Portala giriş все шаблоны для dle на сайте newtemplates.ru скачать
 
  • 07:03 – Bakı şəhərində şahmat həlletməsi üzrə 39-cu Azərbaycan çempionatı keçirilmişdir. 
  • 06:40 – Qəbələdə xatirə turniri keçirilmişdir 
  • 07:34 – Qəbələ şahmatçısı finalda. 
  • 09:09 – Oğuz şəhərində keçiriləcək şahmat üzrə zona yarışlarında Qəbələ komandası iştirak edəcək 
  • 06:33 – 2 fevral-Ümumrespublika gənclər günüdür 

Prezident İlham Əliyev Qəbələdə səfərdədir

Azərbaycan prezidenti İlham Əliyev avqustun 10-da Qəbələ rayonuna səfərə gəlib.

 

Dövlət başçısı Heydər Əliyevin Qəbələ şəhərinin mərkəzindəki abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.

 

Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev abidənin ətrafında, ümumiyyətlə, son illər rayonda görülən işlər barədə prezidenti İlham Əliyevə məlumat verib.

 

İ. Əliyev Qəbələdə Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunan uşaq bağçasının açılışında da iştirak edib. Məlumat verilib ki, Qəbələ rayonunda 24 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir. Həmin müəssisələrdə 860 uşaq təhsil alır. Rayonun tələbatını nəzərə alaraq Heydər Əliyev Fondunun təşəbbüsü ilə 100 yerlik daha bir yeni məktəbəqədər təhsil müəssisəsi inşa olunub.

 

Azərbaycan prezidenti həmçinin Yeni Azərbaycan Partiyası Qəbələ rayon təşkilatının yeni inzibati binasının açılışında iştirak edib. Dövlət başçısı binanın rəmzi açılışını bildirən lenti kəsib, burada yaradılan şəraitlə tanış olub.

 

Məlumat verilib ki, binanın inşasına 2014-cü ilin oktyabrında başlanılıb.

 

Prezident İlham Əliyev Qəbələdə səfərdədir
Prezident İlham Əliyev Qəbələdə səfərdədir
Prezident İlham Əliyev Qəbələdə səfərdədir

  Şərhlər:


Sosial Şəbəkə
  • Facebook
  • Message
  • Twitter