Portala giriş все шаблоны для dle на сайте newtemplates.ru скачать
 
  • 07:03 – Bakı şəhərində şahmat həlletməsi üzrə 39-cu Azərbaycan çempionatı keçirilmişdir. 
  • 06:40 – Qəbələdə xatirə turniri keçirilmişdir 
  • 07:34 – Qəbələ şahmatçısı finalda. 
  • 09:09 – Oğuz şəhərində keçiriləcək şahmat üzrə zona yarışlarında Qəbələ komandası iştirak edəcək 
  • 06:33 – 2 fevral-Ümumrespublika gənclər günüdür 

Yerli QHT-lər üçün məlumatlandırma sessiyaları təşkil olunacaq

Bölgələrdə fəaliyyət göstərən QHT-lərin məlumatlandırılmasına yönəlik yeni layihənin icrasına başlanacaq.

Gün.Az xəbər verir ki, “İnkişaf naminə Yerli Bacarıqların Artırılması” adlı layihə QHT-lərə Dövlət Dəstəyi Şurasının  “Hüquq və Monitorinq” Komissiyası  və ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID)  tərəfindən həyata keçiriləcək.

Bildirilib ki, sözügedən məlumatlandırma sessiyalrının 1-cisi bu il aprelin 18-də Qəbələ rayonunda, 2-cisi isə  aprelin  23-də Şəmkir rayonunda təşkil olunacaq.

Məlumatlandırma sessiyalarında Komissiyanın üzvləri, ekspertlər  çıxış edərək QHT-lərin fəaliyyətini tənzimləyən qanunverciliyiə edilən son dəyişikliklər barədə məlumat verəcəklər.

Dəyişikliklərin mahiyyəti və QHT-lərin fəaliyyəti ilə bağlı yeni tələblər izah olunacaq. Həmçinin,  yerli QHT-lərin sualları cavablandırılacaq, təklif və tövsiyyələri dinləniləcək, onları maraqlandıran məsələlər barədə müzakirələr aparılacaq.

Xatırladaq ki,  QHT-lərə Dövlət Dəstəyi Şurasının   “Hüquq və Monitorinq” Komissiyası  QHT-lərin fəaliyyətini tənzimləyən qanunverciliyiə edilən son dəyişikliklərin tətbiqi ilə bağlı ictimai nəzarətin həyata keçirilməsi, yarana biləcək problemlərin həlli, qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində təkliflər hazırlaması məqsədilə yaradıllıb.

Hüquq və Monitorinq Komissiyasına “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev,  “Sahibkarlığa Yardım Fondunun” prezidenti Sabit Bağırov,  İqtisadi Tədqiqatlar Mərkəzinin sədri Qubad İbadoğlu, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin layihə tərəfdaşı olan Qeyri-Kommersiya Hüququ üzrə Beynəlxalq Mərkəzin baş məsləhətçisi Məhəmməd Quluzadə,  Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri Sahib Məmmədov, QHT-lərə Dövlət Dəstəyi Şurasını  Katibliyinin  baş məsləhətçisi, hüquqşünası Fərid Rüstəmov daxildir

  Şərhlər:


Sosial Şəbəkə
  • Facebook
  • Message
  • Twitter