Portala giriş все шаблоны для dle на сайте newtemplates.ru скачать
 
  • 20:34 – “Əlvida ilk müəllimim” 
  • 11:47 – Qəbələdə məhkəmə hakimlərinin şahmat turniri keçirilmişdir. 
  • 13:23 – İsmayıllıda basketbol yarışları keçirilmişdir. 
  • 13:19 – İsmayıllı şəhər məktəb –litseyində 1 saat. 
  • 09:52 – Qəbələdə bələdiyyə sədri cərimələnib 

Qiymətli ağaclardan ibarət yeni meşəliklər salınır.

Qəbələdə meşələrin mühafizəsi və bərpası daim diqqət mərkəzində saxlanılır. Cari ildə rayonda yeni meşəliklərin salınması mövsümünə start verilmişdir. Payız-qış mövsümündə plana uyğun olaraq rayonun Bum, Vəndam, Yenikənd və Zarağan ərazisindəki dövlət meşə fondunun torpaqlarında 30 hektar sahədə meşəliklərin salınması nəzərdə tutulmuşdur. Bu günədək Yenikənd və Zarağan meşəbəyliklərinin ərazisində 15 hektar sahədə ağac əkini aparılmışdır və hazırda bu istiqamətdə işlər davam etdirilir. Əraziyə qoz, şabalıd, akasiya, vələs, göyrüş, ağcaqayın, palıd, fıstıq və digər qiymətli ağac növlərindən olan tinglər əkilir. Rayon meşəçiləri əkin üçün 2310 kiloqram qiymətli ağac toxumu toplamışlar. Bunun 900 kiloqramını palıd, 600 kiloqramını qoz, 500 kiloqramını şabalıd, 150 kiloqramını göyrüş, 150 kiloqramını ağcaqayın, 10 kiloqramını tuya toxumu təşkil edir. Hazırda sahələrdə ağac əkini ilə yanaşı, toxum səpini də həyata keçirilir. Bu günədək 1 hektar sahədə toxum səpini aparılmışdır. Rayon meşələrin mühafizəsi və bərpası müəssisənin kollektivi bu il 2 hektar sahədə yeni tinglik salmağı və orada 240 min ting yetişdirməyi planlaşdırır. Gələn ilin yazında Qəbələdə daha 30 hektar ərazidə meşəliklərin salınması nəzərdə tutulmuşdur.

  Şərhlər:


Sosial Şəbəkə
  • Facebook
  • Message
  • Twitter
  • Bu gün
  • Çox oxunan
  • Şərh edilən