Portala giriş все шаблоны для dle на сайте newtemplates.ru скачать
 
  • 20:34 – “Əlvida ilk müəllimim” 
  • 11:47 – Qəbələdə məhkəmə hakimlərinin şahmat turniri keçirilmişdir. 
  • 13:23 – İsmayıllıda basketbol yarışları keçirilmişdir. 
  • 13:19 – İsmayıllı şəhər məktəb –litseyində 1 saat. 
  • 09:52 – Qəbələdə bələdiyyə sədri cərimələnib 

Bayram günlərində Qəbələyə 3 minə yaxın turist gəlib.

Qəbələ rayonunun təbiəti, burada yaradılan müasir turizm infrastrukturu nəinki isti yay fəslində, hətta soyuq qış aylarında da turistlərin diqqətini cəlb edir. Bayram günlərində istirahət etmək üçün rayonumuza gələn yerli və xarici turistlərin sayı ötən ildəkindən 2 dəfə çox olub. Motorlu xizəklərlə, atla, faytonlarla gəzintiyə çıxmaq, kanatla dağlara səyahət etmək, buz üstündə xizəklə sürüşmək, meşələrdə heyvan və quş ovlamaq, göllərdə qayıqla balıq tutmaq və digər maraqlı əyləncələr barədə düşünənlərin arzusu bu günlərdə Qəbələdə gerçəkləşib. Son günlər rayonda əsl bayram həyəcanı yaşanıb, istirahət və əyləncə mərkəzləri turistlərlə dolu olub. Bayram günlərində qonaqların istirahətinin mənalı təşkili üçün otellərdə tanınmış musiqiçilərin iştirakı ilə konsertlər, müxtəlif əyləncəli tədbirlər keçirilib. Yerli və xarici turistlər Qəbələnin zəngin tarixi, mədəniyyət abidələri və ləziz mətbəxi ilə yaxından tanış olublar. Burada yerləşən 20 müasir otel və istirahət mərkəzi bayram günlərində, ümumilikdə, 3 minə yaxın yerli və xarici turistə xidmət göstərib. Yeni ili Qəbələdə qarşılayanlar arasında Hindistan, Türkiyə, Rusiya və Latviyadan gələnlər də olub. Turistlər təkcə rayon mərkəzini gəzməklə kifayətlənməyib, həm də dağ kəndlərinə üz tutublar.

  Şərhlər:


Sosial Şəbəkə
  • Facebook
  • Message
  • Twitter
  • Bu gün
  • Çox oxunan
  • Şərh edilən