Главная > Azərbaycan > Bəzi ərazilərdə müşahidə olunan genetik xəstəliklərin statistik göstəriciləri açıqlanıb

Bəzi ərazilərdə müşahidə olunan genetik xəstəliklərin statistik göstəriciləri açıqlanıb


8-12-2016, 07:18. Разместил: Admin

Azərbaycanın bəzi ərazilərində müşahidə olunan genetik xəstəliklərin statistik göstəriciləri açıqlanıb.

 

APA-nın xəbərinə görə, Respublika Müalicəvi Diaqnostika Mərkəzinin mütəxəssis-genetiki Elxan Rəsulov bildirib ki, “Ehlers-danlos” sindromu dünyada hər 50 min nəfərdən birində aşkarlanırsa, Bakının Qobu qəsəbəsində hər 100 nəfərdən 3-də var. Onun sözlərinə görə, bu xəstəliyin heç bir patologiyası yoxdur, sadəcə dəri hüceyrəsində problemlər olur.
 
E.Rəsulov əlavə edib ki, ölkə ərazisində talassemiya ilə yanaşı, çox müşahidə olunan Q6FD defisiti (Qlükoza – 6 fosfat dehidrogenaza ) bir sıra rayonlarda mövcuddur. Mütəxəssis-genetik vurğulayıb ki, Şəki, Oğuz, Qəbələdə bu fermentim çatışmazlığı 20-23%, Lənkəran-Astara 9-36% arasında dəyişir: “Buzovna qəsəbəsində hemofiliya digərlərinə nisbətən daha çox aşkarlanır. Hər 60 yenidoğulmuş oğlan uşağından 1-də hemofiliya var. Ümumiyyətlə, bu gün bizim hər birimiz 4-5 irsi xəstəliyin daşıyıcısıyıq. Ona görə qohum nikahda xəstəliklərin riskləri 23-30 dəfə artır. Hamiləliyin 1-ci ayında düşük olarsa, onun 80%-də xromosom patologiyası var. 1-ci 3 ayında düşük yoxlansa, bu rəqəm 60%, 2-ci 3 aylığında 20%, 3-cü 3 aylığında isə 8% olacaq. Doğulan uşaqlarda 2-4%-də hər hansı genetik çatışmazlıq var”. 


Вернуться назад