Portala giriş все шаблоны для dle на сайте newtemplates.ru скачать
 
  • 07:03 – Bakı şəhərində şahmat həlletməsi üzrə 39-cu Azərbaycan çempionatı keçirilmişdir. 
  • 06:40 – Qəbələdə xatirə turniri keçirilmişdir 
  • 07:34 – Qəbələ şahmatçısı finalda. 
  • 09:09 – Oğuz şəhərində keçiriləcək şahmat üzrə zona yarışlarında Qəbələ komandası iştirak edəcək 
  • 06:33 – 2 fevral-Ümumrespublika gənclər günüdür 

Rabitə və yüksək texnologiyalar naziri Qəbələdə bölgə vətəndaşlarını qəbul edib

  Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulu davam etdirilir. İyulun 29-da Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə vətəndaşların təklif, irad və şikayətləri ilə yerindəcə tanış olmaq üçün Qəbələ Mədəniyyət Mərkəzində bölgə sakinlərini qəbul edib. Nazirliyin aidiyyəti struktur bölmələrinin rəhbərlərinin iştirakı ilə keçirilən görüşdə Qəbələ, Şəki, Oğuz, Qax, Zaqatala, Balakən rayonlarında yaşayan vətəndaşların müraciətləri dinlənilib. Müraciətlər əsasən, telekommunikasiya, internet, poçt, radio və televiziya yayımı xidmətləri, işə qəbul və digər məsələlərlə bağlı olub. Vətəndaşların müraciətlərində qaldırılan problemlərin əksəriyyəti yerindəcə həllini tapıb. Nazir Ramin Quluzadə digər müraciətlərin həlli ilə bağlı müvafiq strukturların rəhbərlərinə tapşırıqlar verib. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə qeydiyyata alınıb və müvafiq qurumlara göndəriləcək.

 

Rabitə və yüksək texnologiyalar naziri Qəbələdə bölgə vətəndaşlarını qəbul edib
Rabitə və yüksək texnologiyalar naziri Qəbələdə bölgə vətəndaşlarını qəbul edib

  Şərhlər:


Sosial Şəbəkə
  • Facebook
  • Message
  • Twitter