Portala giriş все шаблоны для dle на сайте newtemplates.ru скачать
 
  • 07:03 – Bakı şəhərində şahmat həlletməsi üzrə 39-cu Azərbaycan çempionatı keçirilmişdir. 
  • 06:40 – Qəbələdə xatirə turniri keçirilmişdir 
  • 07:34 – Qəbələ şahmatçısı finalda. 
  • 09:09 – Oğuz şəhərində keçiriləcək şahmat üzrə zona yarışlarında Qəbələ komandası iştirak edəcək 
  • 06:33 – 2 fevral-Ümumrespublika gənclər günüdür 

Qəbələdə 3 yeni məktəb binasının tikintisinə başlanılmışdır

Qəbələdə 3 yeni məktəb binasının tikintisinə başlanılmışdır Rayonun təhsil şöbəsindən AzərTAc-a bildirmişlər ki, bu günlərdə Qəbələ şəhərində 360, Yengicə kəndində 80 və Zirik kəndində 220 şagird yerlik yeni məktəb binalarının tikintisinə başlanılmışdır. Hazırda hər üç binada hörgü işləri görülür və təhsil ocaqlarının gələn il istifadəyə verilməsi nəzərdə tutulmuşdur.
Rayonda yeni məktəblərin inşası ilə yanaşı, bütün təhsil ocaqlarında tədrisin keyfiyyətinin artırılması üçün maddi-texniki bazanın gücləndirilməsi və kadr çatışmazlığı probleminin aradan qaldırılması istiqamətində ardıcıl işlər görülür.
Bu günədək rayonun bütün ümumtəhsil ocaqları kompyuterlə təmin olunmuş, 40 məktəbdə kompyuter kabineti yaradılmışdır. Bundan əlavə, son bir ildə Təhsil Nazirliyinin təyinatı ilə Qəbələ məktəblərinə 20 gənc müəllim göndərilmiş və onlar ixtisaslarına uyğun işlə təmin olunmuşlar. Hazırda rayonun məktəblərində çalışan pedaqoji işçilərin 77 faizi ali təhsillidir. Müəllimlərin 71 faizini qadınlar təşkil edir.
Qeyd edək ki, ötən 10 il ərzində Qəbələdə 25 yeni məktəb binası tikilmiş, 4 məktəb əsaslı təmir olunmuşdur. Təhsil ocaqlarından 9-u Heydər Əliyev Fondunun “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində tikilmiş, biri isə əsaslı təmir edilmişdir.

azertag

  Şərhlər:


Sosial Şəbəkə
  • Facebook
  • Message
  • Twitter