Portala giriş все шаблоны для dle на сайте newtemplates.ru скачать
 
  • 06:33 – 2 fevral-Ümumrespublika gənclər günüdür 
  • 05:54 – Qəbələ şəhərində avtomobil yollarının əsaslı təmiri üçün 3 milyon manat ayrılıb 
  • 06:55 – Prezident İlham Əliyev Nohurqışlaq-Tüntül-Yengicə avtomobil yolunun əsaslı təmirdən sonra açılışında iştirak edib 
  • 06:52 – Azərbaycan prezidenti “Qafqaz Tufandağ Mountain Resort” otelinin açılışında iştirak edib 
  • 06:43 – Qəbələdə Park-Bulvar Kompleksi istifadəyə verilib 

2016-cı ilin birinci rübü ərzində Qəbələ rayonunun sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş geniş müşavirə keçirilmişdir.

2016-cı ilin birinci rübü Qəbələ rayonunda infrastruktur layihələrinin həyata keçirilməsi, yeni istehsal, ticarət və xidmət obyektlərinin inşa edilməsi, daimi iş yerlərinin açılması istiqamətində bir sıra tədbirlərlə əlamətdar olub. İqtisadiyyatın ayrı-ayrı sahələri üzrə 29.468 min manatlıq məhsul istehsal edilib, ötən ilin müvafiq dövrünə nisbətən ümumi məhsul buraxılışı 1867 min manat, yaxud 6,7 faiz artıb. Sənayedə artım 18,7 faiz, kənd təsərrüfatında 2,9 faiz, nəqliyyatda 7 faiz, ticarətdə 8,9 faiz təşkil edib. Əsas kapitala yönəldilən investisiyanın həcmi 6196,3 min manat, tikinti quraşdırma işlərinin həcmi isə 5158 min manat təşkil edib.

AZƏRTAC xəbər verir ki, bu faktlar Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunan iclasından irəli gələn vəzifələr, eləcə də həmin müddətdə Qəbələdə görülən işlərlə bağlı rayon icra hakimiyyətində keçirilən yığıncaqda səsləndirilib.

Tədbirdə çıxış edən icra hakimiyyətinin başçısı Səbuhi Abdullayev bildirib ki, hesabat dövründə Bum qəsəbəsinin və Qəmərvan kəndinin qazlaşdırılması işləri yekunlaşıb. YAP rayon təşkilatının inzibati binası, xizəkçilik mərkəzi, “Tufandağ” oteli və Qəbələ istirahət parkında tikinti işləri başa çatdırılıb, 100 yerlik uşaq bağçasının, “ASAN xidmət”in Qəbələ regional şöbəsinin və Qəbələ kənd təsərrüfatı idarəsinin inzibati binasının inşasında son tamamlama işləri görülür.

Bu gün Qəbələ əsl tikinti meydançasını xatırladır. Hazırda Qəbələ Futbol Akademiyasının və stadionlar kompleksinin, Dəmiraparan çayı üzərində 10 aşırımlı dəmir-beton körpünün, “Aquapark” istirahət kompleksinin, “Qolf klub” kompleksinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qəbələ rayon şöbəsi, Gömrük Akademiyası, rayon məhkəməsi və rayon prokurorluğu üçün inzibati binaların, “Raftinq Mərkəzi”, Nohur gölü ətrafında sanatoriya kompleksinin, “Qrand Sity” otelinin, atçılıq idman mərkəzinin, Qəbələ Peşə Liseyinin, Qəbələ-Qəmərvan yolunda dəmir-beton körpü inşası, Qəbələ şəhərinin içməli su və kanalizasiya sisteminin yenidən qurulması, Nohurqışlaq-Tüntül-Yengicə avtomobil yolunun əsaslı təmiri işləri davam etdirilir.

Məlumat verilib ki, bu mövsümdə 22510 hektar sahədə payızlıq dənli bitkilər yetişdirilir. Onun 16010 hektarını buğda, 6500 hektarını isə arpa sahələri təşkil edir. Torpaq sahibləri tərəfindən 355 hektar sahədə yazlıq bitkilər əkilib. Rayonda iribuynuzlu mal-qaranın sayı 47874 başa, xırdabuynuzlu heyvanların sayı 190255 başa çatıb.

Tədbirdə idarə və təşkilat rəhbərləri çıxış edərək ötən dövrdə görülən işlər barədə ətraflı məlumat veriblər. Əhalinin elektrik enerjisi, təbii qaz, rabitə və digər xidmətlərlə təminatının yaxşılaşdırılması, vətəndaşların ərizə və şikayətlərinə baxılması sahəsində vəziyyət ətraflı təhlil olunub, qarşıda duran vəzifələr müzakirə edilib.

Milli Məclisin deputatı, Respublika Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov yığıncaqda çıxış edərək 2016-cı ilin birinci rübü ərzində Qəbələdə görülən işləri müsbət qiymətləndirib, ölkədə gedən iqtisadi islahatlardan danışıb.

  Şərhlər:


Sosial Şəbəkə
  • Facebook
  • Message
  • Twitter
  • Bu gün
  • Çox oxunan
  • Şərh edilən