Portala giriş все шаблоны для dle на сайте newtemplates.ru скачать
 
  • 09:09 – Oğuz şəhərində keçiriləcək şahmat üzrə zona yarışlarında Qəbələ komandası iştirak edəcək 
  • 08:34 – “Elm ağlın çırağıdır” adlı layihəsinə yekun vuruldu-Fotolar 
  • 05:54 – Qəbələ şəhərində avtomobil yollarının əsaslı təmiri üçün 3 milyon manat ayrılıb 
  • 06:55 – Prezident İlham Əliyev Nohurqışlaq-Tüntül-Yengicə avtomobil yolunun əsaslı təmirdən sonra açılışında iştirak edib 
  • 06:52 – Azərbaycan prezidenti “Qafqaz Tufandağ Mountain Resort” otelinin açılışında iştirak edib 

Yeni sərhəd zastavası istifadəyə verilib

 Dövlət Sərhəd Xidmətinin (DSX) Şəki Sərhəd Dəstəsində yeni inşa edilmiş “Laza” sərhəd zastavası kompleksi xidməti istifadəyə verilib.

 

DSX-nin mətbuat mərkəzindən APA-ya verilən məlumata görə, respublikanın ən yüksək dağ zirvəsi olan Bazardüzü istiqa­mətin­də yerləşən sərhəd zastavasının xidməti ərazisi mürəkkəb relyefə və soyuq iqlim şəraitinə malikdir. Yeni inşa olunmuş sərhəd zastavasında yaradılan şərait sərhədçilərə xidməti daha yüksək səviyyədə təşkil etməyə geniş imkanlar yaradacaq.

 

Yeni sərhəd zastavası kompleksinin açılışı münasibəti ilə keçirilən mərasimdə Dövlət Sərhəd Xidmətinin rəisi – Sərhəd Qoşunlarının Komandanı, general-polkovnik Elçin Quliyev çıxış edərək Azərbaycan Sərhəd Mühafizəsinin mükəmməl inkişaf yolu keçərək qarşıya qoyulan hər bir tapşırığı layiqincə yerinə yetirməyə qadir olan hərbi qurum səviyyəsinə yüksəldiyini bildirib.

 

Tədbirdə iştirak edən Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev sərhədçiləri təbrik edərək onlara uğurlar arzulayıb.

 

Qeyd olunub ki, yeni eksperimental layihə üzrə tikilmiş sərhəd zastavasında xidmətin yük­sək səviyyədə təşkili və sərhədçilərin istirahəti üçün hər cür şərait yaradılıb. Zabit və gizir ailələri üçün inşa olunmuş mənzillər, müasir tələblərə cavab verən xüsusi təyinatlı otaqlar, yeməkxana, istirahət guşəsi, idman zalı, təlim şəhərciyi, mərkəzləşdirilmiş istilik və işıqlandırma sistemləri, hamam-camaşırxana lazımi avadanlıq və vasitələrlə təmin olunmuş, yol və səkilər asfaltlanıb, ərazidə abadlaşdırma işləri görülüb.

 

 

apa.az

  Şərhlər:


Sosial Şəbəkə
  • Facebook
  • Message
  • Twitter
  • Bu gün
  • Çox oxunan
  • Şərh edilən