Portala giriş все шаблоны для dle на сайте newtemplates.ru скачать
 
  • 20:08 – Rövşən Şəfizadə - 100 
  • 07:34 – Qəbələ şahmatçısı finalda. 
  • 09:09 – Oğuz şəhərində keçiriləcək şahmat üzrə zona yarışlarında Qəbələ komandası iştirak edəcək 
  • 06:33 – 2 fevral-Ümumrespublika gənclər günüdür 
  • 08:34 – “Elm ağlın çırağıdır” adlı layihəsinə yekun vuruldu-Fotolar 

Səhiyyə naziri Balakəndə vətəndaşları qəbul edib

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına  görə,   Balakən Rayon Mərkəzi Xəstəxanasında keçirilən qəbulda Balakən, Zaqatala,  Qax, Şəki, Oğuz və Qəbələ  rayonlarının sakinləri iştirak ediblər.  

 

Qəbul zamanı sağlamlıq problemləri, işlə təminat və s. məsələlərlə bağlı ümumilikdə 31 nəfərin müraciəti dinlənilib.
 

Vətəndaşların müraciətlərində qaldırılan məsələlər nazirliyin müvafiq qurumlarının əməkdaşlarının iştirakı ilə araşdırılıb, onların bəziləri yerindəcə həllini tapıb.


Nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlər isə aidiyyəti üzrə çatdırılmaq üçün qeydiyyata alınaraq nəzarətə götürülüb.

  Şərhlər:


Sosial Şəbəkə
  • Facebook
  • Message
  • Twitter
  • Bu gün
  • Çox oxunan
  • Şərh edilən