Portala giriş все шаблоны для dle на сайте newtemplates.ru скачать
 
  • 07:03 – Bakı şəhərində şahmat həlletməsi üzrə 39-cu Azərbaycan çempionatı keçirilmişdir. 
  • 06:40 – Qəbələdə xatirə turniri keçirilmişdir 
  • 07:34 – Qəbələ şahmatçısı finalda. 
  • 09:09 – Oğuz şəhərində keçiriləcək şahmat üzrə zona yarışlarında Qəbələ komandası iştirak edəcək 
  • 06:33 – 2 fevral-Ümumrespublika gənclər günüdür 

20 Yanvar şəhidlərinin əziz xatirəsi anılmışdır.

Fövqəladə hallar nazirliyinin “N” saylı hərbi hissəsində 20 Yanvar Ümumxalq Hüzn Günü ilə əlaqədar tədbir keçirilmişdir. Tədbirdə rayonun təhsil, gənclər və idman idarəsinin işçiləri və şəhər 5 nömrəli tam orta məktəbin yuxarı sinif şagirdləri iştirak etmişlər. Tədbiri giriş sözü ilə hərbi hissə komandirinin müavini, polkovnik-leytenant İlham Əliyev açmışdır. 20 Yanvar qətliamında canlarından keçmiş Vətən oğullarının müqəddəs xatirəsi anım mərsiminin iştirakçıları tərəfindən bir dəqiqəlik sükutla yad edilmişdir. Ümumxalq Hüzn Gününə həsr olunmuş tədbirdə şəhər 5 nömrəli tam orta məktəbin tarix müəllimi Tahir Məsimov 20 Yanvar hadisələri ilə bağlı geniş məruzə etmişdir. Sonra əsgərlər və məktəblilər Azərbaycan şairlərinin şəhidlərə həsr etdikləri şeirlərdən nümunələr söyləmişlər. Tədbirin sonunda mövzuya dair sənədli film nümayiş etdirilmişdir.

  Şərhlər:


Sosial Şəbəkə
  • Facebook
  • Message
  • Twitter