Portala giriş все шаблоны для dle на сайте newtemplates.ru скачать
 
  • 20:34 – “Əlvida ilk müəllimim” 
  • 11:47 – Qəbələdə məhkəmə hakimlərinin şahmat turniri keçirilmişdir. 
  • 13:23 – İsmayıllıda basketbol yarışları keçirilmişdir. 
  • 13:19 – İsmayıllı şəhər məktəb –litseyində 1 saat. 
  • 09:52 – Qəbələdə bələdiyyə sədri cərimələnib 

Qəbələdə İpək Yolu ölkələrinin beynəlxalq forumu keçirilir

Noyabrın 14-də Qəbələ şəhərində İpək Yolu ölkələri arasında ticarətə yardım və onun asanlaşdırılması üzrə gömrük idarələrinin roluna dair 6-cı Beynəlxalq Forum öz işə başlayıb.

APA-nın məlumatına görə, forumda Azərbaycan, Türkiyə, Bolqarıstan, Qazaxıstan, Çin, Qırğızıstan, Gürcüstan, İtaliya, Moldova, Serbiya və Özbəkistanın gömrük xidməti orqanlarının məsul şəxsləri, həmçinin 5 beynəlxalq təşkilatın - Asiya İnkişaf Bankı, Ümumdünya Gömrük Təşkilatı, Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqı, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsinin 33 nümayəndəsi iştirak edir.

Tədbirdə Azərbaycanın Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev, Türkiyənin ticarət və gömrük naziri Hayati Yazıcı, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası baş katibinin müavini Qismət Gözəlov və TRASECA Katibliyinin nümayəndəsi çıxış edib.

Forumun keçirilməsində əsas məqsəd ölkələr arasında gömrük sərhəd-keçid prosedurlarının sadələşdirilməsi, İpək Yolu ölkələrində tranzit sistemləri, gömrük-biznes əməkdaşlığına dair təcrübə mübadiləsi və Ümumdünya Gömrük Təşkilatının Çərçivə Standartları (İnteqrə edilmiş Sərhəd İdarəçiliyi) bölmələri üzrə - “Avropa Qafqaz Asiya Nəqliyyat Dəhlizinin (TRASECA) imkanları və perspektivləri, “Karvansara” layihəsi, “Ümumi tranzit”, “İƏT ölkələrində nəqliyyat dəhlizi” , “Türkiyə quru sərhəd qapılarının modernləşdirilməsi”, “İnteqrə edilmiş Ticarətin Sadələşdirilməsi”, “Əlaqələndirilmiş Sərhəd İdarəçiliyi”, “Gömrük islahatları: reallıqlar və perspektivlər” və digər mövzuların müzakirəsi nəzərdə tutulur.

İki gün davam edəcək forumun sonunda Qəbələ Bəyannaməsinin qəbul edilməsi gözlənilir.

Qəbələdə İpək Yolu ölkələrinin beynəlxalq forumu keçirilir Qəbələdə İpək Yolu ölkələrinin beynəlxalq forumu keçirilir Qəbələdə İpək Yolu ölkələrinin beynəlxalq forumu keçirilir


APA

  Şərhlər:


Sosial Şəbəkə
  • Facebook
  • Message
  • Twitter
  • Bu gün
  • Çox oxunan
  • Şərh edilən