Portala giriş все шаблоны для dle на сайте newtemplates.ru скачать
 
  • 09:09 – Oğuz şəhərində keçiriləcək şahmat üzrə zona yarışlarında Qəbələ komandası iştirak edəcək 
  • 08:34 – “Elm ağlın çırağıdır” adlı layihəsinə yekun vuruldu-Fotolar 
  • 05:54 – Qəbələ şəhərində avtomobil yollarının əsaslı təmiri üçün 3 milyon manat ayrılıb 
  • 06:55 – Prezident İlham Əliyev Nohurqışlaq-Tüntül-Yengicə avtomobil yolunun əsaslı təmirdən sonra açılışında iştirak edib 
  • 06:52 – Azərbaycan prezidenti “Qafqaz Tufandağ Mountain Resort” otelinin açılışında iştirak edib 

"2014-cü ilin dövlət büdcəsi sosial yönümlü olacaq"

2014-cü ilin dövlət büdcəsi sosial yönümlü olacaq. ANS PRESS-in Trend-ə istinadən məlumatına görə, bunu Hesablama Palatasının sədr müavini Adil Məhərrəmov Milli Məclisin beş komitəsinin (İqtisadi siyasət, Sosial siyasət, Aqrar siyasət, Təhlükəsizlik və müdafiə, Təbii ehtiyatlar, energetika və ekologiya komitələri) geniş tərkibli iclasında 2014-cü ilin dövlət və icmal büdcələri layihəsinin müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, gələn il üçün dövlət büdcəsinin xərcləri 2013-cü ilə nisbətən artacaq ki, bunu da dövlətin yerli iqtisadiyyata verdiyi dəstəyin möhkəmlənməsi kimi qiymətləndirmək olar: "Gələcəkdə büdcə strukturunda sosial xərclərin artımı onun sosial yönümlü olduğunu təsdiq edir".

A.Məhərrəmov qeyd edib ki, gələn il Azərbaycan iqtisadiyyatına yatırılan investisiyaların təqribən 70 faizi qeyri-neft sektorunun payına düşəcək.

Palata sədrinin sözlərinə görə, gələn il Azərbaycan iqtisadiyyatının artım tempi MDB ölkələri, inkişaf etmiş iqtisadiyyatlar, qlobal iqtisadi inkişafin iqtisadi artım templərini orta hesabla 2 faiz qabaqlayacaq: "Ölkənin qazandığı uğurlar beynəlxalq təşkilatlar tərəfindən qeyd edilir və reytinqlərdə əks olunur".

  Şərhlər:


Sosial Şəbəkə
  • Facebook
  • Message
  • Twitter
  • Bu gün
  • Çox oxunan
  • Şərh edilən