aztelekom” və Bakı Telefon Rabitəsi İstehsalat birliklərinin restruktrizasiyası və birləşdirilməsi nəzərdə tutulub.

2014-2016-cı illər üçün nəzərdə tutulmuş layihənin reallaşdırılması üçün ümumilikdə 450 milyon manatdan artıq vəsait tələb olunur.

Layihənin ümumi dəyərinin 30-35% reinvestisiya hesabına təmin edilməsi gözlənilir.
Layihə çərçivəsində 18 min kilometr fiber-optik kabelin çəkilməsi nəzərdə tutulur, halbuki, bu gün ölkədə artıq 6-7 min kilometr kabel çəkilib.

Layihə ölkənin kabel infrastrukturunun kökündən yenidənqurması gözlənilir. Əsas məqsəd 10-100 Mbit/s sürətlə genişzolaqlı internet ilə uzaq regionları təmin etmək və internetdən istifadə edən əhalini 85% internetlə təmin etməkdi.

Son məqsəd isə bu göstəricini 2017-ci ilədək Azərbaycanda inkişaf etmiş ölkələrin səviyyəsinə çatdırmaqdır.

  Şərhlər:


Sosial Şəbəkə
  • Facebook
  • Message
  • Twitter
  • Bu gün
  • Çox oxunan
  • Şərh edilən