Portala giriş все шаблоны для dle на сайте newtemplates.ru скачать
 
  • 09:09 – Oğuz şəhərində keçiriləcək şahmat üzrə zona yarışlarında Qəbələ komandası iştirak edəcək 
  • 08:34 – “Elm ağlın çırağıdır” adlı layihəsinə yekun vuruldu-Fotolar 
  • 05:54 – Qəbələ şəhərində avtomobil yollarının əsaslı təmiri üçün 3 milyon manat ayrılıb 
  • 06:55 – Prezident İlham Əliyev Nohurqışlaq-Tüntül-Yengicə avtomobil yolunun əsaslı təmirdən sonra açılışında iştirak edib 
  • 06:52 – Azərbaycan prezidenti “Qafqaz Tufandağ Mountain Resort” otelinin açılışında iştirak edib 

Azərbaycanda məcburi köçkünlər arasında yoxsulluq həddi 75 faizdən 15 faizə düşüb

APA-nın xəbərinə görə, bu barədə  Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun “Heydər Əliyev və yeni cəmiyyət modeli” konfransı üçün təqdim etdiyi məruzədə qeyd olunub.

 

Ə. Həsənov bildirib ki, 2013-cü ildə bir məcburi köçkünə xərclənən vəsaitin həcmi təxminən 1100 manat təşkil edib ki, bu da dünyanın digər münaqişə zonaları ilə müqayisədə ən yüksək göstəricidir.

 

Onun sözlərinə görə, ölkədə mövcud olmuş 12 çadır düşərgəsinin ləğvi 2007-ci ildə başa çatdırılıb: “Qaçqın və məcburi köçkünlər üçün ümumilikdə salınmış 82 müasir qəsəbə və məhəllədən 77-si son 10 ildə inşa edilib. Son 10 ildə yeni yaşayış komplekslərində 120 məktəb, 6 musiqi məktəbi, 33 uşaq bağçası, 37 tibb müəssisəsi, 34 klub-icma mərkəzi, 28 rabitə evi tikilib. Ümumiyyətlə, indiyədək mənzil şəraiti yaxşılaşdırılmış 40 min ailə 166 min nəfər (92%) son 10 ilin payına düşür.

 

Qaçqın və məcburi köçkünlərin sosial müdafiəsi üçün ümumilikdə indiyədək 4,4 milyard manat vəsait sərf olunub. Bu vəsaitin 84 faizi, yaxud 3,7 milyard manatı son 10 ildə ayrılıb. Yeni qəsəbə və məhəllələrin salınmasına Dövlət Neft Fondundan 1,46 milyard manat vəsait ayrılıb. Müxtəlif maliyyə mənbələrindən ayrılmış vəsait hesabına məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı 220 yataqxana təmir edilib, nəticədə 68 min nəfər məcburi köçkün faydalanıb.

 

Məcburi köçkünlərə aylıq yemək xərci üçün verilən müavinətin məbləği 3,6 dəfə, kommunal xidmətlərə görə vəsaitin miqdarı 4,5 dəfə, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin illik büdcəsi isə 5,5 dəfə artıb. Əmək qabiliyyətli 380 min məcburi köçkündən 161 min nəfəri daimi işlə təmin edilib, 200 min nəfər isə mövsümü işlərə cəlb edilib”.

  Şərhlər:


Sosial Şəbəkə
  • Facebook
  • Message
  • Twitter
  • Bu gün
  • Çox oxunan
  • Şərh edilən