Portala giriş все шаблоны для dle на сайте newtemplates.ru скачать
 
  • 20:08 – Rövşən Şəfizadə - 100 
  • 07:34 – Qəbələ şahmatçısı finalda. 
  • 09:09 – Oğuz şəhərində keçiriləcək şahmat üzrə zona yarışlarında Qəbələ komandası iştirak edəcək 
  • 06:33 – 2 fevral-Ümumrespublika gənclər günüdür 
  • 08:34 – “Elm ağlın çırağıdır” adlı layihəsinə yekun vuruldu-Fotolar 

Konstitusiya günü qeyd olunmuşdur.

Heydər Əliyev Mərkəzində müstəqil Azərbaycan Respublikası Konstitusiyasının 20-ci ildönümü münasibətilə tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə Qəbələ Rayon İcra Hakimiyyətinin məsul işçisi Zahid Əfəndiyev açmışdır. O, Konstitusiyamızın yaranması tarixi, bu əsas qanunun hazırlanmasında və qəbul edilməsində ulu öndər Heydər Əliyevin böyük xidməti barədə tdbir iştirakçılarına ətraflı məlumat vermişdir. Sonra rayon tarix-diyarşünaslıq muzeyinin direktoru Xalis Məmmədov, şəhər 3 nömrəli tam orta məktəbin müəllimi Məleykə Rəsulova, “Qəbələ” qəzetinin əməkdaşı Qüdrət Səmədov və başqaları mövzu ətrafında çıxış edərək, əsas məğzi insan hüquq və azadlıqlarına həsr olunmuş və ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş Konstitusiyamızın dünyanın ən demokratik, sivil, inkişaf etmiş ölkələrinin konstitusiya təcrübələrindən bəhrələnərək hazırlandığını, eyni zamanda milliliyi özündə əks etdirdiyini bildirmişlər.Tədbiri Zahid Əfəndiyev yekunlaşdırmışdır.

  Şərhlər:


Sosial Şəbəkə
  • Facebook
  • Message
  • Twitter
  • Bu gün
  • Çox oxunan
  • Şərh edilən