Portala giriş все шаблоны для dle на сайте newtemplates.ru скачать
 
  • 09:09 – Oğuz şəhərində keçiriləcək şahmat üzrə zona yarışlarında Qəbələ komandası iştirak edəcək 
  • 08:34 – “Elm ağlın çırağıdır” adlı layihəsinə yekun vuruldu-Fotolar 
  • 05:54 – Qəbələ şəhərində avtomobil yollarının əsaslı təmiri üçün 3 milyon manat ayrılıb 
  • 06:55 – Prezident İlham Əliyev Nohurqışlaq-Tüntül-Yengicə avtomobil yolunun əsaslı təmirdən sonra açılışında iştirak edib 
  • 06:52 – Azərbaycan prezidenti “Qafqaz Tufandağ Mountain Resort” otelinin açılışında iştirak edib 

Durca kəndində 2100 qədim əlyazma və kitab mühafizə edilir

Ruslan Məmmədov turistlərin ən çox gəlib-getdiyi Qəbələnin Duruca kəndindəki şəxsi evində muzey və kitabxana yaradıb. O, şəxsi kitabxanasına topladığı 2100-ə yaxın qədim əlyazmaları, müxtəlif əsrlərdə çap olunmuş nadir nüsxəli kitabları və müasir ədəbiyyat nümunələrini
mühafizə edir. Onlar arasındakı ən qədim kitabın 725 yaşı var. Ərəbcə olan
həmin əlyazma kitab “Qurani-Kərim”in təfsiridir.

Kitabxanada Əssar Təbrizinin “Mehr və Müştəri” əlyazmasının 420, İmam Birqivinin “Risaləsinin şərhi” əlyazmasının 290, S.Ə.Şirvaninin “İbtidai qəzəliyyat” kitabının 100 yaşı var. “Mehr və müştəri” kitabının qədim və nəfis əlyazmaları hazırda İngiltərə, Rusiya, Türkiyə, İran və Hindistanın
kitabxanalarında mühafizə edilir. Ölkəmizdə bu kitabın cəmi 4 nüsxəsi mövcuddur ki, onlardan 3-ü Azərbaycan Əlyazmalar İnstitutunda, biri isə
Ruslan Məmmədovun şəxsi kitabxanasındadır.

Ruslan Məmmədovun mühafizə etdiyi ən kiçik ölçülü “Qurani-Kərim” kitabının uzunluğu 4, qalınlığı 2 santimetrdir. Səkkizguşəli bu əlyazma kitabın 310 yaşı var. Ruslan Məmmədov şəxsi kitabxanasında ümumilikdə, 300-dən artıq nadir əlyazma saxlayır. O, qədim kitabları toplamaqla yanaşı, onları bərpa
edərək ömrünü uzadır. O, öz evində kitabların üzünü yenidən cildləyir, səhifələrini müxtəlif üsullarla bərpa edir. Ruslan Məmmədov müxtəlif sahələrə aid kitablarla yanaşı, qədim kağız pullar və metal sikkələr, markalar, məişət əşyaları da toplamaqla məşğuldur. Həmin kağız pullar arasında M.Ə.Rəsulzadənin tapşırığı ilə 1920-ci ildə hazırlanmış Azərbaycan Xalq Cümhuriyyətinin 500 manatlıq milli pulu və Nadir şahın əmri ilə
hazırlanan əskinaslar diqqəti çəkir. O, bu günədək 200-ə yaxın belə qədim əşya və əskinas topladığını bildirib. Ruslan Məmmədov qədim kitabları,
əskinaz və məişət əşyalarını müxtəlif rayonlarda yaşayan insanlardan topladığını bildirib.

Şəxsi kitabxanasını və muzeyini daha da zənginləşdirəcəyini bildirən Ruslan Məmmədov onun kitab və eksponatları ilə tanış olmaq istəyənlərə hər
zaman şərait yaratdığını deyib. Ruslan Məmmədov Qəbələ rayonunda Dəmiraparan çayının sahilində yerləşən Duruca kəndindəki evində bu muzey və
kitabxananı yaratmaqla Azərbaycan xalqının qədim mədəniyyətinin, tarixinin, ədəbiyyatının, dini inancının, sənətkarlıq bacarığının necə yüksək olduğunu
yerli və xarici turistlərə təqdim etməkdir. Onun muzeyi və kitabxanası Qəbələ şəhərinin şimalında inşa edilən “Tufan” Dağ-Xizək Yay-Qış İstirahət
Kompleksinin yanında yerləşir ki, bu da gələcəkdə həmin əraziyə gələn turistlərin Ruslan Məmmədovun qoruyub saxladığı qədim-maddi mədəniyyət
nümunələri və kitablarla yaxından tanış olmasına imkan yaradacaq.

  Şərhlər:


Sosial Şəbəkə
  • Facebook
  • Message
  • Twitter
  • Bu gün
  • Çox oxunan
  • Şərh edilən