Portala giriş все шаблоны для dle на сайте newtemplates.ru скачать
 
  • 20:34 – “Əlvida ilk müəllimim” 
  • 11:47 – Qəbələdə məhkəmə hakimlərinin şahmat turniri keçirilmişdir. 
  • 13:23 – İsmayıllıda basketbol yarışları keçirilmişdir. 
  • 13:19 – İsmayıllı şəhər məktəb –litseyində 1 saat. 
  • 09:52 – Qəbələdə bələdiyyə sədri cərimələnib 

Qəbələ rayonu ərazisində arxeoloji qazıntılar aparılmışdır

“2015-ci ildə çöl-tədqiqat işlərinin uzun illər aparılmadığı bir sıra ərazilərdəki abidələr tədqiqatlara cəlb edilib. Həmin ərazilərdə arxeoloji tədqiqat işləri yenidən canlanıb, əvvəllər elmə məlum olmayan bir sıra abidələr aşkar edilib, dəyərli etnoqrafik məlumatlar toplanıb”

xəbərinə görə, bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun illik hesabatında bildirilib.

 

Hesabatda bildirilib ki, 2015-ci ildə Qəbələ, Quba, Xaçmaz, Şabran, Qax, Şəki, Ağcabədi, Ağdam, Fizuli, Oğuz, Cəlilabad, Şamaxı, Ağsu, Gəncə, Goranboy, Tovuz, Ağstafa, Qazax, Şəmkir, Şərur, Babək, Ordubad, Bərdə, Gədəbəy, Daşkəsən, Lerik, Kəngərli, İsmayıllı, Qobustan, Tərtər və s. rayonlarında geniş və irimiqyaslı arxeoloji qazıntı işləri aparılıb:

 

“Tarix üzrə fəlsəfə doktoru Nəcəf Müseyiblinin rəhbərlik etdiyi ekspedisiya 2015-ci ilin yay mövsümündə Qəbələ rayonu ərazisindəki e. ə. IV minilliyin birinci yarısına aid xalkolit dövrü Qalayeri yaşayış məskənində geniş miqyaslı arxeoloji qazıntı işləri aparmışdır. Qalayeri Yaxın Şərqin erkən sivilizasiyaları ilə sıx bağlı olan, əsasən Azərbaycan ərazisində yayılmış Leylatəpə arxeoloji mədəniyyətinə aid abidələrdən biridir. Qalayerində aparılan araşdırmalar ilk növbədə Leylatəpə mədəniyyətinin daha geniş arealda yayıldığını sübut etdi. Eyni zamanda, bu abidədə aparılan qazıntılar Leylatəpə mədəniyyətinin köklərinin qədim Mesopotamiya ilə yanaşı, Şərqi Anadolunun həmdövr mədəniyyətləri ilə də sıx bağlı olduğunu təsdiq etdi. Qalayerində aşkar edilmiş memarlıq qalıqları, kütləvi istehsalın məhsulu olan keramika məmulatı, daşdan, sümükdən və metaldan hazırlanmış alətlər Şərqi Anadolunun son xalkolit dövrü abidələrinin, xüsusilə də Arslantəpə yaşayış yerinin tapıntıları ilə analogiya təşkil edir”.

  Şərhlər:


Sosial Şəbəkə
  • Facebook
  • Message
  • Twitter
  • Bu gün
  • Çox oxunan
  • Şərh edilən