Главная > Baş xəbər, SHU NEWS > “Elm ağlın çırağıdır” adlı layihəsinə yekun vuruldu-Fotolar

“Elm ağlın çırağıdır” adlı layihəsinə yekun vuruldu-Fotolar


31-01-2017, 08:34. Разместил: Admin

 

            “Sağlam Həyat Uğrunda” Gənclərin İctimai Birliyi təşkilatçılığı ilə baş tutan layihə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyələşdirdiyi eyniadlı layihə çərçivəsində reallaşdırıldı. İlk olaraq Qəbələdə baş tutan tədbirlər daha sonra Mingəçevirdə 3 tədbir olmaqla yekun vuruldu. Qaliblər mükafatlandırıldı.

            Bu layihə region məktəblərində oxuyan şagirdlərin və rmüxtəlif peşə sahibi olan gənclərin intelektual oyunlarda özlərini sınamaq üçün şərait yaratmaqla yanaşı, gənclərin dünya görüşünün artmağına, şagirdlərin yeni təlim metodlarını mənimsəməsinə, məktəb həyatında fəal iştirakına, məktəb-icma, məktəb-yerli icra orqanları arasında əlaqələrin inkişaf etdirilməsinə yardım göstərilməsi istiqamətində atılacaq addımdır. Sadalanan prioritetlər yeni təhsil modelinin tətbiqinə zəruriyyət vardır. Bu səylər nəticəsində məktəbdə yeni təlim mühiti yaranacaqdır ki, bu da ona gələcəkdə özünü inkişaf etdirməyə imkan verəcəkdir.

            Region məktəblərində “Elm ağlın çırağıdır” layihəsi zamanı ilkin olaraq 9- 11- ci sinif şagirdlərinin və region gənclərinin iştirakı ilə şagirdlərin məktəb həyatında roluna, hüquqlarına dair məlumat xarakteli 3 təlim keçirildi. Hər seminarda 25-30 nəfərin iştirak etdi.

 

            Bu model gələcəkdə digər region məktəblərinin inkişafı məqsədilə təhsil siyasətinə dair qərarvericilərə tövsiyyə ediləcəkdir.

 

“Elm ağlın çırağıdır” adlı layihəsinə yekun vuruldu-Fotolar
“Elm ağlın çırağıdır” adlı layihəsinə yekun vuruldu-Fotolar
“Elm ağlın çırağıdır” adlı layihəsinə yekun vuruldu-Fotolar
“Elm ağlın çırağıdır” adlı layihəsinə yekun vuruldu-Fotolar


Вернуться назад