Portala giriş все шаблоны для dle на сайте newtemplates.ru скачать
 
  • 09:09 – Oğuz şəhərində keçiriləcək şahmat üzrə zona yarışlarında Qəbələ komandası iştirak edəcək 
  • 08:34 – “Elm ağlın çırağıdır” adlı layihəsinə yekun vuruldu-Fotolar 
  • 05:54 – Qəbələ şəhərində avtomobil yollarının əsaslı təmiri üçün 3 milyon manat ayrılıb 
  • 06:55 – Prezident İlham Əliyev Nohurqışlaq-Tüntül-Yengicə avtomobil yolunun əsaslı təmirdən sonra açılışında iştirak edib 
  • 06:52 – Azərbaycan prezidenti “Qafqaz Tufandağ Mountain Resort” otelinin açılışında iştirak edib 

ETSN: hava şəraiti dəyişəcək, sulu qar və qar yağacaq, bəzi yollar buz bağlayacaq

Sabah Azərbaycan ərazisində hava dəyişəcək, temperatur bir neçə dərəcə enəcək, bəzi yerlərdə sulu qar və qar yağacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında dekabrın 11-də günün birinci yarısında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Lakin axşama doğru Bakı və Abşeron yarımadasının bəzi yerlərində yağıntılı olacaq. Şimal küləyi güclənəcək.

Bakıda və Abşeron yarımadasında dekabrın 11-də günün birinci yarısında havanın temperaturu 6-8, ikinci yarısında isə 1-3 dərəcə isti olacaq.

Respublika ərazisində günün ikinci yarısında şimal və qərb rayonlarında, axşam saatlarında isə əksər rayonlarda hava yağıntılı olacaq, sulu qar və qar yağacaq. Qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 4 dərəcə şaxtadan 1 dərəcəyədək isti, gündüz 5-9 dərəcə isti olacaq. Dağlarda gecə 8-13 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti proqnozlaşdırılır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin xəbərdarlığına görə, dekabrın 11-i günün ikinci yarısında şimal və qərb rayonlarından başlayaraq hava şəraitinin yenidən soyuq, arabir yağıntılı keçəcəyi, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Əsasən dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq. Dekabrın 11-12-də güclü şimal-qərb küləyi əsəcək.

  Şərhlər:


Sosial Şəbəkə
  • Facebook
  • Message
  • Twitter
  • Bu gün
  • Çox oxunan
  • Şərh edilən