Portala giriş все шаблоны для dle на сайте newtemplates.ru скачать
 
  • 20:34 – “Əlvida ilk müəllimim” 
  • 11:47 – Qəbələdə məhkəmə hakimlərinin şahmat turniri keçirilmişdir. 
  • 13:23 – İsmayıllıda basketbol yarışları keçirilmişdir. 
  • 13:19 – İsmayıllı şəhər məktəb –litseyində 1 saat. 
  • 09:52 – Qəbələdə bələdiyyə sədri cərimələnib 

Muğanlı-İsmayıllı yolu təmir olunur

Yazın gəlişi ilə əlaqədar olaraq “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti payız-qış mövsümündə yağan yağıntılar və intensiv hərəkət nəticəsində respublika avtomobil yollarının, küçə və prospektlərin hərəkət hissəsində asfalt-beton örtüyünün deformasiyaya uğramış və dağılmış hissələrinin təmir-bərpa işlərini davam etdirir.

ASC-dən Oxu.Az-a daxil olan məlumata görə, bu çərçivəsində 40 kilometr uzunluğunda olan Muğanlı-İsmayıllı avtomobil yolunda cari təmir işləri aparılır.

Təmir işləri çərçivəsində yol boyu çiyin hissələr təmizlənərək bərkidilir, su ötürücü boruların giriş-çıxış hissələri təmizlənir və yenidən bərpa edilir.

Bundan başqa yolun köhnə asfalt-beton örtüyünün qabarmış və dağılmış hissələri frez maşınları vasitəsi ilə qaşınaraq kənara daşınır. Təmizlənmiş hissələrə isə yeni asfalt-beton örtüyü döşənir.

Bütün işlər birbaşa olaraq “Azəravtoyol” ASC-nin rəhbərliyinin nəzarəti altında tərtib olunmuş qrafikə uyğun və yüksək keyfiyyətlə aparılır. Təmir işlərinin vaxtında yekunlaŞdırılması üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub

  Şərhlər:


Sosial Şəbəkə
  • Facebook
  • Message
  • Twitter
  • Bu gün
  • Çox oxunan
  • Şərh edilən