Portala giriş все шаблоны для dle на сайте newtemplates.ru скачать
 
  • 20:34 – “Əlvida ilk müəllimim” 
  • 11:47 – Qəbələdə məhkəmə hakimlərinin şahmat turniri keçirilmişdir. 
  • 13:23 – İsmayıllıda basketbol yarışları keçirilmişdir. 
  • 13:19 – İsmayıllı şəhər məktəb –litseyində 1 saat. 
  • 09:52 – Qəbələdə bələdiyyə sədri cərimələnib 

Kənd təsərrüfatı naziri Qəbələdə bölgə vətəndaşlarını qəbul etmişdir.

Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Heydər Əsədov dekabr ayının 25-də Qəbələ Mədəniyyət Mərkəzində Qəbələ, İsmayıllı, Şamaxı, Qobustan, Abşeron rayonlarının sakinləri ilə görüşmüşdür. Nazirliyin idarə və tabeli qurumlarının rəhbərlərinin də iştirakı ilə keçirilən qəbulda 40-a yaxın vətəndaşın müraciətinə baxılmışdır. Qəbula gələn vətəndaşlar əsasən fermerlərə güzəştli kreditlərin verilməsi, kənd təsərrüfatı texnikalarının alınmasına kömək göstərilməsi, texniki təminatın artırılması, pay torpaqları ilə bağlı yaranmış problemlərin həlli, baytarlıq nəzarəti xidmətinin gücləndirilməsi, ixtisasa uyğun işlə təmin olunma və digər məsələlərlə bağlı müraciətlər etmişlər. Nazir vətəndaşların müraciətlərini, şikayət və təkliflərini dinləyərək, hərtərəfli öyrənilməsi və qanunvericiliyə uyğun tədbirlərin görülməsi üçün nazirliyin müvafiq strukturlarının rəhbərlərinə tapşırıqlar vermişdir. Heydər Əsədov sakinlərlə görüş zamanı dövlətimizin başçısının kənd təsərrüfatının inkişafı ilə bağlı son dövrlərdə imzaladığı sərəncamları ətraflı şərh etmiş, qəbul olunmuş sərəncam və qərarların bütövlükdə kənd təsərrüfatı istehsalçılarının rifah halının yaxşılaşdırılmasına və ölkəmizdə kənd təsərrüfatının inkişafına təkan verəcəyini vurğulamışdır. Qəbulda vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapmış, qaldırılan digər məsələlər isə araşdırılması üçün nəzarətə götürülmüşdür. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan digər müraciətlər müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınmışdır. Qəbula gələn vətəndaşlar göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.

 

 

qebele-ih.gov.az

  Şərhlər:


Sosial Şəbəkə
  • Facebook
  • Message
  • Twitter
  • Bu gün
  • Çox oxunan
  • Şərh edilən