Portala giriş все шаблоны для dle на сайте newtemplates.ru скачать
 
  • 09:09 – Oğuz şəhərində keçiriləcək şahmat üzrə zona yarışlarında Qəbələ komandası iştirak edəcək 
  • 08:34 – “Elm ağlın çırağıdır” adlı layihəsinə yekun vuruldu-Fotolar 
  • 05:54 – Qəbələ şəhərində avtomobil yollarının əsaslı təmiri üçün 3 milyon manat ayrılıb 
  • 06:55 – Prezident İlham Əliyev Nohurqışlaq-Tüntül-Yengicə avtomobil yolunun əsaslı təmirdən sonra açılışında iştirak edib 
  • 06:52 – Azərbaycan prezidenti “Qafqaz Tufandağ Mountain Resort” otelinin açılışında iştirak edib 

Azərbaycan yeni «Doing Business» hesabatında 70-ci yeri tutub

Azərbaycan yeni «Doing Business» hesabatında 70-ci yeri tutub Dünya Bankının (DB) kiçik və orta sahibkarlıq sektorunun tənzimlənməsi üzrə hazırladığı «Doing Business-2014» hesabatında Azərbaycan 189 ölkə arasında 70-ci yeri tutub. Nəticədə, ötən illə müqayisədə Azərbaycan bu kateqoriya üzrə 3 pillə irəliləyib.

«APA-Economics»in xəbər verdiyi kimi, DB Azərbaycanda sahibkarlıq sahəsində bir neçə ciddi islahatların aparıldığını vurğulayıb. Bunların arasında biznesin başlanması prosesinin sadələşdirilməsi, Tikinti Məcəlləsinin qəbul edilməsi nəticəsində tikinti sahəsində şəffaflığın artırılması və proseduraların sadələşdirilməsi, gömrük proseduralarının təkmilləşdirilməsi kimi aspektlərə xüsusi önəm verilir. Bank gömrük proseduralarının təkmilləşdirilməsi ilə bağlı xüsusi olaraq bu sahədə «bir pəncərə» sisteminin tətbiqi ilə Azərbaycanın gömrük xidmətləri və ümumilikdə ticarət sahəsində əhəmiyyətli addım atdığını vurğulayır. Bildirilir ki, sistemin tətbiqi istiqamətində Dövlət Gömrük Komitəsi ilk addım olaraq beynəlxalq təcrübəni, o cümlədən Hollandiya, ABŞ, İsveç, Sinqapurda istifadə edilən sadələşdirilmiş sistemləri öyrənib. İkinci addım kimi bütün aidiyyəti qurumları birləşdirən, ən sadələşdirilmiş və minimum sənəd tələb edən və tam avtomatlaşdırılmış «bir pəncərə» sistemi tətbiq olunub. Azərbaycanın gömrük sahəsində tətbiq etdiyi «bir pəncərə» sistemi digər dövlətlər üçün nümunə kimi göstərilib.

Ümumilikdə, Azərbaycan hesabatda bir neçə meyar üzrə çox yüksək, bəziləri üzrə isə aşağı yerlərə malik olub. Belə ki, biznesin başlanması üzrə Azərbaycan 10-cu, daşınmaz əmlakın qeydiyyat sistemi üzrə 13-cü, investorların hüquqlarının müdafiəsi üzrə 22-ci, müqavilələrə riayət olunması üzrə 28-ci yerdədir. Eyni zamanda, kreditlərə çıxış imkanlarına görə Azərbaycan 55-ci, vergilərin ödənilməsi sistemi üzrə 77-ci, müflisləşmə proseduraları üzrə 86-cı, xarici ticarət üzrə 168-ci, tikinti üçün icazə sistemi üzrə 180-ci və elektrik enerjisinə çıxış imkanlarına görə 181-ci yerdə qərarlaşıb.

Qeyd edək ki, DB-nın bu reytinqində ilk yeri Sinqapur tutub. Sonrakı yerlərdə Honkonq, Yeni Zelandiya, ABŞ və Danimarka qərarlaşıb. MDB ölkələri sırasında ən yüksək yeri Gürcüstan (8) tutur. Rusiya bu siyahıda 92-ci, Ermənistan 37-ci, Türkiyə 69-cu yerdədir. Sonuncu yerləri isə Liviya, Mərkəzi Afrika Respublikası və Çad tutub.


apa

  Şərhlər:


Sosial Şəbəkə
  • Facebook
  • Message
  • Twitter
  • Bu gün
  • Çox oxunan
  • Şərh edilən