Portala giriş все шаблоны для dle на сайте newtemplates.ru скачать
 
  • 09:09 – Oğuz şəhərində keçiriləcək şahmat üzrə zona yarışlarında Qəbələ komandası iştirak edəcək 
  • 08:34 – “Elm ağlın çırağıdır” adlı layihəsinə yekun vuruldu-Fotolar 
  • 05:54 – Qəbələ şəhərində avtomobil yollarının əsaslı təmiri üçün 3 milyon manat ayrılıb 
  • 06:55 – Prezident İlham Əliyev Nohurqışlaq-Tüntül-Yengicə avtomobil yolunun əsaslı təmirdən sonra açılışında iştirak edib 
  • 06:52 – Azərbaycan prezidenti “Qafqaz Tufandağ Mountain Resort” otelinin açılışında iştirak edib 

Azərbaycan: Qəbələ Azərbaycan bölgələrində 3 beşulduzlu hotelin fəaliyyət göstərdiyi yeganə rayondur

Zəngin tarixi, unikal təbiəti olan Qəbələ çoxsaylı tarix-mədəniyyət abidələrinə, yay-qış aylarında istirahət üçün olduqca əlverişli iqlim şəraitinə malikdir. Digər tərəfdən, Qəbələ məsafə baxımından paytaxt Bakıya yaxınlığı ilə hamını özünə cəlb edir.

.....
Yenə qayıdaq Qəbələylə bağlı qeydlərimizə. Dövlətin regionların inkişafına və turizm sektorunun iqtisadiyyatın ən gəlirli sahələrindən birinə çevrilməsinə yönəlmiş siyasətinə uyğun olaraq, Qəbələ turizm mərkəzi kimi sürətlə inkişaf edir. Özəl investisiyalar hesabına ötən 10 ildə rayon ərazisində çoxsaylı turizm infrastrukturu yaradılmış, 20-yə yaxın müasir istirahət mərkəzi və hotel istifadəyə verilmişdir. Bura ən müasir standartlara uyğun xidmətlər təklif edən 3 beşulduzlu hotel - "Qafqaz Resort", "Qafqaz Riverside" və "Qafqaz Sport" daxildir. Ümumiyyətlə, Qəbələ Azərbaycan bölgələrində 3 beşulduzlu hotelin fəaliyyət göstərdiyi yeganə rayondur. Hazırda rayonda daha bir neçə beşulduzlu hotel inşa olunur. Cari ilin fevral ayında təməli qoyulan "Tufan" dağ-xizək yay-qış istirahət kompleksi istifadəyə verildikdən sonra isə bu yerlərdə qışda da istirahətin tayı-bərabəri olmayacaq. Azərbaycanda ikinci yay-qış turizm mərkəzi olacaq kompleks eyni vaxtda 3 mindən çox turisti qəbul edəcək. Söz düşmüşkən qeyd edək ki, təkcə Azərbaycanda deyil, həm də MDB məkanında tanınan turizm mərkəzlərindən birinə çevrilən Qəbələyə 2008-ci ildə 14 min 630, 2009-cu ildə ondan 2 dəfə çox - 29 min 855, 2010-cu ildə 30 min 450, 2011-ci ildə 35 min 850 turist gəlmişdir. 2012-ci ildə rayona gələn 45 min 500 nəfərdən çox turistin isə 14 min nəfəri xatici ölkə vətəndaşları olmuşdur. Qəbələ həm də müxtəlif beynəlxalq tədbirlərin keçirildiyi məkandır. Təkcə ötən il bu rayon 30-a yaxın yerli və beynəlxalq mədəni-kütləvi tədbirlərə ev sahibliyi etmişdir.
....

Rəhman SALMANLI,

"Azərbaycan"

  Şərhlər:


Sosial Şəbəkə
  • Facebook
  • Message
  • Twitter
  • Bu gün
  • Çox oxunan
  • Şərh edilən