Portala giriş все шаблоны для dle на сайте newtemplates.ru скачать
 
  • 09:09 – Oğuz şəhərində keçiriləcək şahmat üzrə zona yarışlarında Qəbələ komandası iştirak edəcək 
  • 08:34 – “Elm ağlın çırağıdır” adlı layihəsinə yekun vuruldu-Fotolar 
  • 05:54 – Qəbələ şəhərində avtomobil yollarının əsaslı təmiri üçün 3 milyon manat ayrılıb 
  • 06:55 – Prezident İlham Əliyev Nohurqışlaq-Tüntül-Yengicə avtomobil yolunun əsaslı təmirdən sonra açılışında iştirak edib 
  • 06:52 – Azərbaycan prezidenti “Qafqaz Tufandağ Mountain Resort” otelinin açılışında iştirak edib 

"Tufandağ" da istirahət etmək istəyənlərin nəzərinə

Qəbələ şəhərindən təxminən 4 kilometr aralıqda yeni istifadəyə verilmiş “Tufandağ” Yay-Qış istirahət kompleksi əhalinin boş vaxtlarını istirahətdə maraqlı və əyləncəli keçirmək məqsədilə inşa olunub. Qəbələnin digər ərazilərində qar görmək mümkün olmasa da, “Tufandağ” Yay-Qış Kompleksi ərazisində 10 santimetr qalınlığında qar görmək mümkündür. Kompleksin tikintisinin birinci mərhələsi çərçivəsində dörd kanat xətti tam inşa olunub, on xizək yolundan beşində inşaat işləri başa çatıb. Bu qış mövsümündə kanat xətlərində gəzinti, xizəklə sürüşmək və inşa obyektlərinin xidmətlərindən istifadə etmək mümkündür. Kanat yolu və xizəkçilik kompleksi stansiyadan ibarətdir. Birinci stansiya dəniz səviyyəsindən 950 metr, sonuncu stansiya isə 1920 metr hündürlükdədir. Stansiyalar bir-birindən 1414 metr məsafədə olan və dəniz səviyyəsindən 1650 metr yüksəklikdə yerləşir.
Burada turistlərin istirahətinin təşkili üçün hər cür şəraiti olan restoranlar da yaradılıb. Ümumiyyətlə, istirahət məkanı ilin bütün fəsillərində turistlərə kanat gəzintisinə, qış mövsümündə xizəklə sürüşməyə, xizəkçilik məktəbindən, otel və digər xidmətlərdən istifadə etməyə imkanlar verir. Burada turistlərin istirahəti üçün hər cür şərait yaradılıb, xizəklərin satışı və kirayəsi xidmətlərini göstərən ayrıca bölmə qurulub. Bundan əlavə, ərazidə idman malları mağazası və kafe də fəaliyyət göstərir.

QİYMƏTƏ DAXİLDİR:
1. Nəqliyyat xidməti (Komfortlu avtobus)
2. Səhər Yeməyi
3. Nahar Yeməyi
4. Hər bir iştirakçıya hədiyyə kartı (50 AZN-lik)
5. Tufandağ kompleksinə giriş
6. Professional Fotosessiya
7. Tur Rəhbəri
8. Əyləncəli oyunlar ( Qalibə hədiyyə tur bileti)
9. Dönüşdə Çay Süfrəsi

QEYDİYYATDAN KEÇMƏK ÜÇÜN :
“Turizm.Az” Səyahət Şirkəti
Daxili Turizm Departamenti
Sahib Ənsərov
Tel.: (+99412) 596 11 96
Mob.: (+994 55) 210 59 07
Mob.: (+994 55) 201 59 07
e-mail.: sahib@turizm.az
Son Qeydiyyat Tarixi: Turun başlanmasına 2 gün qalmış.

Turun programı:
06:30 Toplaşma (Nərimanov metrosu “Mc Donalds"ın qarşısı)

07:00-12:00 Bakı – Qəbələ Yolu (Şamaxıda15 dəq. fasilə).

12:30-13:30 Qəbələdə “Karvan hotel”də nahar

13:30-17-00 “Tufandağ Qış-Yay Turizm kompleksi”ndə istirahət və əyləncə vaxtı

17:00-18:30 Çay fasiləsi

18:30-22:30 Qəbələ Bakı yolu

Qeyd: Tur zamanı xizəkdən istifadə etmək istəyən turistlərimizin, şəxsiyyət vəsiqələrini özləri ilə götürmələri vacibdir.
Xizək enişləri bir neçə çətinlik dərəcəsinə hesablanmışdır :
1. Peşəkarlar üçün
2. Yeni başlayanlar üçün
3. Uşaqlar üçün.
Bütün eniş zolaqlarında süni qarın hazırlanması üçün generatorlar xidmət göstərir. Bu avadanlıqlar xizək eniş zolaqlarının yüksək keyfiyyətinə zəmanət verir və turistlər üçün sürüşmə mövsümünü uzadır.


  Şərhlər:


Sosial Şəbəkə
  • Facebook
  • Message
  • Twitter
  • Bu gün
  • Çox oxunan
  • Şərh edilən